Fazil Mustafadan sensasion açıqlamalar – DEPUTAT HÖKUMƏTƏ ÇAĞIRIŞ ETDİ
Cəmiyyət 23 Sentyabr 2026, 17:56
29391
Son günlər paytaxt Bakının yüklənməsi, yollardakı tıxac, bölgələrdəki vəziyyət və digər məsələlər ölkə vətəndaşının ən çox müzakirə etdiyi mövzulardandır. Milli Məclisin payız sessiyasının ilk komitə iclaslarında da deputatların bu problemlərlə bağlı sərt çıxışları, hətta ayrı-ayrı qurumlara yönəlik tənqidləri də oldu.
Deputat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bununla bağlı Musavat.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Fazil bəy, Milli Məclisin payız sessiyasının ilk komitə iclasında Bakını hansı yollarla tıxac problemindən xilas etmək olar mövzusunda müzakirələr oldu, deputatların təklifləri səsləndi, ümumiyyətlə, Azərbaycanın mövcud problemləri müzakirə olundu. Mövcud vəziyyət yəqin ki, sizi də narahat edir. Durumla bağlı hansı təklifləriniz var?
- Bakının xilası ilə bağlı biz dəfələrlə parlamentdə - yəqin sizin də müşahidənizlə - məsələlər qaldırmışıq. Bəlkə də ən çox təklif verdiyimiz məsələ bu olub. Paytaxtın köçürülməsindən tutmuş, institutların köçürülməsi, dövlət orqanlarının bölgələrə səpələnməsi, regionlarda iş yerlərinin açılıb, əhalinin bura qayıdışının təşviq olunması və bir çox məsələlərədək. Qarabağda məskunlaşma ilə bağlı, hətta oranın sakini olmayan insanların belə orada məskunlaşaraq iş həyatı qurması və başqa məsələləri qaldırmışıq. Amma bu məsələnin hər hansı birinin müzakirə olunduğunu hələ ki, müşahidə etmədiyimizə görə artıq yeni təkliflər verilməsini də effektli saymıram.
- Yəni hökumət səviyyəsində müzakirələrdən söhbət gedir, eləmi?
- Əlbəttə, hər hansı bir təkliflə bağlı hansısa reaksiya almadığımıza görə, bu məsələ ilə bağlı artıq yeni təkliflər səsləndirməyin bir mənası qalmır. Hiss edirəm ki, Bakının tıxac problemini də bu şəkildə həll etmək mümkünsüzdür. Çünki nə yolun genişləndirilməsi imkanları var, ayrı-ayrı obyektlərin, evlərin sökülməsi də çıxış yolu deyil. Bu baxımdan da qismən hansısa bir ərazidə bunu təmin etmək mümkün olsa da, böyük vəsait hesabına başa gəlir, kompensasiya verilməsi və sairlə əlaqədar. Burada, mənim fikrimcə, daha çox pilot layihələrin dayandırılması da işə böyük ziyan vurdu. Çünki məsələn, mən Sabunçu rayonundan millət vəkiliyəm. Bakıxanov qəsəbəsində kifayət qədər qəzalı binaların müəyyən dərəcədə sökülməsi və yerində yüksək yeni modelli binaların tikilməsi, parkların salınması, eyni zamanda yolun genişləndirilməsinin şahidi olduq. Sonradan bu proses dayandığı üçün artıq müəyyən problemlər yaranmağa başladı. Yenə küçələr dar, yenə də tıxac əlindən hərəkət etmək mümkün deyil.
- Yeri gəlmişkən, deyəsən siz elə o bölgədə yaşayırsınız. İşə vaxtında gəlib-gedə bilirsinizmi? Həmkarınız Arzuxan Əlizadə tıxac səbəbindən komitə iclasına gecikməsindən şikayətlənib.
