Yadigar Məmmədli- 65
Cəmiyyət 30 Avqust 2026, 12:30
3635
Eh, bu dünya əzəldən yaxşı adamlarla yola getmir. Başlarına elə oyunlar açır ki, bir də baxıb görürlər ki, ömrün çoxu gedib, azı qalıb. İndi gəl, o azın içində yaşa da. Ay yaşadın ay, ürəyini qoruyursan, böyrəyin sözünə baxmır. Ciyərini gözləyirsən, mədə-bağırsağın başına oyun açır. Və bir də görürsən ki, gecdir, gecdir daha, geriyə yol yoxdur. Nüsrət Kəsəmənli demişkən:
“Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox...”
Soytxamıram, deyinirəm ki, fələyin gözü çıxmasın, dünən Azadlıq meydanında plaşının yaxalığını qulaqlarına kimi qaldırıb sovet hökumətinə qarşı üsyan edən Yadigar Məmmədlinin 65 yaşı nə tez gəlib çatdı...
Deyir ki:- "Mən jurnalist kimi fəaliyyətə başladığım illərdə meydan hərəkatı var idi. Bu yolda hər kəs öz qabiliyyətini ortaya qoymağa çalışırdı. Vətən sevgisi, milli kimlik, müstəqillik məsələləri çox önəmli idi. Həmin dövdrə bəzi insanlar öz peşəsindən uzaqlaşıb siyasətçi oldular. Zorən siyasətçi. Çox şükür ki, mən siyasətçi kimi yox, öz peşəmlə tanındım, jurnalist kimi fəaliyyətimi davam etdirdim. Nə etdimsə, jurnalist kimi etdim. Cəmiyyətdəki mövqeyimi, insanların mənə qarşı müsbət fikirlərini məhz jurnalist kimi qazanmışam. Düşünürəm ki, bəlkə başqa sahədə olsaydım, bu qədər tanınmazdım. Jurnalistika mənə çox şey verdi. Təbii ki, mən də jurnalistikada müəyyən işlər görməyə çalışdım, bunun üçün mücadilə apardım. Ortada görülən işlər var. Düzdü fəaliyyət göstərdiyim jurnalistika sahəsində də bir çox problemlərlə, çətinliklərlə qarşılaşmışam. Həbs olunmuşam. Amma heç zaman usanmamışam, məqsədimdən, düz yolumdan dönməmişəm. Jurnalist kimi fəaliyyətimi davam etdirmişəm, gördüyüm işlər və nailiyyətlərimlə fəxr edirəm..."
Jurnalist işlədiyi müddətdə başına maraqlı hadisələr çox gəlib. 90-cı illərdə həbsdən yenicə azad olunanda, bir gün işlədiyi redaksiyada ona deyirlər ki, səni İngiltərə səfirliyinə vacib bir iş üçün çağırırlar. Əvvəlcə elə düşünüb ki, onunla zarafat edirlər. Növbəti dəfə zəng gələndən, səfirliyin nümayəndəsi ilə danışandan sonra inanıb ki, həqiqətən də onu İspaniyanın ölkəmizdəki səfiri iqamətgahına dəvət edir. O vaxt İspaniya ilə diplomatik əlaqələrimiz İngiltərə səfirliyi vasitəsilə həyata keçirilirdi. Səfir bildirib ki, İspaniya vətəndaşı olan bir azərbaycanlı ona məktub yazıb. Soyadı Yadigarovdur. Məktubda yazılmışdı: "Bəlkə də biz qohumuq. Mən sənin həbs olunmağından çox pis olmuşam. Səni İspaniyaya dəvət edirəm". O da birtəhər səfiri başa salıb ki, soyadı yox, adı Yadigardır...
“Mən öz missiyamı həyata keçirmək üçün uzun bir yol keçmişəm. Bundan sonra qarşıya qoyduğum hədəflərim bu günədək gəldiyim yolun davamıdır. Yarımçıq qalan işlərimi tamamlamaq istəyirəm. Jurnalistika sahəsi ilə bağlı arzularım çoxdur. İstəyirəm ki, ölkədə aparılan köklü islahatlar kimi, media sahəsində mövcud olan problemlər də tədricən həllini tapsın, aradan qalxsın. Jurnalistikadakı peşəkar insanlara geniş imkanlar yaradılsın."- söyləyir...
Sevincli günlərilə yanaşı dərdli, qəmli, günləri də az olmayıb. Fəqət, heç zaman sınmayıb, müvazinətini itirməyib. Əksinə, taleyi ona müqavimət göstərdikcə bərkiyib, polad kimi sərt olub. Sadə, təvazökar, zəhmətkeş insandır. Aydın, işıqlı keçmişi var. Davranışında təbiidir. Necə deyərlər, sevinəndə də, kədərlənəndə də ürəkdən sevinib, ürəkdən kədərlənir. Axı, saflığını hələ də qoruyub saxlaya bilir...
Deyir ki:- “Mən atamı erkən gəncliyimdən itirmişəm. O, 56 yaşında dünyasını dəyişib. Mən o zaman elə fikriləşirdim ki, atam qocalıqdan rəhmətə gedib. Görüntüsü elə idi. Amma indi özüm ondan daha yaşlıyam və baxıb görürəm ki, o, çox erkən dünyasını dəyişib. Axı 56 yaş nə yaşdır ki? Mən isə hələlik atamdan düz doqquz ildir ki, çox yaşayıram. Narahat, amma mənalı ömür yaşamışam. Təskinliyim də ondadır ki, bu həyatı mən özüm seçmişəm, buna düçar olmamışam..."
...Xalq şairi, unudulmaz Məmməd Araz deyirdi ki:
“Dünyada nə qədər yaxşı adam var,
Yaxşılıq insanla əkiz doğulur.
Ən yaxşı adamlar, yaxşı adamlar,
Nədənsə, dünyada oxşarsız olur.”
Bəli, bizim Yadigar Məmmədli də bu cür yaxşı adamdır. 65 yaşı mübarək olsun!
Hörmətlə, Elman Eldaroğlu
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55