Bizə yazın

Baku

-°C

USD

-

Vüqar Rəhimzadə: Tibb işçilərinə maaş artımı mühüm addımdır

Cəmiyyət 03 Sentyabr 2026, 15:33

4665

Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, sosial xidmətin səviyyəsinin yüksəldilməsi, bir sözlə, vətəndaş məmnunluğunun artırılması dövlətin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsidir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu son 23 ilə yaxın dövr ərzində uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-cü ildə səsləndirdiyi və hazırda reallıqda öz əksini tapan “Biz neft kapitalını insan kapitalına çevirməliyik!” çağırışı özündə əsas məqamları ehtiva edir. Təbii ki, burada söhbət insan amilinə verilən dəyərdən, ölkə əhalisinə göstərilən yüksək diqqət və qayğıdan gedir. Dövlət başçısı İlham Əliyev, həmçinin bu çağırışı da edib ki,  iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu hədəflər regionların malik olduğu potensialdan səmərəli istifadəni bir tələb kimi qarşıya qoydu. Bunun üçün Prezident İlham Əliyevin sərəncamları ilə Regional inkişaf Proqramları təsdiqləndi və uğurla icra edildi. Həmin sənədlərdə hər bir bölgənin  sosial-iqtisadi inkişafı üçün görüləcək işlər və onların icra mexanizmləri öz əksini tapdı ki, bunlardan biri də bölgələrdə müasir səhiyyə mərkəzlərinin yaradılması idi. Məqsəd  əhalinin paytaxta gəlmədən öz yaşadıqları bölgələrdə yüksəkkeyfiyyətli, müasir və operativ tibbi xidmət almasını təmin etməkdir. Ümumiyyətlə,  tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, regionlarda əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının artırılması, icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqi, səhiyyənin rəqəmsallaşması, sosial və maliyyə ağırlığı olan bir sıra xəstəliklərin müalicəsinin dövlət proqramları təminatına alınması, eləcə də müasir infrastrukturun qurulması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) koordinasiyalı fəaliyyəti nəticəsində ölkənin müxtəlif şəhər və rayonlarında yeni xəstəxanalar inşa edilib, mövcud tibb müəssisələri əsaslı şəkildə yenilənib. Yeni xəstəxanaların istifadəyə verilməsi və mövcud olanların bərpası əhalinin tibbi xidmətlərə çıxış imkanlarını genişləndirir, müasir tibbi avadanlıqlarla təminat gücləndirilir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, hazırkı dövrün əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizin bərpası, böyük Qayıdış Proqramının uğurlu icrasıdır. Bərpa işlərində də əsas diqqət göstərilən məsələlərdən biri  sosial obyektlərin, o cümlədən səhiyyə müəssisələrinin tikintisidir. İşğaldan azad edilmiş ərazilərdə səhiyyə infrastrukturunun qurulması sosial siyasətin mühüm tərkib hissəsi olmaqla yanaşı, həmin ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsində də strateji rol oynayır.

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkəmizdə səhiyyənin inkişafının yüksək səviyyədə olması özünü koronovirus infeksiyası ilə mübarizə tədbirlərində nümayiş etdirdi. Ölkəmizdə səhiyyə xidməti beynəlxalq səviyyədə təqdir edildi. Təbii ki, bu inam ölkəmizdə səhiyyənin inkişafı istiqamətində görülən işlərə, səhiyə müəssisələrinin güclü  maddi-texniki bazaya malik olmasına, yüksəkixtisaslı kadrlarla təminata əsaslandı. Həmin dövrdə yeni səhiyyə müəssisələrinin yaradılmasını, modul tipli səhiyyə müəssisələrinin quraşdırılmasını xüsusi qeyd etməliyik. Təbii ki, bu müəssisələrin  müasir tələblərə cavab verən  avadanlıqlarla təmin edilməsi ilə bərabər, onların kadr potensialı da xüsusi diqqətdə oldu. Bu baxımdan onu da qeyd etməliyik ki, təcrübə mübadiləsinin aparılması  yüksək ixtisaslı kadrların yetişdirilməsində əhəmiyyətli rol oynayır. Bu isə öz növbəsində əhalinin sağlamlığının təmin edilməsində, xəstələrin xarici ölkələrə üz tutmayaraq ölkə daxilində yüksək səviyyədə müayinə olunub, müalicə almalarında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev hələ dünyanın koronovirus infeksiyası ilə mübarizə apardığı dövrdə  ölkədə iqtisadi islahatların davam etdiriləcəyinə, heç bir sosaal layihənin təxirə salınmayacağına çağırışlar etdi. Təbii ki, hər bir inkişafın təməlində iqtisadi tərəqqi dayanır. Ölkəmizin iqtisadi və maliyyə imkanlarının genişliyi hər bir sosial layihəni uğurla başa çatdırmağa əsas verir. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Bu günədək beş sosial paketin həyata keçirilməsi bunun bariz nümunəsidir. Bu paketlər minimum əməkhaqlarının, pensiyaların, müavinətlərin və təqaüdlərin əhəmiyyətli dərəcədə artırılmasını təmin edərək milyonlarla vətəndaşın rifahının yüksəldilməsinə xidmət etmişdir.

Millət vəkili bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü  ölkə ictimaiyyəti tərəfindən böyük rəğbət hissi ilə qarşılandı. Bu təşəbbüsün Prezident İlham Əliyev tərəfindən yüksək dəyərləndirilməsi və icrası ilə bağlı müvafiq tapşırıq verməsi dövlətin tibb işçilərinə göstərdiyi diqqət və qayğının növbəti bariz nümunəsidir. Belə ki, sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 mindən çox tibb işçisinin əməkhaqlarının artırılması nəzərdə tutulur. Bu məqsədlə TƏBİB sistemi üzrə əməkhaqqı fonduna 189 milyon manat vəsait ayrılıb. Əməkhaqlarının vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla differensial qaydada artırılması isə qərarın digər mühüm xüsusiyyətidir. İslahat xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlər üçün əhəmiyyətli artımlar nəzərdə tutur. Xüsusilə regionlarda çatışmayan ixtisaslar üzrə vəzifə maaşına 1,3 əmsalın tətbiq edilməsi mühüm addımdır. Bu mexanizm yüksəkixtisaslı həkimlərin və digər tibb mütəxəssislərinin regionlarda işləməyə marağının artırılmasına ciddi stimul verəcək. Çünki bölgələrdə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi üçün ilk növbədə həmin ərazilərdə zəruri ixtisaslara malik kadrların olması vacibdir.

Vüqar Rəhimzadə qeyd edib ki, son illərdə səhiyyə sahəsində ardıcıl tədbirlər həyata keçirilib. 2023-cü ildən TƏBİB tabeliyindəki müəssisələrdə maaşlar artırılıb, 2025-ci ildə minimum əməkhaqqının artımı ilə əlaqədar növbəti yüksəlişlər olub, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evləri işçilərinin tarif maaşlarına isə 1,5-3 dəfə artım əmsalları tətbiq edilib. Yeni islahat bu prosesin davamıdır. İslahatın əsas məqsədləri tibb işçilərinin sosial rifahının gücləndirilməsi, peşənin cəlbediciliyinin artırılması, regionlarda kadr təminatının yaxşılaşdırılması və pasiyent məmnunluğunun yüksəldilməsidir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, səhiyyə işçilərinin əməyinin qiymətləndirilməsi onların peşələrinə daha böyük məsuliyyətlə yanaşmalarına və daim inkişaf etməsinə,  tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə və müasir yanaşmaların tətbiqinə geniş imkanlar yaradır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...

26 Oktyabr 2026, 17:55