Bizə yazın

Baku

-°C

USD

-

Qatır Məmməd filmindəki həmin obraz əslində kimdir? 

Cəmiyyət 03 Sentyabr 2026, 12:32

3527

Cümhuriyyət Ordusunun xüsusi yetişdirdiyi zabit, kino filmdə aktyor Rasim Balayevin canlandırdığı, Əziz adı ilə təqdim edilən və DĪFAĪ üzvü olan Teymur bəy Novruzov 1919–1920-ci illərdə Gəncə Quberniyasında  bolşeviklə arxalanaraq onların göstərişini yerinə yetirməklə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı üsyan etmiş və nəticə etibarilə Cümhuriyyət ordusuna ağır zərbə vurmaq üzrə olan Qatır Məmmədi üz-üzə, açıq döyüşdə öldürür.

Oxu24.com xatırladır ki,1974-cü ildə ekranlara rejissor Rasim Ocaqovun və şair Zeynal Xəlilin eyniadlı pyesinin əsasında Mixail Maklyarski və Kirill Rapoportun ssenari müəllifi olan “Qatır Məmməd” filmi çıxır. Film 1919–1920-ci illərdə Gəncə quberniyasında Azərbaycan Cümhuriyyətinə qarşı üsyan edən Qatır Məmməd haqqındadır.

Bu yazım onu öldürən, Cümhuriyyət ordusunun xüsusi yetişdirdiyi, filmdə Əziz adı ilə təqdim edilən Teymur bəy Novruzov barədədir.

Cümhuriyyət ordusunun zabiti Teymur bəy Mirzə Hacı bəy oğlu Azərbaycan Cümhuriyyətinin 1919-cu il iki avqust tarixli əmrilə ordudakı əla xidmətlərinə görə general-mayor rütbəsi alıb. O, 20 aprel 1880-ci ildə Qazax qəzasının Qovlar kəndində anadan olmuşdu. 1898-ci ildə hərbi xidmətə başlamışdı. Siravi əsgərlikdən general-mayor rütbəsinədək yüksəlmişdi.

DİFAİ üzvü olan Teymur bəy xüsusi kəşfiyyat kursu keçmişdir. Gürcüstan, Türkiyə və Rusiyada təlimlərdə iştirak edib. Rus, gürcü, alman dillərini əzbər bilib. 

 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra, 1919-cu il yanvarın 9-da polkovnik Novruzov ADR ordusuna çağırılaraq Hərbi Nazirin təyinatları üzrə qərargah zabiti təyin edilir[. 1919-cu il aprelin 2-də Azərbaycan Respublikası Hərbi Məhkəməsinin müvəqqəti üzvü təyin edilmişdir. 1919-cu il avqustun 1-də Gəncə şəhərində yerləşən Süvari Diviziyasının komandiri təyin edildi.

Cümhuriyyət ordusunun Qatır Məmmədə qarşı planlaşdırılan əməliyyatı zamanı onun kəşfiyyat sahəsində yüksək bacarıqlarını olduğunu nəzərə alaraq tapşırığı olur ki, onun yanında yerləşib, etimad qazanıb və onu zərərsizləşdirsin. Filmdə belə bir səhnə var. İzlədiyi Qatır Məmmədin Gəncədə yeməkxanaya girdiyini bilib ora gəlir, süfrədə oturub çörək kəsirlər. Harda gördün öldür əmrinə baxmayaraq çörək süfrəsində onu öldürmək istəməyən Teymur bəyin “Mən zabitəm, çörək üstündə düşmən də olsa öldürmərəm” sözü uzun zaman Cühmhuriyyətdə və ondan sonra məhşur olur. Bu söz Cümhutiyyət zabitlərinin şərəfli olub, düşmən də olsan çörək kəsəndə ələ verməməsini göstərib.

“Qatır Məmməd” filminin ilk variantında Əziz rolunu Eldəniz Zeynalov canlandırıb. Eldəniz Zeynalov atdan yıxılıb, sonra nə illah ediblərsə, deyib “mən daha çəkilmirəm”. Sonra rəhmətlik Fuad Poladovu çəkmişdilər, lakin onun Cümhuriyyət zabiti rolunu orjinal canladırdığı üçün, film yenidən çəkilir və bu rola Rasim Balayev dəvət edilir. Hüseyn Seyidzadə birinci filmin rejissoru kimi əsl Qatır Məmməd simasını yaradır, lakin Moskva bunu Sovet üsuluna zidd olduğunu deyib ondan qəhrəman yaratmasını tələb edir. Hüseyn Seyidzadə imtina edir deyə, birinci film ekranlara çıxmır.

Filmdə göstərilir ki, Əziz Qatır Məmmədi arxadan vurur, qaçır və sonra öldürülür. Əslində Teymur bəy üz-üzə döyüşdə onu öldürür, çünki Qatır Cümhuriyyət ordusuna ağır zərbə vurmaq üzrə idi. Teymur bəy buna izn vermir və açıq döyüşə onu çağrır və öldürür. Beləliklə Cühuriyyət ordusunun yüzlərlə əsgəri sağ qalır.

Teymur bəy bolşeviklərə və ermənilərə qarşı çoxsaylı savaşlarda iştirak edib. Novruzov sovet işğalçılarına qarşı Gəncə üsyanının təşkilatçılarından və fəal iştirakçılarından biri olmuşdur. Süvari diviziyanın 1920-ci ilin martında Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara qarşı döyüş əməliyyatlarında fəal iştirak etmişdi.

Azərbaycan işğal olunandan sonra Teymur bəy Gürcüstandan keçərək Almaniyaya oradan da Fransaya mühacirət etmişdi. Genaral-mayor Teymur bəy Mirzə Hacı bəy oğlu Novruzov 1961-ci il yanvarın 23-də Fransanın Nitsa şəhərindən 30 km aralıda yerləşən Mentonda vəfat etmiş və Nitsa şəhərinin Kokad qəbristanlığında dəfn edilmişdir.

Prof. Dr. Zaur Əliyev

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...

26 Oktyabr 2026, 17:55