- Bəli, mən də o istiqamətdə yaşayıram. Çox böyük çətinliklə gedib-gəlirəm. Biz ümid edirdik ki, Bakıxanov qəsəbəsinə metro çəkiləcək, amma bu iş də təxirə salındı. Bunu vacib saymadılar. Halbuki orada yaşayan 150 mindən artıq vətəndaşın - həm də hamısı da qeydiyyatda olan vətəndaş deyil - şəhərə daşınması, iş yerinə gəlməsi üçün ən əlverişli marşrut bu idi. Amma onlar iki, bəzən üç marşrut dəyişməyə məcburdurlar. Oradan avtobusla metroya gəlirlər, ya “Neftçilər”ə, ya da “Koroğlu”ya. Oradan da təyinat məntəqəsinə gedəndən sonra növbəti metro stansiyasından avtobusla iş yerinə gedirlər.
- Fazil bəy, heç olubmu, artıq tıxacda hərəkətin mümkün olmadığını görüb, bir neçə nəqliyyat vasitəsi dəyişməklə, metrodan istifadə ilə parlamentə gəlmisiniz?
- Yox, bu, mümkün deyil. Çünki parlamentə gəlmək üçün üç marşrut dəyişməlisən və hər üç marşrut da minimum iki saat yarım vaxt itkisi deməkdir. Bu vaxt itkisinə görə gəlib-getmək mümkün deyil. Ona görə də bu məsələdə, məncə, optimal qərar ya paytaxtın rəsmi şəkildə köçürülməsidir, ya da paytaxt köçürülmürsə, dövlət qurumlarının, universitetlərin bir çoxunun köçürülməsidir. Amma bunun üçün də böyük vəsait lazımdır. Çünki vaxtında bunun edilməsi daha rahat başa gələrdi. Məsələn, dənizin üzərindən Əhmədlidən “Azneft” dairəsinə qədər dəniz üzərindən yolun çəkilməsi məsələsi də var idi. Bunun da bir az məsrəfli olduğu düşünüldü. Bundan əlavə, indi tramvay xəttinin çəkilməsi düşünülür, amma hansı marşrutun bu vəziyyəti yüngülləşdirəcəyini söyləməyə tam əsas vermir. Yəni biz çalışmalıyıq ki, hansısa bir layihə irəli sürülürsə, onun elmi əsaslandırılması olsun. Məsələn, deyək ki, 50 min adamın yükünü azaldacaq. Deyək ki, bu proqnozlaşdırma olmayanda, sadəcə yerə baxıb, yerdə təsəvvür edirsən ki, burdan yol çəksək, yük bir az azalacaq. Məsələn, Balaxanı istiqamətində Böyük Şor gölünün arasından yol çəkilib. Bu yol çəkiləndə hamıda elə düşüncə var idi ki, Zabratın yükü azalacaq, birbaşa “Qara Qarayev”ə Sabunçudan gedən çox keyfiyyətli bir yol çəkildi. İndi “Sea Breeze”ə gedən yol olmasına baxmayaraq, həm o yol, həm də Zabrat yolu yüklüdür. Zabrat yolu gecə saat 11-ə qədər tıxac vəziyyətində olur. Ona görə də bunlar hamısı elmi cəhətdən əsaslandırılmayan bir yanaşma ortaya qoyur. Yoxsa Zabrat yolu genişlənməli, hardasa 6-8 zolaqlı yola çevrilməli idi, amma 4 zolaqlı yoldan o tərəfə keçə bilmədi. Yəni bu vaxtında edilməyəndə, sonradan obyektlər tikiləndən sonra ona kompensasiya ödəyib sökdürmək, yaxud əvəzini vermək özü də bir az çətinləşir və bu vəsait də yoxdur. İş adamlarının da bu prosesə cəlb olunması effektiv həyata keçirilsə, yaxşı olar. Məncə, çözüm yolu iş adamlarına yüngül, sadə şərtlərlə bu problemi həll etməyi təklif etməkdir. Bu təklif olunsa, tam əminəm ki, məsələn, iş adamları bir ərazini götürüb, oranın da qarşısını daha uzaq yoldan bir az aralı məsafədəki binasını tikib, həm adamları, o cümlədən qəzalı evdə yaşayanları evlə təmin edə, həm də şəhərin abadlaşmasına töhfə verə bilərlər. Çünki dövlət vəsaiti hesabına bunu etmək baha başa gəlir və indiki şərtlərdə də çox böyük sıxıntılar yarada bilər.
