Əmir Pəhləvan :DÖVRÜN SATİRA SİLAHI yaxud, felyeton janrının böhranı
Cəmiyyət 13 Sentyabr 2026, 19:19
4293
Bu mövzu barədə düşünəndə yaxın keçmişimizin, o cümlədən, sovet dövrünün satira dolu ədəbi xatirələri göz önünə gəlir. Nəsr və nəzmlə yazılan, İctimai həyatın mənfi cəhətləri tənqid olunan və lağa qoyulan felyeton janrı indi özünün böhran mərhələsini yaşayır. Azərbaycanda felyeton janrını ədəbiyyatımıza Cəlil Məmmədquluzadə gətirmişdir.
Qəəzet və jurnalların səhifələrini bəzəyən yumor və felyetonlar ədəbi janr kimi özünün məna yükü, dili, ideoloji estetik səviyyəsilə zamanın mənzərəsini əks etdirirdi. İnsanların düşdüyü vəziyyət komik situasiyalar kəsb etdiyindən komediya və satirik publisistikaya indi daha çox ehtiyac duyulur. Çünki, cəmiyyətdəki ictimai-siyasi bəlaları, bürokratizmi, mənəvi eybəcərlikləri satirik publisistika – felyetonlarla ifşa etmək mümkündür.Lakin bütün dövrlərin ən çox popolyar mövzusu olan felyeton janrı indi özü sosial şəbəkələrin söyüş obyekti kimi təbliğ olunur. Necə deyərlər, top kimi hara gəldi, kimin qahısına gəldi vurulur... Hamı “felyetonçu” və “satirik jurnalist” olmuşlar. Nəvədən-babaya qədər ailə üzvülərinin, nəsil-şəcərələrinin hamısı satira sözünü təhqir sözüylə əvəzləyib felyetonu hədə-qorxu və şantaj performasına çevirmişlər.Allah Mirzə Cəlilə rəhmət eləsin.”Molla Nəsrəddin” jurnalında millətin və zamanın eyiblərini yaza-yaza yeddi arxadönənini üzə çıxartsa da heç bir faydası olmadı.Əksinə axırda Cəlilin özü və ailəsi vəhşi cəhalətin qəzəbinə düçar oldu. Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və başqa ədəbiyyat və mədəniyyət karifeylərimiz də həmçinin nadanlığın və xurafatın qurbanı oldular.Hələ də Çəlil felyetonlarının içində çabalayan millətimiz öz eyblərini boynuna almır ki, almır...
Yaxın keçmişimiz olan covet jurnalistikasının bədii-estetik cəhətləri, ictimai-siyasi baxışları və ziddiyyətləri bu günümüzlə müqayisədə nə qədər fərqli olsa da ümumi ədəbi prosesi, janrları, obrazlılığı və struktur prinsiplərini sistemli şəkildə özündə saxlamışdır.
İstər publisistikanın, istərsə də bədii ədəbiyyatın əsas yaradıcılıq prinsiplərindən biri tipikləşdirmədir. Ədəbiyyatşünaslarla publisistika nəzəriyyəçiləri arasında nəyin tipik, nəyin qeyri-tipik olması barədə mübahisələr bu gün də davam edir və bəzən konkret əsərlərə qiymət verilərkən ölçü hissinin itirilməsinə gətirib çıxarır. Bədii ədəbiyyatda tipiklik dedikdə, əsasən, obrazın ictimai mahiyyəti, müəyyən fundamentə, sinfi köklərə malik olması əsas götürülür. Oçerk janrında cəmiyyət üçün tipik fərdlərin bədii təsviri olduğundan ədəbiyyat nəzəriyyəçilərinin bir qrupu onu bədii ədəbiyyat janrları sırasına daxil edirlər. Yaradıcılıq metodu və üslubu, süjet-kompozisiya həlli etibarilə bədii əsər hesab olunan sənədli novella, sənədli hekayə, sənədli povest və sənədli romanlar isə əksər publisistika nəzəriyyəçiləri tərəfindən bədii publisistikanın janrları kimi qiymətləndirilir. Burada qələmə alınan hadisələrin konkret faktla bağlı olması əsas götürülür, lakin faktın cəmiyyət üçün nə dərəcədə tipik, yaxud qeyri-tipik olması unudulur. Bədii ədəbiyyatda konkret prototipləri məlum olan minlərcə əsər məhz ümumiləşdirmə xüsusiyyətlərinə görə bədii əsər kriteriyası alır. Müəyyən sənədli əsər üçün də (məsələn, Əvəz Sadığın “Mingəçevir işıqları” romanı) fakt ümumiləşdirici xüsusiyyətlərə malik ola bilir və cəmiyyət üçün tipik xarakter daşıyır. Halbuki, yuxarıdakı meyarla yanaşdıqda onu bədii publisistika, yoxsa, bədii əsər adlandırmaq qeyri müəyyən mülahizələrdən asılı olur. Burada isə elmin əsas prinsiplərindən biri—onun konkretliyi pozulur, nəticədə publisistika nəzəriyyəçiləri və ədəbiyyatşünaslar arasında saxta “polemika”, nəzəri “frontallıq” meydana çıxır. Jurnalistika və ədəbiyyat nəzəriyyəsinin hazırkı durğunluq mərhələsində satirik əsərlərə düzgün olmayan aspektdən nəzəri-metodoloji və ədəbi-estetik qiymət verilməsi də məhz yuxarıda qeyd edilən nəzəri dolaşıqlarla bağlıdır.
