Texno-feodalizm və köləlik - İbrahim Nəbioğlu yazır...
Cəmiyyət 03 Sentyabr 2026, 17:30
4063
“Oxumaq və unutmaq paradoksu” kitabımdan
Qızımı qarşılayıb hava limanından evə gedirik.
İlıq bir yay axşamıdır.
Maşında “Spotify”da ikimizin də bəyəndiyi “Indigo night” parçasını seçirəm. Maşının salonuna Taminonun qüssəli, sakit səsi yayılır. “Jeff Bakliyə (Buckley) bənzəyir səsi”, – qızıma deyirəm: “Sənin yaşıdların onu tanıyır ki?”…
Taminonun dərin tınıları insanı saf hislərin içinə çəkir.
Mahnı bitir, araya reklamlar girir.
Bir ildir qurtulmuşdum “Spotify” reklamlarından. Demək ki, illik abunəliyim sona çatıb, yeniləmək lazımdır. “Unutmuşam ödəmə etməyi” deyirəm, – sanki günah işləmişəm…
“Görürsənmi, necə əsir alıblar bizi – abunəliklər, aylıq və ya illik ödəmələr…”. Anlamıram nə dediyini, “Kimlər?” deyə soruram. “Facebook-lar, Instagram-lar, YouTube-lar, Telegram-lar” deyə cavab verir qızım.
***
Məktəbli ikən sosializmdə yaşadıq. Ancaq “Amerikanın səsi”nə qulaq asır, “Samizdat” əsərləri oxuyur, Bolşevizm və ondan törəyənlərə nifrət edir və kapitalizm gələcək deyə xəyallar qururdum. Elə bilirdim ki, kapitalizm sabahlardır, gələcəkdir.
Kapitalizm gəldi – dağıntılarla, sarsıntılarla, amma gəldi. Bazar iqtisadiyyatı sərbəstləşdi, təşəbbüskarlıq mükafatlandırıldı, rəqabət təşviq edildi. Dedilər ki, bunlar cəmiyyətin dirəkləri, bel sütunu olacaq. Hələ kapitalizm vəhşiliyini tam göstərməmişdi, ancaq beynimdə “Bəs, kapitalizmdən sonra nə gələcək?” kimi sual doğmuşdu.
“Sosializmin bir atımlıq barıtı varmış”, – öz-özümə deyirəm. – Gəldiyi kimi getdi”. Planlı iqtisadiyyat, texnoloji geridəqalma, mərkəzləşdirilmiş və sərt idarəetmə sistemi, azadlıq və ifadə məhdudiyyətlər… sosializm, xüsusilə də sovet tipi sosializm bu səbəblərə görə süquta uğramadımı? Nə üçün sosializm feodalizm qədər uzunömürlü ola bilmədi?
***
“Kapitalizmin sonunu texnologiya nəhəngləri gətirdilər”, – bu sözlər Yunanıstanın keçmiş maliyyə naziri Yanis Varufakisə aiddir. Hazırda Afina universitetinin professoru olan Varufakis yazdığı son kitabında feodalizmlə bugünkü “post-kapitalizm” arasında paralellər aparır, mənfəətdən icarəyə keçidi araştırır. Çoxluğa kapitalizm əbədi olacaq kimi gəlirdi. Qüsurları göz qabağında idi, lakin üstünlüyü də danılmazdı. Bu gün hər şey dəyişdi. Varufakis “Texnofeodalizm” adlı kitabında heyrətamiz iddiada bulunur:
Kapitalizm öldü…
Bəşəriyyət yeni bir dövrün astanasına ayaq basıb.
Bu dövrün adı Texno-feodalizmdir.
Solçular “Kapitalizm öldü” deyə çox da sevinməsinlər, hələ tezdir. Onu daha yaramaz bir şey əvəz edir. Çünki yeni gələn kapitalizmdən daha iyrəncdir. Google, Apple, Facebook, X (Twitter), Amazon kimi texnoloji şirkətlərinin biz istifadiçələrə kölə kimi davrandıqlarına baxmaq kifayətdir ki, düşdüyümüz vəziyyəti anlayaq.
Karl Marks deyirdi ki, kapitalizmdən sonra yenə sosializm gələcək, amma onun təxmini düz çıxmadı. Çünki artıq IT oliqarxlarının “xoruzu ötür”. Hər şey onların əlində cəmləşmiş reallıqdır. Bugünkü texnoloji sistemdə torpaq əvəzinə digital (rəqəmsal) platformalar, torpaq ağaları yerinə isə Amazon, Google, Meta, Apple kimi nəhəng texnoloji şirkətlər keçib. Onlar digital “torpaqlara” nəzarət edir, istifadəçiləri və kiçik sahibkarları bu torpaqlarda fəaliyyət göstərməyə, bunun müqabilində isə “icarə haqqı” ödəməyə məcbur edirlər.