Həmçinin oxuyun
- Həmkarlarınız əhalinin paytaxta axınının qarşısını almağın yollarından danışarkən bölgələrdə iş yerlərinin açılması zərurətindən də söz açıblar. Dövlət siyasəti bu gün vətəndaşlarımızı öz evlərinə qaytarmağa fokuslanıb. Amma Bakı yükdən azad olunmur. Paralel şəkildə Bakıya digər bölgələrdən sürətli axın var. Siz də, həmkarlarınız da təşəbbüslər qaldırırsınız. Bəlkə parlament üzvlərinin imzası ilə Milli Məclis adından təkliflər paketi hökumətə göndərilsə, daha konkret, sürətli nəticə əldə etmək olar. Belə bir addım mümkündürmü?
- Məncə, bunu yazılı formada da etmək olar. Amma bu məsələləri biz daha çox hökumətin hesabatında gündəmə gətiririk. Bunlar da qeydiyyatdan keçir, parlamentdə deputatın rəsmi çıxışı, müraciəti, sorğusu sayılır. Bu sorğuya da cavab verilməlidir. Ona görə də bunun yazılı, yaxud qeyri-yazılı formasının əhəmiyyəti yoxdur, əsas diqqətdir. Yəni müvafiq qurumlar səsləndirilən fikirlərə, həm də Milli Məclisin plenar iclasında səsləndirilən fikirlərə həssas yanaşsalar, müzakirəyə dəvət etsələr, müzakirələrdə fikirləri dinləsələr, nəticə əldə etmək olar. Məsələn, metro ilə bağlı hər hansı bir müzakirə olsa, daha yaxşı olar. Məsələn, mənim öz sualım olacaq ki, nəyə görə Bakıxanov metrosunu açmaq məqsədəuyğun sayılmadı? Halbuki böyük bir yükü ortadan qaldıra bilərdi. Yəni bu, vacib bir ərazidir, amma onu vacib ərazi saymadılar. Nəyə görə? Biz seçicilərin qarşısına çıxanda onlara demişdik ki, çalışacağıq metro tikintisi başa çatsın və insanlar daha rahatlıqla şəhərə gedə bilsinlər. Amma bu imkan da ortadan qalxdı...
- Bu arada, iki stansiyadan ödənişsiz istifadə imkanı yaradıldı. Bu kimi addımları necə dəyərləndirirsiniz? “Xocəsən” və “Avtovağzal” stansiyalarındakı güzəşt paytaxtın yükünü nə qədər azaldacaq?
- Hər halda bu da müsbət addımdır, hökumətin bu istiqamətdə atdığı addım təqdirəlayiqdir. Biz görürük ki, Türkiyədə bayramlarda, hansısa tədbirlərdə vətəndaşa pulsuz ictimai nəqliyyatdan istifadə imkanı verilir. Sonra məsələn, təqaüdçülərə bələdiyyə avtobuslarından istifadə imkanı yaradılır. Məncə, bələdiyyə sistemini də hərəkətə gətirmək lazımdır. Bakı Böyük Şəhər Bələdiyyəsi yaradılsa, nəqliyyat da onun idarəsinə verilsə, vətəndaş üçün belə imkanlar yaradılsa, yaxşı olar. Çünki bundan istifadə edən vətəndaş büdcəsindən ən azı 4-5 günün nəqliyyat xərcini başqa şeylərə xərcləmək imkanı əldə edir.