Satirik publisistikanın nəzəri tədqiqinə həsr edilmiş kitablarda oxuyuruq: “satirik publisistika cəmiyyət üçün tipik olmayan fərdləri qələmə alıb onların tipik obrazını yaradır.” Burada konkret yaradıcılıq sahəsinə konkret ictimai-tarixi formasiya zəminində qiymət vermək, yaradıcılığın metodoloji tərəfəri unudulmuşdur. Məsələn, C.Məmmədquluzadənin sosialist inqilabından əvvəlki felyetonlarında məhz cəmiyyət üçün tipik olan fərdlər qələmə alınmışdır. Bu isə heç də həmin əsərlərin satirik publisistik mahiyyətini inkar etmir.
Ədibin “Meymunlar”, “Molla Cəfərqulu”, “Qanlı faciə”, “Sürmə”, “Yar ilə görüşmək”, “Dəbistan” və digər onlarla felyetonu klassik satiranın parlaq nümunələridir.
Bədii-satirik əsərlərin ədəbiyyatda yerini müəyyən etmək üçün dərin metodoloji izah tələb olunur. Klassistlərin yaradıcılıq metodu şəxsiyyətin ali dövlət mənafeyini hər şeydən üstün tutmasını yaradıcılıq prinsipi səviyyəsinə qaldırmışdır. Sovet ədəbiyyatında qəhrəmanın dövlət mənafeyini şəxsi mənafedən uca tutması bu ədəbiyyatın heç də klassizm mahiyyəti daşıması demək deyildir. Bütün bunlar göstərir ki, konkret ədəbi, eləcə də bədii publisistik əsərə konkret tarixi dövr və yaradıcılıq metodu baxımından, müəyyən bədii estetik yaradıcılıq konsepsiyasından çıxış edərək qiymət vermək lazımdır.
Müasir satirik-bədii əsərlər konkret bədii yaradıcılıq metodu, konsepsiyası, kompozisiya xüsusiyyətləri və s. etibarilə bədii ədəbiyyat əsərləridir. İstər satirik və ya sənədli hekayə, povest, roman, istərsə də şeir olsun, əgər yuxarıdakı ədəbi-bədii kriteriyalarla uyğun gəlirsə, onu dövrün ədəbi prosesindən ayırmaq tamamilə yanlış nəticələrə gətirib çıxarardı.
Filologiya elmləri doktoru C.Əbdürrəhmanovanın “Satirik publisistika cəmiyyət üçün tipik olmayan fərdləri qələmə alıb onların tipik obrazını yaradır” fikri satiranın olduqca mühüm bir xüsusiyyətini ortaya çıxarır. Müasir satirk əsərlər fakta münasibətdə qeyri-tipik halları əks etdirir. Satirik publisistikaya xas olan təsvir üsulu, cəmiyyətimizin ümumi ruhuna yad olan ayrı-ayrı neqativ halların, mənfiliklərin “şüurlu surətdə şişirdilməsi, satirik boyalarla qəsdən kəskinləşdirilməsi” (C.Əbdürrəhmanova) bədii satirik əsərlərdə də özünü göstərir. Qeyri-tipik olan fakta münasibət etibarilə bu əsərlər satirik publisistikaya yaxınlaşır, bədii metodunu inkar etmir, onu bədii ədəbiyyat siyahısından çıxarmır.
