Bizə yazın

Baku

-°C

USD

-

“Süleyman camaatı” ilə bağlı məhkəmə: şahidlər ifadə verdi

Cəmiyyət 14 Sentyabr 2026, 21:55

4199

Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan xaricdə dini təhsil almış Azərbaycan Respublikası vətəndaşlarına özünü “Süleyman camaatının Bakı məntəqəsi üzrə rəhbəri” kimi qələmə verən Mikayılov Səidin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Citypost.az  xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə məlum olub ki, Səid Mikayılovun rəhbərliyi ilə Bakıda müxtəlif hazırlıq kursları, tələbə yataqxanaları və uşaq bağçaları adı altında fəaliyyət göstərməklə, faktiki olaraq “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmadan və azyaşlılar cəlb edilməklə dini ayinlər aparmasının qarşısı alınaraq “camaatın rəhbəri” və bir sıra üzvləri müvafiq olaraq cinayət və inzibati məsuliyyətə cəlb olunub.

Prosesdə şahid qismində ifadə verən "Nəsimi" tələbə yataqxanasının rəhbəri olmuş İbrahim Teymurov bildirib ki, adıçəkilən yataqxanaya ondan əvvəl Səid Mikayılov rəhbərlik edib.

"Orta təhsilimi başa vurandan sonra Xaçmaz rayonunda Qaraqurd kənd məscidində Quran dərslərinə getmişəm, həmçinin ərəb əlifbasını öyrənmişəm. Daha sonra Türkiyəyə yollandım. Orada “Süleymaniyyə camaatı” kursunda dini təhsilimi davam etdirib ölkəyə qayıtdım. Qayıdandan sonra Şabran rayonunda təsərrüfatla məşğul oldum. Bir müddətdən sonra Bakıya gəlib Səid Mikayılovla tanış oldum. Dini təhsilinin olduğunu bilib məni "Nəsimi" tələbə yataqxanasına işə dəvət etdi. Əvvəlcə yataqxanada nəzarətçi, mühafizəçi işlədim. Sonra tələbələrə Quran dərsləri keçməyi başladım. Bir müddətdən sonra Səid mənə yataqxanada həftədə 2-3 dəfə quran dərsləri keçməyimi tapşırdı. Dərslər barədə tələbələrə məlumat verdik və tələbələr də Quranı öyrənməyə razı oldular. Daha sonra Səid müəllim məni öz yerinə rəhbər təyin etdi. Mən fəaliyyətimi rəhbər kimi davam etdirdim. Hər tələbədən ayda nağd qaydada 150 manat alırdıq. Həmin pula görə tələbələr həm burada yataqla, həm də gündə 3 dəfə yeməklə təmin edilirdilər. Əsasən aztəminatlı ailələrin övladları yataqxanada qalmaq üçün müraciət edirdilər. Amma bütün hallarda 150 manata yataqxana və 3 dəfə qidalanma heç yerdə yox idi".

Yataqxanada dini ayinlərin təşkili məsələsinə gəlincə şahid bildirdi ki, o və həmkarları tələbələrə dini ayələr, Quran, əxlaq və təmizlik öyrətməkləri ilə yanaşı dini ayinləri həyata keçiriblər. "Tələbələr əsasən Quba, Xaçmaz, Şamaxı, Qax və Zaqatala rayonlarından idilər. Dini ayinlərdə istifadə etdiyimiz kitabların hamısı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçmişdi və açıq satışına icazə verilirdi. Dini tədris barədə heç bir qurumdan qeydiyyatdan keçməyərək, qeydiyyatsız fəaliyyət göstərirdik".

Prosesdə ifadə verən digər şahid İsmayıl Sərvərli isə bildirib ki, təqsirləndirilən Səid Mikayılovun Bakıxanov qəsəbəsində açdığı tədris mərkəzinin rəhbəri olub:

"Bakı İslam Universitetini bitirib Türkiyədə dini təhsil aldıqdan sonra Bakı şəhərinə qayıtdım, Bakıxanov qəsəbəsində “süleyman camaatı”nın üzvü olan Anar Abdulkərimov adlı şəxslə tanış oldum. Onun rəhbərliyi atında fəaliyyət göstərən "Gənclərə Qayğı" İctimai Birliyində çalışmağa başladım. Bir müddətdən sonra Anar həmin mərkəzi bağladı və mənə təhvil verdi. Səid Mikayılov mənə həmin binada tədris mərkəzi açmağı təklif etdi. Mən onunla razılaşdım və şagirdlər üçün elan verdik. Hər şagirddən aylıq 150 manat məbləğində vəsaiti almaq şərti ilə fəaliyyəti başladıq. Eyni zamanda Bakıxanov tədris mərkəzini yataqxana elədik və şagirdlər gecə də orada qalırdı, 3 dəfə qidalanma ilə təmin edirdik. Şagirdlərə ədəbiyyat, riyaziyyat və ingilis dilindən hazırlıq dərsləri keçirilirdi. Bunun üçün ayrıca müəllimləri də işə cəlb etmişdik. Amma onları müqaviləsiz işlədirdik ki, vergi ödəməyək. Mərkəzdə cəmi 3 nəfərlə müqavilə var idi. Mən və iki nəfər.

