Rzaqulu Quliyev kimdir?
Cəmiyyət 24 Sentyabr 2026, 20:01
3906
Fotoda gördüyünüz şəxsiyyətlər Heydər Əliyev və dayısı oğlu Rzaqulu Quliyevdir. Xatırlayırsınızsa, ötən paylaşımlarda görkəmli kəşfiyyatçı Rzaqulu Quliyev haqqında qısa məlumat vermişdim. Qeyd etmişdim ki, Rzaqulunun atası - Hüseyn kişi ümummilli lider Heydər Əliyevin anası İzzət xanımın doğma qardaşı olub. O, 1918-ci ildə ata-baba yurdundan qaçqın düşərkən yolda dünyasını dəyişib.
Xatirə yazılarından aydın olur ki, İzzət xanım ömrü boyu 1918-ci ilin od-alovunda həyatlarını itirmiş bacı və qardaşlarının xiffətini çəkib. Hətta o, uzun illər ayrı düşdüyü qardaşı uşaqlarından xəbər tuta bilməyib.
Heydər Əliyevin bacısı Şəfiqə xanım "Mənim anam" kitabında yazırdı: "Anamı qaçqın düşmək ağrısından daha çox sevimli qardaşının ölümü yandırırdı. Düz on beş il anam bacı-qardaşlarının sağ olub-olmamasından xəbər tuta bilməyib. Bir gün isə ona qardaşı övladlarının sağ olması xəbərini verirlər. Özü nəql edirdi ki, qardaşlarımın ətrini yenicə tapdığım övladlarından alanda elə bil dünyaya təzədən gəldim. Məsmə, Səkinə, Rzaqulu, Humay... Onlar anam üçün artıq yoxluğa çevrilmiş bacı-qardaş tapıntısına bərabər sevinc idilər". Şəfiqə xanımın yazdıqlarından da göründüyü kimi yalnız aradan 15 il keçəndən sonra İzzət xanım öz arzusuna çatdı. O, qardaşının yadigarlarnı - Məsməni, Səkinəni, Rzaqulunu, Humayı... axtarıb tapdı.
Rzaqulunun yeri İzzət xanım üçün ayrı idi. Sağlığında deyirmiş ki, bu uşaq onun üçün həlak olmuş qardaşlarının əvəzi idi.
Rzaqulu bəyin qızı Zərifə xanım öz xatirələrində deyirdi: "Atamın uşaqlıq illəri ilk vaxtlar bibimin evində, daha sonra Zeynəddin kəndində keçib. Onu atamın sağ qalmış bacısı tərbiyə edib. Çox kasıb yaşayırdılar, atam gənc yaşlarından varlıların evində muzdurluq edir, xalamın ailəsinə kömək etmək və özünü dolandırmaq üçün səhər tezdən gecə yarısına qədər işləyirdi. Kənddə yalnız ibtidai sinifləri bitirib, orta təhsili isə artıq yetkin yaşlarında Naxçıvanda alıb".
Rzaqulu ilk vaxtlar bibisinin ocağında - Əlirza kişinin evində, Naxçıvanda yaşamağa başladı. Bibisinin təkidi ilə artıq yeniyetmə ikən Heydər Əliyevin və bacı - qardaşlarının oxuduğu, internasional deyilən 1 nömrəli orta məktəbə daxil oldu. Oranı 1939-cu ildə, 24 yaşında bitirdi. Bundan sonra o, gələcəyin peşəkar zabiti olmaq yolunda addımlamağa başladı...
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55