“I Türkoloji Qurultayı arxiv sənədlərində” kitabının təqdimatı oldu
Cəmiyyət 24 Sentyabr 2026, 18:56
3332
Sentyabrın 23-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Azərbaycan Türk Ocağı" İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Akif Aşırlının Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə çap olunan “I Türkoloji Qurultayı arxiv sənədlərində” adlı kitabının təqdimatı keçirilib.
Citypost.az xəbər verir ki, tədbirdə çıxış edənlər 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın Azərbaycan və bütövlükdə Türk dünyasının elmi, mədəni və ictimai fikir tarixindəki əhəmiyyətindən danışıblar. Qeyd ediblər ki, kitabda müxtəlif arxivlərdən toplanaraq sistemləşdirilən sənədlər qurultayın təşkili, iştirakçıları, müzakirə olunan məsələlər və dövrün ictimai-mədəni mühiti barədə yeni məlumatların öyrənilməsi baxımından mühüm mənbədir.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli I Türkoloji Qurultayla bağlı arxiv materiallarının üzə çıxarılmasının əhəmiyyətindən danışıb. O bildirib ki, kitab üzərində aparılan araşdırmalar zamanı yalnız Azərbaycan arxivlərində deyil, müxtəlif ölkələrdə qorunan sənədlər də tədqiq edilib. Bu materialların elmi dövriyyəyə gətirilməsi qurultayın keçirildiyi dövrün daha geniş kontekstdə araşdırılmasına imkan yaradır.
Professor qurultay iştirakçılarının sonrakı taleyinin də ayrıca araşdırılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, qurultayda iştirak edən bir sıra alim və ziyalıların sonrakı illərdə repressiyalara məruz qalması ilə bağlı məsələlər müxtəlif arxiv sənədləri əsasında daha ətraflı öyrənilməlidir. Nadir Məmmədli, həmçinin dil və əlifba məsələlərinin qurultayın əsas müzakirə istiqamətlərindən olduğunu diqqətə çatdırıb.
Professor Asif Rüstəmli kitabda toplanmış sənədlərin Azərbaycan mədəniyyət və mətbuat tarixinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, nəşr yalnız türkoloqlar üçün deyil, tarixçilər, ədəbiyyatşünaslar və mətbuat araşdırmaçıları üçün də dəyərli mənbədir. Asif Rüstəmli Bakı şəhərinin I Türkoloji Qurultayın keçirildiyi məkan kimi Türkoloji fikir tarixində xüsusi mövqeyə malik olduğunu qeyd etdi.
Professor Sayalı Sadıqova çıxışında qurultayın dilçilik tarixindəki rolundan danışıb. O, arxiv sənədlərinin tədqiqinin həmin dövrün dilçilik elminin inkişaf istiqamətlərinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Professor İlhami Cəfərov kitabın arxiv mənbələri əsasında hazırlanmasını yüksək qiymətləndirib. Nəşrin I Türkoloji Qurultay haqqında elmi təsəvvürlərin genişləndirilməsinə töhfə verdiyini qeyd edib.
Həmçinin oxuyun
Dosent Dilqəm Əhmədov tarixi sənədlərin qorunaraq gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıbı.
Professorlar Qətibə Mahmudova və Qətibə Quliyeva isə kitabda əksini tapan materialların elmi əhəmiyyətini vurğulayıblar.
S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova qeyd edibi ki, müxtəlif arxiv sənədlərinin bir nəşrdə sistemləşdirilməsi tədqiqatçılar üçün mühüm imkanlar yaradır.
Tədbirdə, həmçinin kitabın müəllifi Akif Aşırlının Azərbaycan mətbuat və ictimai fikir tarixinin, eləcə də Türk dünyasının elmi-mədəni irsinin araşdırılması istiqamətində fəaliyyəti qeyd edilib. Onun Həsən bəy Zərdabi irsi, Azərbaycan mətbuat tarixi və Türk dünyası ilə bağlı araşdırmaları diqqətə çatdırılıb.
Sonda kitabın müəllifi Akif Aşırlı çıxış edib. Müəllif kitab üzərində iş zamanı müxtəlif arxivlərdə saxlanılan sənədlərin araşdırılması, sistemləşdirilməsi və müqayisəli şəkildə öyrənilməsi barədə məlumat verib.
Akif Aşırlı vurğulayıb ki, kitabın əsas məqsədi 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın tarixini mümkün qədər çoxsaylı ilkin mənbələr əsasında təqdim etmək, arxiv sənədlərini geniş oxucu və tədqiqatçı auditoriyasına çatdırmaqdır. Müəllif bu istiqamətdə araşdırmaların gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edib. Kitabın ərsəyə gəlməsində elmi məsləhət və dəstək göstərən alimlərə, arxiv əməkdaşlarına və digər şəxslərə təşəkkürünü bildirib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55