NAKAM ŞAİR MUSA QUBADLI - İlham Qəhrəmanın yazısı
Cəmiyyət 25 Sentyabr 2026, 11:06
19448
İlham Qəhrəman yazır:
Demək, dostlar, mənə həsr etdiyi portreti götürmək üçün Sumqayıta rəssam Fazil Abaszadənin emalatxanasına getmişdim. Söhbət əsnasında Fazil bəy mənə əldə cildlənmiş bir kitab göstərdi. Məlum oldu ki, kitabda nakam şair Musa Qubadlının 78 şeiri toplanıb. Musa Qubadlı (Musa Balaş oğlu Məmmədov) 1952-ci ildə Xıdırlıda anadan olub, 1972-ci ildə əsgər kimi xidmət etdiyi Ukraynanın Pervomayski şəhərində bədbəxt hadisə zamanı – göldə batan iki qızı xilas edərkən – dünyasını dəyişib. Körpəlikdən yetim qalan Musanı Cılfır kəndində yaşayan ana nənəsi saxlayıb. Həmin kəndin 8 illik məktəbini bitirən gənc Musa 1968-ci ildə Naxçıvan Dövlət Pedaqoji texnikumuna daxil olub. 1971-ci ildən Xıdırlıya qayıdıb kənd məktəbində müəllim işləyib. Nakam şairin çox coşqun təbi olub, fikirlərini obrazlı ifadələrlə misralara köçürüb. Şeirlərində Qubadlının əsrarəngiz gözəlliklərini və tarixi şəxsiyyətlərini ayrıca bir məhəbbətlə vəsf edib. Yadımdadır Eldar Baxış rəhmətlik Musa Qubadlıdan yeri gəldikcə söz salardı. Fazil bəy dedi ki, əllə düzəldilən bu kitabdakı şeirləri çap etmək istəyirlər. Məsləhət belə oldu ki, mən kitabda sonradan Ələsgər Həsənli tərəfindən aparılan redaktəni (əl yazısı) komüterdə bərpa edim. Bu işi dolayısıyla həm də redaktə hesab etmək olar.
Çox sevinirəm ki, gənc yaşında dünyadan köçən şairin irsindən toplanan şeirlərin yaxın gələcəkdə kitab halında işıq üzü görməsində mənim də zəhmətim olacaq. Təəssüflə qeyd edim ki, internet resurslarında axtarış zamanı Musa Qubadlı haqqında heç bir məlumat çıxmadı. Fazil müəllim şairin bacısınının həyatda olduğunu dedi. Yəqin bacısı bizə onun şəklini göndərər. Şeirlərin bir çoxunun altında yazıldığı məkan və çap olunan mətbu orqanlar qeyd edilib. Qeydlərdə rast gəlinən məkan adları aşağıdakılardır: Naxçıvan “Avanqard” qəzeti, Naxçıvan (ən çox), Biçənək, Ukrayna SSR, Pervomayski, Qubadlı, Xıdırlı, Batabat.
Burdan üzümü Musa Qubadlını tanıyanlara tutub deyirəm ki, kimdə şairin əlyazması varsa, onu bizə göndərsin. Bu böyük bir xeyirxahlıq olardı. Əlimizdə şairin 78 şeiri var. Fazil müəllimin dediyindən belə məlum oldu ki, vaxtilə Eldar Baxış Musa Qubadlının şeirlərini toplayıb hansısa nəşriyyata verib. Belə bir inamımız da var ki, ola bilər ki, kimsə həmin əlyazmalardan xəbər verə.
P.S. Paylaşımda şairin “Qubadlıyam” şeirini və kağızların arasından tapdığım uşaqlıq şəklini də (sağdakı Musadır) dəyərli dostlara təqdim edirəm.
QUBADLIYAM
Qubadlıyam!
“Yazı düzü” səxavətim,
“Səlkin” dağı sərtliyimdir.
Həcər xanım məhəbbətim, sədaqətim,
Qaçaq Nəbi igidliyim, mərdliyimdir.
Qubadlıyam!
gen dərələr dərinliyim,
Qarağacın meşələri
sərinliyim.
Başı qarlı məğrur dağlar
ucalığım,
Sifətinə qırış düşmüş
qayaları qocalığım.
Qubadlıyam!
cəlalımı hər kim görsə
heyran qalar,
Bığıburma oğlanlarım,
qaragözlü qızlarım var.
Qubadlıyam!
mənim igid övladlarım,
Düşmənlərin qarşısında baş əyməyib,
Əlsizlərə əl uzadıb, əl dəyməyib.
Nigar
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55