Sumqayıt hadisələrinə görə güllələnən Əhməd Əhmədov kim idi..?
Cəmiyyət 18 Sentyabr 2026, 13:57
3961
Əhməd Əhmədov 1964-cü ildə Sumqayıtda fəhlə ailəsində doğulub.1979-cu ildə 25 nömrəli məktəbin 8-ci sinfini bitirib.Sonra 7 nömrəli şəhər texniki peşə məktəbində oxuyub.1982-ci ildə ordu sıralarına çağırılıb.1985–1988-ci illər arasında bir neçə iş yeri dəyişib.
Oxuduğu məktəbdən və iş yerlərindən ona müsbət xasiyyətnamə verilib.Heç bir inzibati və ictimai cəzası olmayıb.Orta texniki peşə təhsili olan Əhməd Sumqayıt hadisələri vaxtı Xovlu-iplik fabrikində fəhlə işləyib.O, həbs olunandan bir müddət öncə nişanlanır.Yaşı 70-i keçən valideynləri 1988-ci ilin yayında Əhmədi evləndirmək niyyətində imiş.Əhmədov ilk dəfə fevralın 29-da axşam saatlarında işdən evə dönərkən şəhərdə keçirilən kütləvi aksiyalara qoşulur, lakin heç bir qətlin törədilməsində iştirak etməyib.1988-ci il martın 12-də Sumqayıtda həbslər həyata keçirən prokurorluq nümayəndələri Əhmədgilin evinə də gəlirlər.Əhmədov Sumqayıtdakı 41a məhəlləsində 7 erməninin ölümündə təşkilatçı və iştirakçı qismində təqsirləndirilir. SSRİ Ali Məhkəməsində onun günahı sübut olunmasa da, ona qarşı SSRİ Ali Məhkəməsinin 1988-ci il 18 noyabr tarixli hökmü ilə güllələnərək edam cəzası verilir. Hökm 17 ay sonra icra olunur.
Həmin hadisələr zamanı öldürülən 26 ermənidən 6 nəfərini Eduard Qriqoryanın öldürdüyü güman edilir.Eduard Qriqoryana 12 il həbs cəzası verilir və o, bir neçə ildən sonra azadlığa buraxılır.
Əhməd Əhmədov Moskvada keçirilmiş məhkəmənin qərarı ilə edam olunub.Əhməd Əhmədovun hadisələrin əsas təşkilatçısı olduğunu sübuta yetirmək üçün istintaqçılar həmin gün əynində boz kostyum olmuş Əhmədovdan üzərində qan ləkələri olan qara kostyumda olması ilə bağlı ifadə alıblar və bu dəlil kimi məhkəmədə ortaya çıxarılıb. Sumqayıtlılar da Əhməd Əhmədovun cinayətkar olmadığına inanırlar.Onun yaşadığı həyətdə qurulmuş xatirə bulağı onun xalqın gözündə günahsız olduğuna işarə edir.
1989-cu il mayın 27-də Azərbaycan SSR Prokurorluğu Ə.Əhmədovun validyenlərinə məktub göndərib.Göndərilən həmin məktubda SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Əhməd Əhmədova verilən güllələnmə cəzasının dəyişdirilərək həbslə əvəz olunduğu bildirilib. Lakin, tezliklə bu məktubun həqiqətə söykənmədiyi aşkar olunub.
Əhməd Əhmədovun qardaşı Əhmədağanın sözlərinə görə, 1989-cu ilin sonlarında Azərbaycan SSR Prokurorluğunun cinayət işlərinə məhkəmələrdə baxılması üzrə nəzarət şöbəsinin prokuroru Cavanşir İsmayılovdan Əhmədin cəzasının dəyişdirilməsi ilə bağlı məktub alıblar.Məktubda deyilirdi: "Oğlunuz Əhmədov Əhməd SSRİ Ali Məhkəmsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 1988-ci il 18 noyabr tarixli hökmü ilə müstəsna cəza növü olan güllələnməyə məhkum edilmiş, lakin SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə güllələnmə cəzası dəyişdirilərək, həbs cəzası ilə əvəz edilmişdir". Araşdırmalar göstərdi ki, bu variantı Mərkəzi Komitə üzvlərindən kimsə meydanda gərginliyi azaltmaq üçün atıb.
Həmçinin oxuyun
Əhmədova ölüm hökmü veriləndən sonra Azərbaycandan SSRİ-nin ali hakimiyyət orqanlarına yüzlərlə şikayət məkbutu göndərilsə də, onların heç birinə cavab verilməyib.SSRİ xalq deputatı
A.Mnikovun Mixail Qorbaçovdan Əhmədovun işinin yüngülləşdirilməsi xahişinə belə baxılmayıb.
1990-cı il aprelin 4-də SSRİ Ali Məhkəməsi
Ə.Əhmədovun vəkili Y.Məmmədovu təqsirləndirilən şəxsə hüquqi yardım göstərmək üçün Moskvaya dəvət edib.Əhmədovlara oğlanları barədə hökmün dəyişdirilə biləcəyi bildirilib.Vəkil Y.Məmmədov SSRİ Ali Məhkəməsinə, Prokurorluğuna və ölkə prezidentinə şikayət ərizəsi təqdim etmək üçün Moskvaya çatdıqdan bir gün sonra-aprelin 6-da
Ə.Əhmədov öldürülüb...
RUHU ŞAD OLSUN!
Paylaşdı:Namiq Həsənov
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Allahşükür Paşazadə Vatikanla mühüm sənəd imzalayıb
Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladıb və ölkəmizdə sülhün, harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi vurğulayıb.Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektinə çatdırıb. O, Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq hazırda Bakıda inşa edilən və...
26 Oktyabr 2026, 20:20
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19