Bizə yazın

Baku

-°C

USD

-

Ən böyük əxlaqsızlıq, Kanta görə, azad iradə sahibi olmamaqdır!

Cəmiyyət 03 Sentyabr 2026, 19:05

4402

Aqşin Yenisey yazır:

Alim və fəlsəfə doktorlarımız dil açdıqca, cahillərimizə şükür etməyə başlamışam. Səbəbini izah etməyə çalışacağam. Dadıma çatan söz və fikir azadlığı aydınlanma çağının insana tanıdığı haqqdır. Aydınlanma kəlməsi bər-bəzəksiz halıyla iradə azadlığını ifadə edir. “Aydınlanma”, “azad iradə” dedikdə yada ilk kim düşür? Kant!

Kant özü aydınlanmış insanı bu cür xarakterizə edirdi: "Aydınlanma, insanın özü-özünü könüllü məhkum etdiyi ərgin, yetkin olmamaqdan qurtulmasıdır. Ərmiş olmamaq, başqasının iradəsi olmadan insanın öz ağlından istifadə etməməsidir. Ağlını az olduğu üçün deyil, başqalarının iradəsinin altında olmadığı üçün istifadə etmək cəsarəti göstərməyən insan özü-özünü ərgin, yetkin olmamağa məhkum edər. Sapere aude! Ağlını öz iradənlə istifadə etmək cəsarətini göstər! Budur aydınlanmanın şüarı”.

Hegelin öz fəlsəfəsini Kantın şöhrətinin kölgəsində yaratdığını elan etməsinə baxmayaraq, Robespyerin Parisdəki özbaşınalıqları və evinə soxulan Napoleon əsgərləri onu məcbur etdi ki, özünün totalitarlığa meyilli fəlsəfəsiylə Kantın “azad iradəsini” bir az boğsun.

Kant nədən insan iradəsinə bu qədər azadlıq tanıyırdı? Çünki yoxsul və dindar bir ailənin övladı olmuşdu. Mənəvi asılılığın daha çox maddi asılılıqdan törədiyini öz evində görmüşdü. Böyüdü Kant oldu və xalqına çıxış yolunu göstərdi: Azad iradə! İradəsi azad olmayan insan, cəmiyyət həmişə mənəvi əsarət altında yaşamağa, başqalarının iradəsindən asılı olmağa məhkumdur.

Bütün sosial-ictimai eybəcərliklərin qaynağı da mənəvi asılılıqlardır. Kant hətta deyirdi ki, iradəsi azad olmayan insan əxlaqlı ola bilməz.

İndi gələk bizə. Daha doğrusu, bizim alim və fəlsəfə doktorları ordusuna. Bizim “hegellər” instinktiv olaraq azad iradəni boğmağa çalışmır, azad olmaq istəyən iradəni boğmağa çalışır. Çünki biz azad iradənin nə və necə olduğunu yaxın iki əsrlik tarixi təcrübəmizdə yaşamamışıq. Bəs niyə azad olmaq istəyən iradəni boğmağa çalışırlar? Çünki özləri də azad iradə sahibi deyillər, olmayıblar. 

Bizdə nəsildən-nəsilə ötürülən ictimai-sosial miras budur: Biz azad iradə sahibi olmamışıq, siz də olmayın! Bitdi! 

Cəmiyyətimizdəki bütün eybəcərliklərin səbəbi isə məhz azad iradə ilə yönləndirilən ağıl çatışmazlığıdır. Biz əxlaqsızlıq deyən kimi cumuruq bir az açıq-saçıq geyinən və cəmiyyətin aşağı təbəqəsindən gələn qız-gəlinin üstünə. Bununla daha böyük əxlaqsızlıqların üstünü örtürük. Ən böyük əxlaqsızlıq, Kanta görə, azad iradə sahibi olmamaqdır!

Sual yaranır? Əgər biz yenə iki əsrlik əsarət düşüncəsiylə (islama olan mənəvi asılılığımızı bu dəfə qoyuram bir qırağa) yaşayacaqdıqsa, nə üçün bu qədər qan töküb müstəqil dövlət qurduq? Əgər mənim düşüncəm yetmiş il əvvəlki azərbaycanlının düşüncəsindən fərqlənməyəcəkdisə, bu qədər qan nəyin uğrunda axıdıldı? Nə üçün mən öz cəmiyyətimi mənəvi əsarətdə saxlayan dəyərlər sisteminə hücum etməmiliyəm, hələ bir sığal da çəkməliyəm? Kantdan əskik oğlanam? 

Alim və fəlsəfə doktorlarımızdan ricam budur, mən və mənim kimi düşünənlərin müzakirəyə açdığı böyük mətləbləri “təkəbbür”, “özündən müştəbehlik”, “böyüyün üzünə ağ olmaq" kimi mental cəfəgiyyat dəstiylə səciyyələndirib cılızlaşdırmayın. Sizin işiniz bura qədər idi, bundan sonrasına qarışmayın. Həzrət Abbas haqqı, bizim sizin nə vəzifənizdə, nə titullarınızda, nə də çörəyinizdə gözümüz var.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...

26 Oktyabr 2026, 17:55