Artıq iqtisadiyyatın, ticarətin qaydalarını bazar münasibətləri deyil, alqoritmik nəzarət və platformaların monopolistləri yazırlar. Əgər kapitalizmdə hökmran bazar idisə, texno-feodalizmdə onu icarə, abunəlik və datalara nəzarət əvəzləyir.
Texno-feodalizmdə biz məhsuluq – maaş almadan çalışırıq.
İstifadəçilər bu sistemdə həm istehsalçı, həm də məhsul rolunu oynayırlar. Məsələn, Facebook-da status yazırsan, Instagram-da şəkil paylaşırsan, YouTube-da video izləyirsən – sən kontent yaradırsan, amma əsl qazanan həmin platformalardır. Çünki sən onların “torpağında” işləyir, əvəzində isə əmək haqqı almırsan.
Platforma kapitalizmi artıq data kapitalizmi ilə əvəz olunub. İnsanların davranışları, maraqları, hərəkətləri sistem tərəfindən qeydə alınır, analiz edilir və bazar üstünlüyünə çevrilir. Bu isə informasiya əsrində məlumatın silaha çevrilməsi deməkdir.
Yanis Varufakisin 2023-cü ildə yayımlanan “Technofeudalism: What Killed Capitalism” kitabı “Financial Times” tərəfindən ilin ən mühüm iqtisadi kitablarından biri seçildi. WIRED jurnalında onunla keçirilən müsahibədə Varoufakis bildirir:
“Biz artıq kapitalizmin içində yaşamırıq. Kapitalizmi öldürən bir güclə qarşı-qarşıyayıq – texnoloji feodallarla”.
Bəli, məsələn, Amazon sadəcə bazarda iştirak etmir, o, artıq bazarın özüdür.
Və ya Apple şirkəti, məsələn, App Store-da sadə bir tətbiq yükləmək istəyirs Apple-a 30% komissiya ödəməyə məcbur olursan.
Bunlar Reddit forumlarında və sosial şəbəkələrində bu məsələ geniş müzakirə olunur. Bu sistemi “cloud serfdom” (bulud köləliyi) adlandırırlar. Bəziləri də Marksın “əməyin yadlaşması” nəzəriyyəsinin kəllə-çarx olduğu düşüncəsindədir.
Yoldaş Marks, bəs indi necə olacaq, “Digital müstəmləkəçilik”, “Data imperiyası”, “Alqoritmik hökmranlıq” kimi anlayışlarla necə baş edəcəyik? Yazdın, yazdın, canını qurtardın getdin, indi biz sənin “zibillərini” necə təmizləyək? Bilirsənsə o dünyadan yaz görək, əgər bu, tekno-feodalizmdirsə, biz onun qarşısında təslim olacağıqmı, yoxsa ictimai nəzarət, şəffaflıq və ədalətə əsaslanan yeni münasibət formalarımı yaratmalıyıq?
Bəli, “Gələcək çox tez gələcək”, ancaq kapitalizmin digital texnologiya tərəfindən əvəz edildiyi bir dünyada, əgər tənqidi düşünmür və alternativ yollar axtarmırıqsa köləyə çevriləcəyik. Orta əsrlər feodalizminin müasir versiyası olan texno-feodalizmin kölələri olmamaq üçün datanın sahibinə çevrilmək, texnologiyanın aləti yox, yönləndirəni olmalıyıq.
Yeni gənclik bunu bacara biləcəkmi?
***
İlıq bir sentyabr sabahı idi.
Qızım geri qayıdırdı, yaşağı ölkəyə.
Hava limanı yolunda “Spotify”da Hayede ölməz “Soghati”ni oxuyurdu:
Gələndə bütün yollardan ayaq səsi gəlir
Sanki dünyanın hər yerindən gəlir, uzaq şəhərdən deyil.
Səni görmə anı bitənə qədər
Yerdə hansı yol varsa, sinəmə çatır…
Digər mahnıya keçəndə qızım gülərək:
“Aaaa, reklamsız çalır ki… nə tez ödədin abunəlik haqqını?”.
Kədərli bir səslə belə cavab verdim:
“Axı mən texno-feodalizm köləsiyəm”…
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55