Bizə yazın

Baku

-°C

USD

-

3 ton qadın saçının tapıldığı ölüm düşərgəsi –Generalın saçlarını ağardan hadisə 

Cəmiyyət 22 Sentyabr 2026, 19:25

3352

Bütün müharibələrdə əsirlərin taleyi, onların dəyişdirilməsi, yaxud da azad edilməsi tərəflər üçün vacib məsələlərdən biri sayılıb.

Elə sovet-alman müharibəsi zamanı da Almaniyanın yaratdığı ölüm düşərgələrindəki milyonlarla əsirlərin taleyi Moskvanı ciddi narahat edib, Dövlət Müdafiə Komitəsində keçirilən müşavirələrdə bu məsələ müzakirə mövzusuna çevrilib. 

Xüsusilə, 1943-cü ildən sonra əsirlərin azad edilməsi ilə bağlı müzakirələr daha tez-tez gündəmə gəlib.

1944-cü ilin dekabr ayında keçirilən müşavirədə isə İosif Stalin baş qərargah qarşısında Osvensim düşərgəsinin ələ keçirilməsi tapşırığını qoyub. Bu tapşırıqdan sonra baş qərargah hərbi əməliyyat hazırlayıb.

Qeyd edək ki, Osvensim ölüm düşərgəsi tarixə əsirlərin kütləvi şəkildə məhv edildiyi yer kimi düşüb. Bu kütləvilik o qədər böyük olub ki, düşərgədə öldürülənlərin sayını tam dəqiqləşdirmək mümkün olmayıb. Ayrı-ayrı mənbələrdə öldürülən əsirlərin sayı 1-4 milyon arasında dəyişir.

Baş qərargahın Osvensimi ələ keçirməklə bağlı hazırladıqları birinci əməliyyat uğursuz olub. 

Bu uğursuzluq heç də sovet ordusunun əsgər və zabitlərinin qeyri-peşəkarlığından irəli gəlməyib. 

Sadəcə, əməliyyat hazırlanarkən əməliyyatda iştirak edəcək hərbi hissələrin komandirlərinə tapşırıq verilib ki, əsirlərin sağ qalması üçün düşərgəni azad edərkən artilleriyadan istifadə etmək olmaz.

İkinci əməliyyat planı hazırlanarkən düşərgədən 50-70 kilometr aralıda dislokasiya olunan 100-cü motoatıcı diviziyanın komandiri general-mayor Fyodor Krasivin də Moskvaya müşavirəyə dəvət olunub. 

Dörd saatdan artıq davam edən əməliyyat müşavirəsində general Krasivin əməliyyatı keçirməyi öz üzərinə götürüb.

Əməliyyatdan əvvəl Krasivin Osvensim düşərgəsi ilə bağlı əsas məlumatları əldə edib. Generala məlum olub ki, düşərgə ərazisində Vermaxtın iki piyada diviziyası dislokasiya olunub. Bundan başqa, düşərgənin mühafizəsinə SS qüvvələri də cəlb edilib. 

Krasivin onu da yaxşı anlayıb ki, artilleriyadan istifadə etmədən alman qüvvələrini məhv etmək çətin olacaq.

27 yanvar 1945-ci ildə səhər saat 7-də Krasivinin başçılığı ilə əməliyyat başlanıb. 

Alman qoşunları ciddi müqavimət göstəriblər. Gün ərzində davam edən əməliyyat sonda əlbəyaxa döyüşlərlə başa çatıb. 

Artıq axşam saatlarında düşərgənin inzibati binasının üstündə SSRİ-nin bayrağı dalğalanıb. Əməliyyat zamanı Krasivinin diviziyasından 67 nəfər həlak olub, 119 nəfər yaralanıb.

Əməliyyat keçirilən zaman almanlar cinayət əməllərini gizlətmək üçün düşərgənin ərazisində olan 3 “ölüm sobası”nı və 35 anbardan 29-nu yandırmağa imkan tapıblar. 

Qalan 4 anbarda əsirlərdən alınmış və Almaniyaya göndərilməli olan on minlərlə qadın və kişi geyimləri, ayaqqabılar aşkar olunub. 

Anbarların birindən isə 3 ton qadın saçı tapılıb. Həmin saçlar xüsusi bağlamalara yığılaraq Almaniyaya göndərilməyə hazırlanıb.

Əməliyyatda iştirak edənlər sonralar Fyodor Krasivin haqqında danışarkən bildiriblər ki, general bir sutkanın ərzində sanki 10 il qocalmışdı. Polkovnik Yefim Kapulov öz xatirələrində həmin anları belə xatırlayıb:

“Osvensim səhnələri olduqca dəhşətli idi. Əməliyyatda əsirlərin sağ qalması üçün biz silahlardan istədiyimiz kimi istifadə edə bilmirdik. General Krasivin hücum əməliyyatının önündə gedirdi. Biz düşərgəni ələ keçirdikdən sonra oradakı saxlama şəraitini görəndə gözümüzə inana bilmirdik. 

Qaz kameraları, “ölüm sobalar”ı, işgəncə üçün xüsusi alətlər əsl cəhənnəmi xatırladırdı. 

Bir günün içində Krasivinin saçları ağarmışdı. O, xaraktercə ciddi və sərt idi, amma buna baxmayaraq, düşərgədə gördükləri ona mənəvi cəhətdən çox pis təsir etmişdi. 

Həmin anlarda onun nə qədər həssas olduğunu birinci dəfə müşahidə edirdim. Hamı kimi Krasivin də əsirlərin çıxarılmasına kömək edirdi, onlara qayğı göstərirdi, yaralı əsirlərə tibbi yardım edirdi…”

General-mayor Fyodor Krasivinin bu cür həssaslığı səbəbsiz olmayıb.

Qeyd edək ki, Krasivin 1896-cı ildə Yaroslavlda anadan olub. I Dünya müharibəsində iştirak edib. 

Sovet hökuməti qurulduqdan sonra ordu sıralarına yazılıb. Frunze adına hərbi akademiyada ali təhsil alıb. 

Akademiyanı bitirdikdən sonra alay komandiri vəzifəsinə qədər yüksəlib. 1937-ci ilin repressiya dalğaları Krasivindən də yan keçməyib. 

1938-ci ilin aprel ayında o, antisovet fəaliyyətdə ittiham olunaraq həbs edilib və sürgünə göndərilib. 

O, elə həmin vaxtlardan düşərgə həyatının nə olduğunu yaxşı anlayıb. Osvensimdəki həssaslığı, əsirlərə göstərdiyi qayğı da məhz bundan irəli gəlib.

1941-ci ildə müharibə başlananda, SSRİ-də təhsilli və peşəkar zabitlərə ehtiyac duyulanda Fyodr Krasivini həbsdən azad edərək cəbhəyə göndəriblər. 

Az bir müddətdə o, özünü qorxmaz hərbçi kimi tanıdıb və Krasivin diviziya komandiri vəzifəsinə təyin olunub, general rütbəsi alıb. Müharibə zamanı bir neçə dəfə yaralanıb.

Müharibədən sonra Krasivin hərbi kollegiyaya müraciət edərək məhkumluğu ilə bağlı bəraət alıb və xidmətini diviziya komandiri kimi davam etdirib. 

Müharibədə aldığı yaralar Krasivinin səhhətində ciddi fəsadlar qoyub. O, 1948-ci ildə 52 yaşında vəfat edib.

İlham Cəmiloğlu.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...

26 Oktyabr 2026, 17:55