Bizə yazın

Baku

-°C

USD

-

Əzizbəyov kim olub?

Cəmiyyət 01 Sentyabr 2026, 11:27

3876

Adına bir zamanlar metrostansiya, rayon olan, şəninə heykəl qoyulan (Sonradan hamısı ləğv edildi) Məşədi Əzizbəyov, bir qatı bolşevik olaraq Azərbaycanın sovetləşməsi uğrunda fəal mübarizə aparmış adamlardan biridir. 

Əzizbəyov Məşədi bəy Əziz oğlu 18 yanvar 1876-cı ildə Bakıda anadan olub. 

Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının ilk üzvlərindən, belə demək olarsa, qurucularından biri olub. 

Nədənsə, zaman-zaman onun əməlləri də bir neçə dəfə təhrif edilməyə çalışılmış, digər bir çoxları kimi qəhrəman obrazında təqdim edilmək niyyəti də olmuşdur. 

Bəzi mənbələr onun bənna ailəsində doğulduğunu desə də, əslində, Əzizbəyov zadəgan nəsildən olub. 

O, əslən Tehran azərbaycanlısıdır. Daha dəqiq desəm, ulu babaları Azərbaycana gələndə artıq torpaq sahələri, neft mədənləri, zavodları var idi. 

Üstəlik, ailəsinin Hacı Zeynəlabdin Tağıyevlə də yaxın əlaqələri olub. Məhz bu yaxınlıq əlaqələrinə görə, Əzizbəyovun atası öldürüləndən sonra ona böyük dəstək də verilib. Yəni məsələn, oxumağına, mühəndis kimi işləməyinə kömək edilib. 

Ancaq Əzizbəyov, bolşevik xislətinə uyğun olaraq, sonralar Tağıyevi qəbul etməyəcək, hətta ona qarşı çıxacaqdı da. 

Mənbələr həm də göstərir ki, Əzizbəyovun Azərbaycana və azərbaycanlılara olan nifrəti atasının ölümünə görədir. 

Hətta deyilir ki, onun sosializm sıralarına qoşulmaq istəyi də bundan yaranıb. 

Bu səbəbdir ki, Əzizbəyov qatı bolşevik olmağa da Rusiyada təhsil alan zaman qərar vermişdi və bununla da onun Azərbaycan xalqına olan nifrəti dərinləşməyə başlamışdı. 

Məşədi Əzizbəyovun bağışlanmaz səhvləri çoxdur. 

Bunlardan ən dəhşətlisi 1918-ci ilin mart soyqrımında xalqına qarşı ermənilərlə birlikdə vuruşması olub. 

Yəni bu soyqırında Şaumyanın köləsi təkcə Məmmədhəsən Əliyev deyildi, başqa azərbaycanlılar da var idi və onlardan biri də  məhz Əzizbəyovdur. 

Bu barədə “Bakı və bakılılar” əsərində yazılır: 

“Bazar küçəsində də ermənilər hücuma keçmişdilər. Onlar küçə boyu vuruşa-vuruşa İçərişəhərə tərəf irəliləyirdilər. Bu dəstələrin içərisində qızıl qvardiya dəstələri də müsəlmanları Qoşa qala qapısına tərəf sıxışdırmışdılar. Burada qızğın atışma gedirdi. "Dikaya diviziya”nın qərargahı bu zaman "İsmailiyyə” binasında yerləşirdi. Bəlkə də məhz buna görə bu tərəfdən atışmalara Mikoyan və Məşədi Əzizbəyov rəhbərlik edirdilər”.

Başqa bir mənbə olan “Azərbaycan tarixi” əsərində isə yazılır:

"...Bakı Sovetinin iclasında S.Şaumyan, P.Caparidze və M.Əzizbəyov çıxış edərək, Bakıda bütün hakimiyyətin dərhal və sözsüz Sovetə verilməsini təkid etdilər. M.Əzizbəyov Soveti ən qəti tədbirlər görməyə çağırdı”.

Obrazlı desək, Əzizbəyov Şaumyanda daha çox Şaumyanlıq etmək istəyirdi. Bütün bunların isə təkcə atasının ölümünə görə olmağı çox da inandırıcı deyil. 

Bəs o, niyə belə edirdi?

Çünki Məşədi Əzizbəyov Mart qırğınında Şaumyanın başçlıq etdiyi Bakı Xalq Komissarları Sovetində quberniya komissarı idi. 

Daha dəqiq, o, 1918-il martın 9-da BXKS daxili işlər komissarının müavini təyin olunmuşdu və qırğına xüsusi hazırlaşmışdı. 

Təsəvvür edin, bir azərbaycanlının adı daim 

Azərbaycan xalqının qəddar düşmənləri olan Şaumyan, Mikoyanla yanaşı çəkilir. 

1918-ci ildə AXC milli iradənin ifadəsi olaraq qurularkən, Əzizbəyov Bakı Kommunasının tərkibində bu dövlətçiliyə qarşı açıq mövqe tutmuş, Azərbaycan torpaqlarının mərkəzi bolşevik hakimiyyətinə tabe etdirilməsini müdafiə etmişdir. 

Bakı Kommunasının əsas məqsədlərindən biri nə idi?

Əlbəttə ki, AXC-nin paytaxt Bakıda möhkəmlənməsinin qarşısını almaq. 

Bu siyasətin icraçılarından biri kimi Əzizbəyov Azərbaycan Xalq Cümhuriyyətini “burjua hökuməti” adlandıraraq legitimliyini tanımamış, milli hökumət quruculuğunu ideoloji düşmən kimi qəbul etmişdir. 

Ancaq əlbəttə, sonda Əzizbəyovun da aqibəti bir çoxlarına olan münasibətdən fərqlənmədi.

Belə ki, o Bakı komissarları ilə birlikdə "Sentrokaspi diktaturası” tərəfindən həbs edilmiş, sentyabrın 14-dək də həbsxanada saxlanmışdır. 

Sentyabrın 17-də BXKS-nın digər üzvləri ilə birlikdə Krasnovodskda (indiki Türkmənbaşı) həbsxanaya salınmış, sentyabrın 20-də Krasnovodskın 207 kilometrliyindəki Ağcaqum çölündə güllələnmişdir.

Orxan Saffari

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...

26 Oktyabr 2026, 17:55