Həmzə Sadıqov! Ermənilərin Sovet İttifaqı Qəhramanı almasına mane olduğu KƏŞFİYYATÇI!
Cəmiyyət 05 Sentyabr 2026, 09:55
3884
Hitlerin ən sevimli generallarından biri olan, qəddarlıqda ad qazanmış general-leytenant Karl Fon Rodenburqu əsir götürmüş. "Həmzə Baba" və “Sadıqşvali” adları ilə məhşur olan hərbiçi Həmzə Cümşüd oğlu Sadıqov 1915-ci il oktyabrın 7-də Şuşada anadan olub. Kiyev Artilleriya Məktəbində təhsil alıb və İkinci Dünya müharibəsində ön cəbhədə kəşfiyyatçı kimi fəaliyyət göstərib.
Müharibənin gedişatını dəyişən Stalinqrad döyüşlərində Həmzə Sadıqov da misilsiz igidlik göstərib. 1941-ci ildə Stalinqradda müsəlman məscidinin, yəhudi sinaqoqunun, iki xristian kilsəsinin faşistlərdən təmizlənməsində yaxından iştirak edib. 1942-ci ilin sonlarında bu şəhərdə yerləşən hərbi əsir düşərgəsindəki yəhudi ailələrini ölümün pəncəsindən qurtarıb.
Hakimiyyətdə olan ermənilər və onlara yaxın generalları mühüm hərbi uğurların və alman generallarının əsir alınması kimi tarixi hadisələrin azərbaycanlı bir kəşfiyyatçının adı ilə bağlənməsini istəmirdilər. Buna görə də Sadıqov İkinci dünya Savaşında göstərdiyi igidliklərə və onlarla sovet vətəndaşını ölümdən xilas etdiyinə görə Sovet İttifaqı adına layiq görülsə də, milli mənsubiyyətinə görə ayrı-seçkilik edilərək təltif olunmayıb.
Anastas Mikoyanın müdaxiləsi ilə Rodenburqun erməni mayoru Arşakyan tərəfindən əsir götürüldüyünü deyib. O erməniyə də Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Anastas Mikoyan SSRİ-nin ali rəhbərliyində — İosif Stalinin ən yaxın ətrafında yer alırdı və Stalinqrad cəbhəsinin təminatına cavabdeh idi. O, bu inzibati imkanlardan və Kremldəki nüfuzundan istifadə edərək cəbhədən gələn real məlumatları asanlıqla manipulyasiya edə bilirdi.
Əməliyyat zamanı alman generalının atdığı güllə ilə yaralanan Həmzə Sadıqov hospitalda belə saatlarla sorğu-sual edilmiş, haqsız ittihamlarla üzləşmişdir. Xəstəxana dövründə Həmzə Sadıqova qarşı psixoloji təzyiqlər artmış, onun haqqında müxtəlif qondarma ittihamlar irəli sürülərək iş məruzə edilmişdi. Onu məcbur edirdilər ki, desin ki, o yox, erməni Arşakyan əsir götürüb. Hətta onu həbs etmək istəyirdilər. O, bir müddət cəza komendaturasına da göndərilmişdi.
Lakin Mircəfər Bağırovun işə qarşımasından sonra məsələ üzə çıxıb. Həmzə Sadıqov generalı əsir götürdüyü zaman güllə yarası almış idi, onun bədənindən çıxarılan giliz ekspertiziya göndərilir və məlum olur ki, bu giliz general Rodenburqun tapançasından atılıb və ədalət bərpa edilir. Eyni zamanda əsir düşən alman general da sorğu sual edən müstənqilərə etiraf edir ki, onu əsir götürən Həmzə Sadıqov olub
General etirafında deyir:
“Mən ancaq generala təslim olmaq istəyirdim, qarşıma gələn şəxsi görən kimi tapançamı çıxarım ona bir neçə atəş açdım, lakin o aldığı yaralara baxmayaraq mənim əl qolumu bağlayıb sovetlərə təslim etdi”-qeyd edim ki, general formasında onu həbs etməyə gedən Həmzə Sadlqov olub ki, alman general qərərganın ikinci mərtəbəsində alman generalı ona bir neçə dəfə atəş açıb. Aldığı yaralara baxmayaraq Həmzə Sadıqov alman generalını öz silahdaşlarına təhvil verə bilib.
Həmçinin oxuyun
Stalinə məruzə edilir və o, sənədlərlə tanış olandan sonra Siyasi Büronun iclasında mübahisəyə son nöqtəni qoyaraq belə demişdi:
“Həmzə Sadıqov qafqazlılara məxsus qəhrəmanlıq, qorxmazlıq, mərdlik nümayiş etdirib”.
Məsələ yenidən gündəmə gəlir və ədalətin tam bərpası üçün ermənidən Sovet İttifaqı qəhrəmanı adının alınıb ona verilməsi barədə Stalinə məruzə edilir. Bu zaman da işə yenidən Anastas Mikoyan qarışır və Həmzə Sadıqov layiq olduğu adı ala bilmir yenə.
Həmzə Sadıqov mərkəzi arxivlərdə və hərbi qeydlərdə öz haqqını bərpa etməyə çalışmış, lakin maneələrlə qarşılaşmışdı. Sovet rəhbərliyindəki bəzi dairələrin və erməni məmurların yaratdığı bürokratik divarlar onun sənədlərinin yenidən baxılmasına imkan verməmişdi.
Sadəcə qvardiya baş leytenantı Həmzə Sadıxov və kəşfiyyatçı Əli Kərimov Volqadakı döyüşlərdə fəal iştirakına və alman general-leytenantını əsir alınmasında iştirakına Qırmızı Ulduz ordeninə layiq görülür.
Müharibədən sonra Həmzə Sadıqov Ağdama qayıdıb. Həkimlərin səylərinə baxmayaraq alman generalının atdığı atəş nəticəsində onun sağ tərəfinin iflicini müalicə etmək mümkün olmayıb və 1964-cü il mayın 9-da güllə yarasının verdiyi fəsad nəticəsində vəfat edib.
Həmzə Sadıqovun adı bu gün bir çox ölkələrdə ehtiramla çəkilir.
Prof.Dr.Zaur Aliyev
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55