Sənədlilik prinsipi əsasında qurulmuş bədii-dedektiv əsərlərin son dövrdə hiss ediləcək kəmiyyət artımı bütövlükdə ədəbiyyatın bu sahəsində gedən keyfiyyət dəyişikliyinin aşkar olunması üçün geniş zəmin yaradır. Ancaq bədii tənqid və ədəbiyyat nəzəriyyəsi susur. Bu halın izahı, əlbəttə, yuxarıda qeyd etdiyim nəzəri dolaşılıqla, yəni ədəbiyyatşünaslıq və publisistika nəzəriyyəsinin “tipikləşdirmə” prinsipinə bədiilik aspektindən qiymət verərkən konkret söz deməməsi ilə əlaqədardır. Daha doğrusu, “nəzəriyyə” adı ilə ifadə olunan əksər fikirlərin qeyri-elmiliyi ilə bağlıdır. 1991-ci il oktyabrın 18 də həqiqi müstəqilliyimizin bərpası bizdən bədii ədəbiyyat və publisistika sahəsində də işin hərtərəfli yenidən qurulmasını (həm ədəbiyyatda, həm də ədəbiyyatşünaslıqda) tələb edir. Bu tələb düzgün başa düşülmədikcə istər mətbuatda, istərsə də elmi dissertasiyalarda neçə-neçə əsərə real estetik qiymət verilməycək, yaxud xeyli miqdarda bədii sənət məhsulu diqqətdən kənarda qalacaqdır.
Ayrı-ayrı satira ustadlarımızın, tanınmış yazıçılarımızın tənqidi satirik əsərləri, bütövlükdə “Kirpi” və “Mozalan” kino jurnallarında satirik-publisistik məktəbi o dövrün satirik güzgüsü olmaqla məhdudlaşmır, həyata təsir edir, qüsurların ləğv edilməsində əhəmiyyətli rol oynayırdı.Təəssüf ki, juralistikanın sənətkarlıq xüsusiyyətlərinə və ümumu prinsiplərinə cavab verən və günümüzün güzgüsünə çevrilən profilli satirik qəzet və jurnalların olmaması cəmiyyətdə yaranan boşluqların ayaq tutmasına gətirib çıxardır.
Fransanın satirik qəzeti olan “La Bougie du Sapeur” oxucuların görüşünə dörd ildə bir dəfə gəlir. 1980-ci ildən nəşr olunan qəzet 200 min tirajla çıxır.
Hamburqda nəşr olunan Almaniyanın ən məşhur həftəlik jurnallardan biri Der Spiegel, "Şpige)l"dir. (azərb. Güzgü) Səhifələrində ən çox satirik publisistikaya yer ayıran Jurnal özünü "Almaniya və Avropada ən böyük tirajlı məlumatlandırıcı-siyasi jurnalı" hesab edilir. Həftədə təxminən 1,5 milyon nüsxəsi satılır.
1841-ci ildə İngiltərədə təsis edilmiş “Punch, və ya London Charivari” həftəlik yumor və satira jurnalı da öz auiditoriyasını tutmuş çoxtirajlı mətbu nəşrlərdən sayılır.
Əlbəttə, bu cür nəşrlərin sayını uzatmaq da olardı. Əsas məsələ satirik publisistikanın nizamnaməsi və ümumi prinsipləri çərçivəsində çap olunan mətbu nəşrlərin işıq üzü görməsindən gedir.Çünki, bu nəşrlərdə jurnalistikanın sənətkarlıq xüsusiyyətləri yüksək profesionallıqla öz əksini tapır və oxucu arxasınca apara bilir. Bu cür nəşrlərdə felyeton janrı cəmiyyətdə baş verən naqis cəhətləri önə çıxardaraq onun həlli yollarını müəyyənləşdirir və bir daha dördüncü hakimiyyətin-=mətbuatın tükənməz gücünün təsdiq edir.
Azərbaycan milli mətbuatının ənənələrinə sadiq qalaraq satirik publisistikanın prinsipləri əsasında yeni bir nəşrin işıq üzü görməsinə ehtiyacın olduğu hiss olunur.Şübhə etmirəm ki, bu təşəbbüs ədəbiyyat tənqidçilərinin və jurnalistika nəzəriyyəçilərinin də ürəyindən olardı.
Ə.P.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55