Bizə yazın

Baku

-°C

USD

-

Zülmün cavabı Axirətdəmi veriləcək? Tural İrfan Cavabladı

Cəmiyyət 02 Sentyabr 2026, 09:36

10196

Allah dünyadakı zülmlərə susurmu? Əgər susursa bu, ilahi ədalət prinsipinə zidd deyilmi? Bu suallara fəlsəfi yöndən cavab verməzdən əvvəl Quranın özündən cavablayaq:

"Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onları cəzalandırmağı gözlərin bərələ qalacağı Günə saxlayır." (İbrahim surəsi, 42)

İslam fəlsəfəsi və teologiyasında, yəni kəlam elmində bu məsələ "şər problemi" (teodisiya) və Allahın ədaləti çərçivəsində geniş şəkildə izah olunur. İslam düşüncəsinə görə, Allahın zülm edən bir qövmə dərhal bəla göndərməməsinin və ya hadisələrin bu şəkildə baş verməsinin arxasında bir neçə fundamental fəlsəfi və dini hikmət dayanır. Öncə imtahan dünyası və iradə azadlığını nəzərə almaq lazımdır. Mütləq sərbəstlik burada əsas səbəbdir. İslam fəlsəfəsinə görə, dünya bir imtahan meydanıdır. İmtahanın dürüst və real olması üçün Allah insanlara xeyir və şər arasında seçim etmək üçün iradə azadlığı, ixtiyar verib. Prosedura ilahi müdaxilənin olmaması bununla bağlıdır. Əgər Allah hər bir zalım hərəkətə dərhal göydən bir bəla ilə müdaxilə etsəydi, insanın iradə azadlığı və imtahanın mənası ortadan qalxardı. Çünki cəzanın dərhal gələcəyini bilən heç kim pislik etməzdi və insan məcburi olaraq yaxşı olardı. Bu barədə Quranda, Kəhf surəsi, 58-ci ayədə deyilir: "Rəbbin Bağışlayandır, mərhəmət sahibidir. Əgər Allah onları qazandıqları günahlara görə cəzalandırsaydı, onların əzabını tezləşdirərdi. Lakin onların öz vaxtı vardır. Əzab gələcəyi vaxt onlar heç bir sığınacaq tapa bilməyəcəklər." Həmçinin Nəhl surəsi, 61-ci ayədə buyurulur: "Əgər Allah insanları etdikləri zülmə görə dərhal cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin Allah onlara müəyyən bir vaxta qədər möhlət verir..."

Allah zalımlara dərhal cəza vermir, onlara tövbə etmək və ya günahlarını tamamlamaq üçün müəyyən bir vaxt, möhlət tanıyır. Zalımların dünyada uğur qazanması və cəzalandırılmaması onların doğru yolda olması demək deyil. Bu, onların günahlarının dərəcəsini artırmaq üçün verilən bir fürsətdir və axirətdəki cəzanı daha da ağırlaşdırır.

Körpələrin və məsumların statusuna dair Axirət konsepsiyasına, İslam fəlsəfəsinə görə, bu dünyadakı həyat sonsuz həyatın yanında çox qısa və müvəqqəti bir mərhələdir. Dünyada zülmə məruz qalan, öldürülən günahsız körpələr və məsum insanlar birbaşa Cənnət əhli sayılırlar.

Mütləq ədalətin təzahürü məsələsində isə Allahın ədaləti yalnız bu dünya ilə məhdudlaşmır. Axirətdə zalım etdiyi hər bir zülmə görə ən ağır şəkildə cəzalandırılacaq, məsum körpələrə və məzlumlara isə çəkdikləri acıların əvəzi olaraq sonsuz bir xoşbəxtlik və mükafat veriləcəkdir. Fəlsəfi baxımdan bu, müvəqqəti acının sonsuz xeyirlə kompensasiya edilməsidir.

