Bizə yazın

Baku

-°C

USD

-

Əhməd Tirinçi sonadək müdafiə edən Kazım Ziya

Cəmiyyət 08 Sentyabr 2026, 12:25

3776

Haqqında amansız danoslar yazılan, iki dəfə həbs olunan, repressiya qurbanı Əhməd Tirinç haqqında son ana qədər mənfi rəy yazmayan Azərbaycan SSR Xalq artisti Kazım Ziya...

   Kazım Ziya 21 mart 1896-cı ildə Azərbaycanın incisi hesab edilən qədim Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olub. Yeniyetmə yaşlarından ərəb və fars dillərini mükəmməl öyrənib. Sonralar rus və fransız dillərini də mənimsəyib. 1911-ci ildə əmisi Hüseynin ailəsi ilə birgə Bakıya köçüb. O, 1912-ci ilin payızında burada "İttihad" İran gimnaziyasına daxil olub. Bir il sonra isə məktəbdə ədəbiyyat dərnəyi yaradıb. 1914-cü ildə Hüseyn Ərəblinski başda olmaqla teatr fədailəri "İttihad" məktəbində şagirdlərin nəfinə (xeyrinə) Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" faciəsinin tamaşasını göstəriblər. Bununla da Kazım Ziyanın taleyinin sənət seçimi qətiləşib. Həmin vaxtdan müxtəlif teatr dəstələrində çıxışlar edib.

   Kazım Ziya Milli Dram Teatrının tamaşalarında fəal iştirak etsə də, truppanın ştatına 1922-ci ildə götürülüb. Arada bir il Naxçıvana gedib. Orada dövlət teatrının formalaşmasında ciddi çalışan Kazım Ziya 1925-ci ildə yenidən Bakıya qayıdaraq Bakı Türk İşçi və Kəndli Teatrının truppasına daxil olub. Bakı Türk İşçi Teatrı 1933-cü ildə Gəncəyə köçəndə Kazım Ziya da doğma kollektivdən ayrılmayıb. 1936-cı ildən 1938-ci ilədək Tiflisdə və İrəvandakı dövlət teatrlarında aktyorluq edib. 1938-ci ildə Bakıya gələrək Milli Dram Teatrının truppasına daxil olub. 

    Tədqiqatçı, tarixçi Aslan Qasımlı yazır ki, 1937-ci ilin əvvəllərində ölkədə gedən repressiyalar yazıçı və şairlərlə yanaşı teatr xadimlərinə tərəf istiqamət götürür. İlk növbədə teatrmızın qartalı Abbas Mirzə Şərifzadə, bir neçə ay sonra Ülvü Rəcəb həbs edilir. Müstən­tiq­lər DTK-nın qa­­ra­nlıq zir­zə­mi­sin­də ək­sin­qi­la­bi, mil­lət­çi­liyi təb­liğ edən­lər sı­ra­sın­da aktyor­lar­dan Ələ­sg­ər Şə­ri­fo­v, Mir­zəağa Əli­ye­v, Rza Əf­qan­lı, Nüsrət Fə­tul­lay­e­vlə yanaşı, 1938-ci ildə Tiflisdən Bakıya gələrək Milli Dram Teatrında şöhrətlənmiş Kazım Ziyanın həbsi üçün də “danoslar” hazırlayırdılar. İki qüdrətli sənətkarların (Abbas Mirzə Şərifzadə və Ülvü Rəcəb) həbsindən sonra növbə Kazım Ziyanın idi. Xalq artisti Fatma Qədri Leyla xanıma Bədirbəyliyə danışarmış ki, danosbazlar onu, Kazım Ziyanı və Mirzağa Əliyevi qələmə aldıqları mənfi rəylərlə ləkələməyə çalışırlarmış. Bu səbəbdən gecələr onun gözünə yuxu getməzmiş. Mirzağa Əliyev gecə zəng vurub Fatma Qədridən soruşarmış: 

   — Necəsən? Hələ gəlməyiblər, Fatma? 

   Fatma xanım da deyərmiş: 

   — Yox! 

   Mirzağa Əliyev qayıdarmış: 

   — Allaha şükür!

    Lakin Kazım Ziya və Mirzağa Əliyev repressiya məngənəsindən qurtula bilmirlər. Kazım Ziyanı vaxtilə Əhməd Triniç haqqında dediyi xoş sözlərə görə yuxarı dairələr bağışlamaq istəmir. Yeri gəlmişkən onu da qeyd edim ki, Kazım Ziya "37"-nin amansız günlərində dəfələrlə Əhməd Tirinç haqqında mənfi rəylər yazmağa məcbur edilmiş, lakin bunu qəbul etmədiyi üçün ona amansız işgəncələr, əzab-əziyyətlər verilmişdir. Bütün mənəvi və psixoloji əzablara baxmayaraq o Əhməd Tirinçi sona qədər müdafiə etmişdir. Bunu görkəmli şəxsiyyətə - Əhməd Tirinçə aid edilən arxiv materiallar da təsdiq edir...

   Repressiya dövründə Kazım Ziyaya əks-inqilabçı, millətçi, üsyançı yarlığı vurulur. 1938-ci ildə Borşev tərəfindən təsdiq olunmuş orderə əsasən Kazım Ziyanın həbsinə şərait yaradılır və evində axtarış aparılmasına icazə verilir. O, müxtəlif fasilələrlə iki dəfə həbs edilir...

    Görkəmli aktyorun ünvanına atılan  iftiralar müsbət həllini tapmasa da, bir müddət sonra Kazım Ziya ölkəni qorxu içində saxlayan “qara meşinlərin” caynaqlarından qurtula bilir. Və o, yenidən səhnəyə qayıdır. Ömrünün sonuna qədər həyatının geri qalan hissəsini teatra bağlayır. Azərbaycan SSR Xalq artisti Kazım Ziya 1956-cı ildə, 60 yaşında dünyasını dəyişir. Məzarı paytaxt Bakıda yerləşən Fəxri xiyabandadır...

Məcid Rəşadətoğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...

26 Oktyabr 2026, 17:55