- Metronun “28 May” stansiyasından “Dərnəgül”ə gedən istiqamət bağlandıqdan sonra xüsusilə tələbə kontingenti çox əziyyət çəkir. Həm də əlavə ödəniş etməli olurlar. O istiqamətdə də bir nəqliyyatı ödənişsiz etmək mümkün deyilmi?
- Ümumiyyətlə, burda bir strategiya dəqiq müəyyən olunmalıdır. Çünki ayrı bir kateqoriya deyil ki, qaçqın, məcburi köçkün var, tələbə var, əlil var, təqaüdçü var, yaxud da az təminatlı insanlar var, məşğulluq olmayan, məşğulluq imkanı olmayan insanlar var. Yəni bu kateqoriyadan olan yüzlərlə bölgülər var ki, bu bölgülərə görə hər birinə hansısa imtiyaz versən... veteranlar var, müharibə veteranları var, qazilər var, şəhid ailələri var və biz bunların hamısına bir-bir fərqli, deyək ki, imtiyazlar verəndə bunu tənzimləmək də çətindir...
- Elə isə ümumiyyətlə, metroda o təmirlə, tikinti ilə bağlı 11 aylıq müddətə ödənişsiz etmək olmazdımı ki, həmin o birləşdirici istiqamətdə marşrutları?
- Əlbəttə, hər şey etmək olar, amma onun maliyyə dəyərini mən bilmirəm, ona görə də bunu təşviq etməyim doğru olmaz, buna ciddi baxmıram. Çünki gərək bunu biləsən ki, hesablama ola, statistik nəticələr ortaya qoyula ki, onun üzərindən biz mülahizə yürüdə bilək. İndi bundan dövlətə də, konkret olaraq bu sahəni idarə edən quruma da ziyan vurulmamalıdır. Çünki onlar da müəyyən mənada məvacib almalıdırlar, yaxud da işlərini yeniləməlidirlər. Və bunlar da texnoloji imkanları müəyyən dərəcədə təkmilləşdirməlidirlər, bunun üçün də vəsait lazımdır. O baxımdan da mən bunun statistik nəticələrini bilmədiyimə görə belə bir məsələdə təklif verməyi qeyri-ciddi hesab edirəm.
- Fazil bəy, bəzi həmkarlarınız nazirlərdən şikayətlənir. Sizin necə, nazirlərə açdığınız telefon zənglərinə reaksiya varmı?
- Nazirlərə açdığım telefon zənginə reaksiya var, amma problemin həlli məsələsində biz də narahatlıq keçiririk ki, həlli mümkün olan problemləri belə həll etmək çətinləşir. Burada əsas məsələ odur ki, elektron formada məsələlərin həddən artıq salınması işi çevikləşdirib. Amma heç də bütün qurumlar “ASAN xidmət” modelində keyfiyyətli çalışmırlar. Yəni “ASAN xidmət”ə getdin, şəxsiyyət vəsiqəsi, yaxud sürücülük vəsiqəsi almalısan... Məsələn, o gün mən sürücülük vəsiqəsi almalı idim, növbəyə durdum, 10 dəqiqə vaxtım getdi. Ödənişdir, şəkil çəkdirməkdir... Düzdür, yaşa görə arayış almağa bir az vaxt gedir, amma 60 yaşa qədər vətəndaşların böyük əksəriyyəti bunu rahatlıqla əldə edə bilir. “ASAN xidmət” modeli ona görə burada həqiqətən təriflənəsi bir modeldir. Amma digər qurumlarda müəyyən dərəcədə elektron bürokratizm formalaşmağa başlayıb. Bu elektron bürokratiya böyük əziyyət verir. Xüsusilə də səhiyyə sistemində böyük çətinliklər var, xəstəxanalarda çox sayda insanlar gözləmə, növbə problemi yaşayırlar. Bu infrastruktur da insanların müəyyən dərəcədə tələbinə görə dəyişməli və sağlamlaşdırılmalı sistemdir, çünki böyük bir sıxıntı daha çox səhiyyə sistemindədir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55