İnsan ağlının məhdudluğu da bu kimi mövzuların tam dərkinə mane olur. Hikmət prinsipi barədə Quranda hətta nümunələr də çəkilir. Vəziyyətlə bağlı bütöv mənzərəni, pərdə arxasını tam görə bilməmək zahirən dünyanın idarəetməsini bəzən nizamsız, ədalətsiz göstərə bilir. İslam filosoflarına məsələn, İbn Sina, Qəzzaliyə görə, insan ağlı hadisələrin yalnız görünən və qısamüddətli tərəfini, zahirini görür. Allahın elmi isə əzəli və əbədidir, hadisələrin daxili hikmətini, batinini bilir. Qurandakı "Musa və Xızır" qissəsi (Kəhf surəsi) buna ən bariz nümunədir; orada zahirən şər və zülm kimi görünən hadisələrin arxasında böyük xeyirlərin və ilahi planın dayandığı göstərilir.

Xeyir və şər fərqli rakurslardan fərqli mahiyyət daşıya bilir. Yağış ot biçənlər üçün şər sayılsa da toxum səpənlər üçün xeyir sayıla bilər. Bir hadisə, bir proses bir tərəf üçün xeyir, digər tərəf üçün şər kimi, yaxud əksinə görünə bilər. Ümumiyyətlə şər, xeyirin yoxluğu kimi də izah olunur... 

Bu məsələdə ümumi qanunauyğunluqların, Quran təbiri ilə desək Sünnətullahın əsas rolu var. Səbəb-nəticə əlaqəsi bu prosesin tərkib hussəsidir. Maddi dünyada fiziki və sosial qanunlar var. Məsələn, bir yerdə zəlzələ olanda və ya bir qövm müharibə başladanda, bu hadisə həm zalıma, həm də günahsıza təsir edir. Allah bu dünyadakı səbəb-nəticə zəncirinə hər an möcüzəvi şəkildə müdaxilə etmir. İstisna hallarda, bəzən ümumi kainat və dünya nizamını pozmayacaq həddə müdaxilə edir.

Günahsızların statusu və Axirət ədaləti İslamın ədalət prinsipləri çərçivəsində şəhidlik və mükafat məsələsi ilə izah olunur. İslam fəlsəfəsinə görə, bu dünya fani, Axirət isə əbədidir. Zalımların zülmü ucbatından dünyada əzab çəkən günahsız insanların bu əzabları onların günahlarının silinməsinə, mənəvi dərəcələrinin qalxmasına və Axirətdə böyük mükafatlar, məsələn, şəhidlik savabı almalarına vəsilə olur.

Ədalət məsələsi də bu danyada nisbidir. Fərqli rakurslardan ədalət fərqli qiymətləndirilir. Çünki hikmət adlanan alt qatdakı əsas mahiyyət və məqsəd bizə qaranlıqdır. Bir yerdə ədalətin bərpası digəri üçün zülmün başlanğıcı kimi qəbul oluna bilir. Xızır Peyğəmbərin günahsız uşağı öldürməsi zahirən, dünya meyarlarına, hətta hazırki İslam hüququna görə böyük günah, cinayət və ədalətsizlik idi. Lakin hadisələrin batini, gizli tərəfi izah olunduqda hikmət prinsipləri baxımından Peyğəmbər haqlı çıxır. Odur ki, İslam inancına görə, əsl ədalət tərəzisi bu dünyada deyil, Axirətdə qurulur. Zalım cəzasını, məzlum isə haqqını orada tam şəkildə alacaq. Çünki pərdələr orada qalxacaq. Necə ki, İmam Əli buyurur: "İnsanlar yatırlar, yalnız öləndə ayılacaqlar."

Tural İrfan

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Allahşükür Paşazadə Vatikanla mühüm sənəd imzalayıb

Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladıb və ölkəmizdə sülhün, harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi vurğulayıb.Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektinə çatdırıb. O, Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq hazırda Bakıda inşa edilən və...

26 Oktyabr 2026, 20:20

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19