Hicran Hüseynova: “Rəfiqə Əliyevanın irsi daim yaşayacaq”
Cəmiyyət 21 Sentyabr 2026, 09:24
3447
20 sentiyabr Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, “Şöhrət” ordenli görkəmli kimyaçı-alim, akademik Rəfiqə xanım Əliyevanın doğum günüdür.
Citypost.az xəbər verir ki, Azərbaycan Milli Məclisinin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Rəfiqə Əliyevadan yazıb.
H. Hüseynovanın sözlərinə görə, Rəfiqə xanım Əliyeva haqqında danışarkən ilk növbədə elmə bağlılığı, müəllim kimi tələbələrinə münasibəti və insanlarla ünsiyyətindəki səmimiyyəti yada düşür. Onu tanıyanların xatirəsində sadəliyi, həssaslığı, mehribanlığı və yüksək insani keyfiyyətləri ilə seçilən əsl Azərbaycan ziyalısı kimi yaşayır.Akademik Rəfiqə Əlirza qızı Əliyeva bütün ömrünü Azərbaycan elminə, xüsusilə analitik kimyanın inkişafına həsr edib. Yarım əsrdən artıq davam edən elmi və pedaqoji fəaliyyəti ərzində böyük bir alim və müəllim məktəbi formalaşdırıb. Yetirmələri bu gün Azərbaycanın müxtəlif elm və təhsil müəssisələrində, eləcə də dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərirlər. 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində dünyaya gələn Rəfiqə Əliyeva ali təhsilini Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində alıb. Əmək fəaliyyətinə Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda başlayıb, 1964-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasında çalışıb. Burada assistent vəzifəsindən professorluğa qədər yüksəlib, uzun illər kafedraya rəhbərlik edib. Elmi fəaliyyəti xüsusilə analitik və ekoloji kimyanın inkişafı ilə bağlı olub. 2001-ci ildə Bakı Dövlət Universitetində yaratdığı “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” Elmi-tədqiqat laboratoriyası elmi fəaliyyətinin vacib nəticələrindən biri idi. Laboratoriyada aparılan tədqiqatlar ətraf mühitin, xüsusilə neft hasilatı ilə bağlı tullantıların tərkibinin öyrənilməsinə, ağır və radioaktiv metalların müəyyənləşdirilməsinə yönəlmişdi. Yüzlərlə elmi məqalənin, monoqrafiyaların, dərs vəsaitlərinin və ixtiraların müəllifi kimi Azərbaycan kimya elminin inkişafına mühüm töhfələr verib. Rəhbərliyi ilə çox sayda gənc alim elmi işlərini müdafiə edib. Analitik kimya üzrə Azərbaycan-rus-ingilis terminlər lüğətinin hazırlanması, əsas elmi kitabların Azərbaycan dilinə tərcüməsi və tələbələr üçün dərsliklərin yazılması da elmə xidmətinin xüsusi istiqamətlərindən olub. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilməsi uzun illər ərzində elmə verdiyi əməyin dövlət səviyyəsində qiymətləndirilməsinin göstəricilərindən idi. Əməkdar elm xadimi fəxri adına və “Şöhrət” ordeninə layiq görülüb. Həyat yoluna nəzər salanda bir həqiqət aydın görünür: insanın elmə verdiyi töhfə yalnız yazdığı əsərlərlə ölçülmür. Yetişdirdiyi tələbələr, öyrətdiyi gənclər, yaratdığı elmi ənənələr və insanların yaddaşında buraxdığı xoş xatirələr də həmin irsin ayrılmaz hissəsidir.
Həmçinin oxuyun
Deputat qeyd edib ki, Elmi və pedaqoji fəaliyyətlə yanaşı, ictimai-siyasi fəaliyyət də həyatında mühüm yer tuturdu. Azərbaycan ziyalısının cəmiyyətdəki məsuliyyətini yaxşı anlayan, ölkənin ictimai həyatında fəal iştirak edən qadınlardan biri idi. Müasir Azərbaycan qadın hərəkatının tanınmış simalarından olan Rəfiqə xanım müxtəlif şəhər və rayonlarda qadınlarla görüşlərdə iştirak edir, onların cəmiyyətdə daha fəal mövqe tutmasına dəstək göstərirdi. Bu fəaliyyətinə görə #DünyaAzərbaycanQadınlarıBirliyinin fəxri sədri seçilmişdi. İctimai mövqeyində qadınların təhsili, ictimai həyatda iştirakı və öz potensiallarını reallaşdırması məsələləri xüsusi yer tuturdu. Şəxsi həyat yolu da bu baxışların ən aydın nümunələrindən biri idi. Böyük elm adamı olmaqla yanaşı, ictimai həyatda fəal iştirak edən ziyalı qadın, qayğıkeş ana və cəmiyyətə bağlı vətəndaş kimi tanınırdı. İctimai fəaliyyətində diqqət çəkən əsas cəhətlərdən biri insanlarla birbaşa ünsiyyətə verdiyi önəm idi. Qadınlarla görüşlər zamanı onların fikirlərini dinləməsi, təklif və problemləri ilə maraqlanması ictimai həyatda da böyük hörmət qazanmasına səbəb olmuşdu.Əməkdar elm xadimi və qayğıkeş ana olan Rəfiqə xanım ömrünün son gününə qədər elmi və ictimai həyatda fəal olmuş, öz bilik və təcrübəsini gənc nəsillərə ötürərək Azərbaycan elminin möhkəmlənməsinə xidmət etmişdir.Bu gün biz, onun işıqlı xatirəsini böyük hörmətlə yad edərək əminliklə deyirik ki, akademik Rəfiqə Əliyevanın zəngin elmi irsi gənc alimlər üçün daim bir məktəb olacaq, Azərbaycan elminin gələcək inkişafına işıq tutacaqdır.Ruhu şad olsun!
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55