Bizə yazın

Baku

-°C

USD

-

120 nəfərlik toy müzakirələri başladı - DEPUTATIN MÖVQEYİ 

Cəmiyyət 25 Sentyabr 2026, 15:55

3285

Toy mərasimlərinin keçirilməsi ilə bağlı 120 nəfərlik limit tətbiq olunacağı barədə məlumat yayılıb. Bu məlumat xüsusilə toy hazırlığında olan və şadlıq saraylarında məclis keçirməyi planlaşdıran şəxslər arasında müəyyən suallar yaradıb. Artıq sosial şəbəkələrdə də müzakirə olunur. Sözügedən məhdudiyyətin hansı əsasla tətbiq ediləcəyi, bunun bütün şadlıq saraylarına aid olub-olmadığı və artıq planlaşdırılmış toy mərasimlərinə təsir edib-etməyəcəyi də maraq doğurur.

Cebheinfo.az bir neçə şadlıq sarayı ilə əlaqə saxlayıb. “Altun Saray”dan bildirilib ki, 120 nəfərlik limitin tətbiq olunacağı ilə bağlı məlumatlar yayılıb: “Lakin hazırda şadlıq sarayında belə bir limit tətbiq edilmir”. “Xan Saray”dan bildirilib ki, hazırda belə bir məhdudiyyət yoxdur və toy mərasimləri əvvəlki qaydada, istənilən sayda qonaqla keçirilir. “Absheron Palace”dan da bildirilib ki, hazırda toy mərasimlərində 120 nəfərlik limit tətbiq olunmur.

Maraqlıdır, şadlıq saraylarında toy mərasimləri üçün belə bir məhdudiyyətə ehtiyac varmı? Bu, toy sahibləri üçün qənaət sayıla bilərmi? Çünki 300-400 nəfərlik toy daha böyük məsrəfdir.

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa Musavat.com-a danışıb. Deputat deyib ki,  Azərbaycanda toyda adam sayı məsələsi ilə bağlı problem yoxdur: "Bizdə toyda ümumiyyətlə israfçılıq problemi var. Bu israfçılıqdan müəyyən dərəcədə pul qazanmaq ənənəsi də var. Bu da müəyyən dərəcədə ayrı-ayrı şəxslərin marağına xidmət etdiyinə görə, bunun indiyə qədər dəyişdirilməsi mümkün olmur. Halbuki bu qaydalar dəyişməlidir. Yəni toyda ümumiyyətlə yeməyin miqdarı, adam sayından daha çox, məhdudlaşdırılmalıdır. Toyda vaxt məsələsi nəzərə alınmalıdır. Bütövlükdə toyda qiymətlər məsələsində də müəyyən hədlər olmalıdır. Bizdə mənzil qiymətlərində süni şəkildə bahalaşma necə olur, real qiymətə uyğun olmur və vətəndaşın müəyyən dərəcədə sıxıntısına səbəb olur, toylarda da qiymətlərin müəyyənləşdirilməsi hər hansı bazar qiymətini, yaxud real vəziyyəti əks etdirmir. Bu da vətəndaşa böyük problemlər yaradır".

Müsahibimizin  sözlərinə görə, vaxtilə çox sayda şadlıq evinin tikilməsi də toy mərasimləri ilə bağlı formalaşmış vəziyyətə təsir edib:

"İndi isə biz daha sadə formada bu tədbirlərin keçirilməsinə üstünlük verməliyik. Çünki bu, böyük bir məsrəfdir, eyni zamanda sağlamlıqla bağlı problemdir. Səs terroru, yemək terroru toylarda artıq böyük bir zərbə vurub. Yəni bunu heç kim, hər kəs, mən də şikayətçi olsam, mən də bundan qaça bilmirəm, başqası da qaça bilmir. Çünki ümumi standartları pozmağa gücümüz yetərli deyil".

Fazil Mustafa hesab edir ki, toy mərasimləri ilə bağlı formalaşmış qaydaların müəyyən dərəcədə dövlət səviyyəsində tənzimlənməsinə ehtiyac var:"Bunu, məncə, müəyyən dərəcədə dövlət səviyyəsində tənzimləmək vacibdir ki, insanları əziyyətdən, zülmdən qurtarasan. Toy bir zülmdür və bu zülmü də müəyyən dərəcədə dayandırmaq vacibdir. Çünki bu, ailə xoşbəxtliyinə gətirən bir istiqamət deyil.Yəni daha çox, əgər hər hansı bir vəsait varsa, yığılırsa, bunu bilavasitə insanların, yeni qurulan ailənin maddi bazasını möhkəmləndirməsinə yönəltmək lazımdır. Onda boşanmaların da müəyyən dərəcədə faiz səviyyəsi aşağı düşə bilər.

Yəni bu biznesə baxış dəyişməlidir. Əks halda, bunun sıxıntıları bundan sonra daha artıq olacaq. Biz yenə də fərqli çətinlikləri yaşamalı olacağıq. Çünki özümüz öz həyatımızı çətinləşdirməyə davam edəcəyik. Bu, həm yaslara, həm də toylara aiddir".

Azərbaycanda toylar niyə bu qədər bahalıdır?

Deputat insanların toy mərasimlərinə yanaşmasını dəyişməli olduğunu da vurğulayıb: "İnsanlar oturub düşünməlidirlər ki, necə edək, sadələşdirək? Necə edək ki, əsas hədəf toyda kiminsə öz paltarını göstərməsi, yaxud da öz rəqsini göstərməsi yox, ailənin xoşbəxtliyi olsun? Yeni qurulan ailənin təməllərinin sağlam qurulmasına necə kömək göstərək? Yəni bunları etmək vacibdir. Fikrimcə, say məsələsi burada həlledici rol oynamır. Məsələn, 50 nəfərlik toya da 100-200 min manatlıq müğənni çağırarsan, xüsusilə də xarici ölkədən, yaxud başqa yerlərdən. Elə o da bahaya gəlib çıxa bilər”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...

26 Oktyabr 2026, 17:55