Bizə yazın

Baku

-°C

USD

-

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib 

Cəmiyyət 18 Sentyabr 2026, 11:28

3348

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.
Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, iclası giriş nitqi ilə açan Baş prokuror, Elmi-Məsləhət Şurasının sədri Kamran Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətçilik konsepsiyasının Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni reallıqlar və çağırışlar nəzərə alınmaqla ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini bildirib.
Qeyd olunub ki, ölkənin siyasi, iqtisadi və institusional potensialının gücləndirilməsi, milli maraqların və dövlət suverenliyinin etibarlı müdafiəsi, qanunun aliliyinin və insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət hüquq sisteminin qarşısında da yeni vəzifələr müəyyənləşdirir.
Baş prokuror Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra davamlı sülhün və regional sabitliyin möhkəmləndirilməsi, azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin və Böyük Qayıdış prosesinin davam etdirilməsi, habelə cinayətkarlıqla mübarizənin səmərəliliyinin artırılmasının əsas prioritetlər sırasında olduğunu diqqətə çatdırıb.
Eyni zamanda Azərbaycanın beynəlxalq tərəfdaşlıq gündəliyinin genişlənməsi, o cümlədən dünyanın aparıcı dövlətləri ilə, habelə Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin dərinləşdirilməsi diqqətə çatdırılıb.
Baş prokuror, həmçinin, dövlət səviyyəsində rəqəmsal inkişafın və innovasiyaların prioritet istiqamət kimi müəyyənləşdirildiyini qeyd edərək, Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli Fərmanı ilə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılmasının və 2026–2028-ci illər üçün rəqəmsal inkişaf üzrə Fəaliyyət Planının təsdiq edilməsinin bu sahədə vahid dövlət siyasətinin institusional əsaslarını gücləndirdiyini bildirib.
Qeyd olunub ki, müasir dövrdə ictimai münasibətlərin, texnologiyanın inkişafı və hüquqi mühitdə baş verən dəyişikliklər qanunvericiliyin və hüquq tətbiqetmə təcrübəsinin daim təkmilləşdirilməsini, yeni hüquqi məsələlərin elmi və praktiki baxımdan araşdırılmasını zəruri edir. Bu baxımdan Elmi-Məsləhət Şurası aktual hüquqi məsələlərin müzakirəsi və müvafiq təkliflərin hazırlanması istiqamətində mühüm platforma kimi fəaliyyət göstərir.
İclasın gündəliyinə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Natiq Eyvazov cinayət qanunvericiliyində gəlir anlayışının və cinayət nəticəsində əldə edilmiş gəlirin hesablanması meyarlarının müəyyən edilməsi, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi Teymur Qarayev məhkəmə ekspertizası sahəsində mövcud problemlər və onların həlli yolları, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Elşən Albəndov məhkəmə ekspertizası fəaliyyətinin müasir tələblərə uyğun təkmilləşdirilməsi, ekspertiza tədqiqatlarının keyfiyyətinin və obyektivliyinin artırılması, Baş Prokurorluğun idarə rəisi Erkin Əlixanov vergi yoxlaması nəticəsində qəbul edilmiş inzibati qərarın qüvvəyə minməsi və həmin qərarlardan şikayət verilməsi ilə bağlı prosessual müddətlərin hüquqi tənzimlənməsi, Baş Prokurorluğun idarə prokuroru Qədir Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsinə dövlətin konstitusiya quruluşuna, milli-mənəvi dəyərlərinə və ərazi bütövlüyünə qarşı yönəlmiş əməllərlə bağlı müddəaların əlavə edilməsi, Baş Prokurorluğun idarə prokuroru Emin Cəlilov xüsusi müsadirənin icrası prosesində mövcud problemlər və prokurorluğun bu sahədə iştirakı ilə bağlı məruzələrlə çıxış ediblər.
Bundan başqa Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə rəisinin müavini Tural Vəlibəyov "Antikorrupsiya komplayens (uyğunluq) funksiyası", Baş Prokurorluğun idarə prokuroru Elmar Bayramov "Cinayət işlərinin ibtidai istintaqında rəqəmsal kriminalistikanın tətbiqi imkanları", Baş Prokurorluğun idarə prokuroru Qoşqar Əhmədov isə "2024–2025-ci illərdə baş vermiş yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması hadisələri üzrə daxili işlər orqanlarında istintaq edilmiş cinayət faktlarının təhlilinə dair" metodiki vəsaitləri təqdim ediblər.
Müzakirələr zamanı gündəlikdə məsələlər üzrə hüquq tətbiqetmə təcrübəsində meydana çıxan məsələlər nəzərdən keçirilib. Eyni zamanda rəqəmsal kriminalistikanın imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Gündəlikdə yer alan məsələlərin müzakirəsində Konstitusiya Məhkəməsinin hakimi Fərhad Tutayuk, Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiri Tahir Kazımov, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı Ayxan Rüstəmzadə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov, Beynəlxalq Hüquqi Təhqiqatlar Təşkilatının prezidenti, "Hüquqi elmlər və təhsil" jurnalının baş redaktoru Cavanşir Süleymanov, Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova və Şuranın digər üzvləri çıxış edərək hüquq tətbiqetmə təcrübəsinin təkmilləşdirilməsi və elmi tədqiqatların nəticələrinin qanunvericilik və hüquq-mühafizə fəaliyyətinə tətbiqinin genişləndirilməsi ilə bağlı fikir və təkliflərini bildiriblər.
İclasa yekun vuran Baş prokuror müzakirə olunan məsələlərin aktuallığını və praktiki əhəmiyyətini vurğulayaraq, Şura üzvləri tərəfindən irəli sürülmüş təkliflərin nəzərə alınmaqla hüquq tətbiqetmə təcrübəsinin, zəruri hallarda qanunvericiliyin təkmilləşdirilməsi və elmi-praktiki nəticələrin müvafiq fəaliyyət istiqamətlərində tətbiqi üzrə tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...

26 Oktyabr 2026, 17:55