Osman Gündüz: “Nuru Əhmədov Azərbaycan texnologiya tarixinin bir hissəsi idi”
Cəmiyyət 25 Sentyabr 2026, 09:00
4250
Nuru Əhmədovun vəfatı Azərbaycanın texnologiya ictimaiyyəti üçün böyük itkidir. Nuru müəllim ölkəmizdə telekommunikasiya və internetin inkişafında dərin iz qoymuş insanlardan biri idi. Texnologiya sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışmış, xüsusilə 90-cı illərin sonlarında AzEuroTel-in qurulması və inkişafına, yerli mütəxəssislərin hazırlanmasına böyük əmək sərf etmişdi.
Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz Azərbaycanda Cazz sənətinin inkişafında böyük rol oynamış Nuru Əhmədovun vəfatı ilə bağlı yazıb.
"Onu yalnız peşəkar rabitəçi kimi deyil, ləyaqətli, vicdanlı və öz sahəsini ürəkdən sevən Gözəl İnsan kimi xatırlayacağam.
O illərdə AzEuroTel-ə məxsus beynəlxalq rabitə kanallarının gecəykən AzTelekom əməkdaşalrı tərəfindən balta və mişarla kəsildiyi günlər də yadımdadır.
Həmin kanallardan Prezident Administrasiyası, strateji qurumlar və səfirliklər də istifadə edirdi.
Xidmətlərin dayanmasının nəticələrini görəndə Nuru müəllimin necə ağır stress keçirdiyini müşahidə etmək çox ağrılı idi. Nuru müəllim haqsızlıq və ədalətsziliklə barışmayanlardan, vuruşanlardan idi.
Onunla söhbətlərimizdən biri heç yadımdan çıxmır.
AzEuroTel yaranandan bəri Rabitə Nazirliyinə daxil olan qurumlarla 56 dəfə məhkəmə çəkişməsində olduğunu demişdi.
Nuru müəllim sektorda müstəqil ictimai institutlaşmaya da böyük töhfə vermişdi. O zaman, xatırlayıram ki, təxminən 1999-cu ildə Rabitə nazirliyinin təşəbbüsü ilə formalaşan Provayderlər Şurası əsasən Nazirliyin xəttini müdafiə edirdi. Nazirlik çox konservativ siyasət yürüdürdü.
Azərbaycan internetində ilk dəfə texnoloji senzuranın, Nazirliklə vətəndaş cəmiyyəti arasında 2 il davam edən məşhur “İnternet məhkəməsi” dövrləri idi.
Ona görə də biz o zaman, təxminən 25 il bundan öncə internet provayderlərini və digər təşkilatları birləşdirəcək müstəqil qurumun yaradılması təşəbbüsünü irəli sürmüşdük. Bu təşəbbüsə ilk dəstək verən də məhz Nuru müəllim oldu, elə ilk toplantı da AzEuroTel-də keçirilmişdi. Bu tip addımlar sektorun inkişafına böyük təkan vermişdi .
Aşağıdakı foto da məhz həmin toplantıdan sonra çəkilmişdi.
Xatirlayıram ki, 2015-ci ildə Xeberler.az Texnoloji Portalı üçün onunla çox geniş söhbət etmişdik. Görüşümüz də çox sevdiyi və inkişafına böyük töhfə verdiyi Azərbaycan Cazının mərkəzi olan Caz Klubunda olmuşdu. Son anda müsahibənin dərc olunmamasını istədi. İstəyinə hörmət etdik.
Müsahibəni arxivdən axtarıb tapdım və yenidən oxudum. Nuru müəllim həqiqətən çətin və şərəfli inkişaf yolu keçən Azərbaycan texnologiya tarixinin bir hissəsi idi.
Elə böyük mükafatları da olmayıb. 2017-ci ildə Prezident İlham Əliyev Nuru Əhmədova Prezidentin fərdi təqaüdünün verilməsilə bağlı Sərəncam imzalayıb.
2021-ci ildə nazir Rəşad Nəbiyev AzEuroTel-in 25 illiyilə bağlı ona xüsusi mükafatlar təqdim etmişdi.
Nuru Əhmədovun gördüyü işlər də, çətin dövrlərdə sektorun inkişafı üçün göstərdiyi prinsipiallıq da, insanlara münasibəti və xeyirxahlığı da daim xatırlanacaq.Allah rəhmət eləsin. Ailəsinə və yaxınlarına səbir diləyirəm." - deyə Osman Gündüz bildirib
Həmçinin oxuyun
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55