Qalanlar müqaviləsiz gizli işləyirdilər. “Bakıxanov” tədris mərkəzi yataqxana kimi qeydiyyatdan keçirilmişdi. Cəmi 5 tələbəmiz var idi. Onlardan aldığımız pulla həm işçilərin hər birinə 500-700 manat maaş verir, həm aylıq 300 manat binanın icarə haqqını ödəyir, həm də tələbələrin 3 dəfə qidalanmalarını təmin edirdik. Maddi çətinliyimiz yarandığı üçün tədris mərkəzinin girişinə nəzir qutusu qoymuşduq ki, oradan yığılan pullardan da yararlanaq".

Məhkəmədə ifadə verən digər şahid Elton Abdullayev bildirib ki, ötən ilin əvvəllərindən təxminən bir il müddətinə Binəqədidə yerləşən tələbə yataqxanasında müdir vəzifəsində çalışıb:

“Universitet tələbələri həftə içi günlər yataqxanada qalırdı, həftəsonu və bayram günləri evlərinə qayıdırdı. İşlədiyim dövr ərzində 800-850 manat pul alırdım. İşim tələbələrə, müəllimlərə nəzarət etməkdən ibarət idi, proqramlarla işləyirdim. Müqəddəs və Elşad adlı müəllimlərimiz var idi. Onlar tələbələrə ərəb əlifbasını, Qurani-Kərimi keçirdilər. Onların dini təhsili olsa da, dini tədris üçün icazələri yox idi. Biz yataqxanada qalan tələbələrə namaz qılınması qaydalarını öyrədir və dini ayinləri birlikdə icra edirdik.

Şahidin sözlərinə görə, tələbələr yataqxanaya 150 manat ödəniş edirdilər. Yataqxanada da təxminən 17-18 tələbə qalırdı. Həmin puldan işçilərin pulu, kirayə pulu (1100 manat) yataqxananın digər xərcləri ödənilirdi:

“Bu pullar yetmirdi, Səid Mikayılovun məsləhəti ilə biz yataqxana daxilində sədəqə qutusu qoymuşduq. Ora atılan pullar da bizə kömək edirdi. Oraya pulları ya tələbələr, ya tələbələri ora gətirən valideynlər, valideynlərlə gələn başqa şəxslər atırdı”.

Şahid bildirib ki, dini təhsilini ilk dəfə 1992-ci ildə uşaq yaşlarında Qəbələ rayonunun kəndlərində Farrux Öztürk adlı şəxsdən alıb:

“2009-2010-cu ildə Türkiyədə təhsil almışam, qayıtdıqdan sonra Səidlə tanış oldum, bir il Bakıxanov təhsil mərkəzində çalışdım. Sonra “Sədərək” Ticarət Mərkəzində məsciddə axund olmuşam. Məni ora Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təyin etməyib, amma yoxlayıb, orada çalışdığımı bilirdilər. Orada işdən çıxandan sonra Səidə iş axtardığımı dedim. Onun köməkliyi ilə Binəqədidə yataqxanada müdir vəzifəsində çalışdım. Oturub dualar etmişik, söhbətlər aparmışıq. Biz kitabları “Fəzilət” nəşrindən alırdıq. Çünki nəşrin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən icazəsi var idi”.

Məhkəmə digər şahidlərin ifadəsi ilə 30 sentyabrda davam edəcək.

Xatırladaq ki, Azərbaycanda qeyd olunan tədbirlər 2026-cı ilin yanvar ayında başlanılıb, qruplaşmaya aid dərshanələr və uşaq bağçaları bağlanılıb. 2026-cı ilin avqust ayında isə Türkiyə Respublikasında “Süleyman camaatı” dini icmasının rəhbəri Alihan Kuriş də daxil olmaqla bir neçə “camaat” üzvünün “cinayətkar dəstəyə rəhbərlik etmək, dələduzluq, vergidən yayınma, çirkli pulların yuyulması” ittihamı ilə həbs olunması haqqında mediada məlumatlar yayılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...

26 Oktyabr 2026, 17:55