QAİ ermənilərə səsləndi: “Keçmişin səhvlərini təkrarlamayın”
Cəmiyyət 16 Sentyabr 2026, 13:20
3670
Ermənistanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə xarici diplomatların son səfəri ətrafında əsassız hay-küy kampaniyası səngimək bilmir. İki ölkə arasında sülh və normallaşma prosesini zədələyən bu cür reaksiya erməni cəmiyyətinin bədnam “miatsum” siyasətindən tam şəkildə imtina etmək, Azərbaycanın suverenliyini qəbul etmək və dinc qonşuluq şəraitində yaşamaq məsələsində hələ də ciddi tərəddüdlərinin olduğunu göstərir. Ermənistan hakimiyyətinin irəli sürdüyü “Real Ermənistan” konsepsiyası faktiki olaraq, ciddi böhran keçirir.
Citypost.az xəbər verir ki, bu, Qərbi Azərbaycan İcmasının (QAİ) yaydığı bəyanatda öz əksini tapıb.
Bəyanatda qeyd olunub ki, son günlər bir daha erməni cəmiyyətində saxta tarix, saxta qədimlik, milli müstəsnalıq üzərində qurulan yanaşmaların yenidən önə çıxmasını müşahidə edirik. Böyük tarixə, zəngin mədəni irsə malik Azərbaycan xalqının tarixinin, mədəniyyətinin inkar edilməsi kökündən yanlış və təhlükəli siyasətdir. Sentyabrın 15-də bir sıra xarici ölkələrdən olan din xadimlərini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı dünya mədəniyyətinə Nizami Gəncəvi, Xaqani Şirvani, Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai, Füzuli kimi dahi şəxsiyyətlər və mütəfəkkirlər bəxş edib.Məhz bu kimi zəhərli ideologiya, yanaşmalar Ermənistanı, xüsusilə son 30 il ərzində, “miatsum” siyasətinə sürükləmiş, Qərbi azərbaycanlıların Ermənistandan deportasiyasına, Azərbaycan ərazilərinin işğalına, məqsədli şəkildə mədəni irsin, o cümlədən məscidlərin dağıdılmasına zəmin yaradıb. Bu siyasətin Ermənistan dövləti və erməni xalqı üçün hansı nəticələrə gətirib çıxarması hər kəsə aydındır.
Həmçinin oxuyun
Bəyanatda Qərbi Azərbaycan İcması erməni cəmiyyətini keçmişin səhvlərini təkrarlamamağa, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinə son qoymağa, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam şəkildə qəbul etməyə, habelə mütəmadi olaraq Azərbaycanda haqlı narazılıq yaradan təxribatçı əməllərdən çəkinməyə çağırıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Allahşükür Paşazadə Vatikanla mühüm sənəd imzalayıb
Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladıb və ölkəmizdə sülhün, harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi vurğulayıb.Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektinə çatdırıb. O, Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq hazırda Bakıda inşa edilən və...
26 Oktyabr 2026, 20:20
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19