Zülfiyyə Quliyeva: “Əxlaq insanın geyimində deyil, mənəviyyatındadır”
Cəmiyyət 09 Oktyabr 2026, 09:29
2506
Jurnalist Zülfiyyə Quliyeva məktəblərdə hicabla bağlı müzakirələrə münasibət bildirib. O, paylaşımında məsələni hüquqi və pedaqoji baxımdan dəyərləndirərək şagirdlərin baş örtüyünə görə məktəbə buraxılmamasını qanunsuz hesab etdiyini bildirib.
Citypost.az xəbər verir ki, Jurnalistin sözlərinə görə, məktəbli forması ilə bağlı qaydalarda hicabın qadağan olunması barədə konkret müddəa yoxdur. O, baş örtüyü ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsini digər geyim nümunələri ilə müqayisə edərək məsələyə fərqli yanaşmanın düzgün olmadığını vurğulayıb.
“Əslində, məktəbli formaları ilə bağlı qaydada ‘hicab qadağandır’ ifadəsi yoxdur. Bu, bir baş örtüyüdür. Tutaq ki, bir uşaq hicab yox, papaq taxır. Məktəbdə ona ‘niyə papaq taxmısan?’ demək qanuna ziddir. Onda gəlin, papaq taxanları da məktəbə buraxmayaq”, – deyə Zülfiyyə Quliyeva qeyd edib.
O bildirib ki, məsələnin hüquqi tərəfini diqqətə çatdırmaqla yanaşı, məktəbli geyimi ilə bağlı qərarların pedaqoji şuralara həvalə edilməsinə də toxunub. Jurnalistin fikrincə, baş örtüyünə görə şagirdin məktəbə buraxılmaması hüquqi baxımdan əsaslandırılmalıdır.
Zülfiyyə Quliyeva uşaqların hicabın mahiyyətini dərk etmədən bu geyimi seçməsinin tərəfdarı olmadığını da vurğulayıb. Onun sözlərinə görə, bir çox uşaq hicabı valideynlərinin tövsiyəsi ilə taxır və bu məsələdə uşağın öz seçiminin nəzərə alınması vacibdir.
Bununla belə, jurnalist hicab taxan şagirdin dərslərini yaxşı oxuduğu halda baş örtüyünün tədris prosesinə hansı zərəri verə biləcəyini sual edib.
“Uşaqların hicabın mahiyyətini anlamamış taxmalarının tərəfdarı deyiləm. Etiraf edək ki, uşaqların çoxu hicabı valideyn tövsiyəsi ilə taxır. Bu da əslində uşağın hüququnun pozulmasıdır. Amma İslam o qədər gözəl dindir ki, insanı hər zaman düz yola çəkir. Hicab taxan şagird dərsini yaxşı oxuyursa, onun baş örtüyünün tədris prosesinə nə zərəri var ki? Mən belə düşünürəm”, – deyə o bildirib.
Həmçinin oxuyun
Jurnalist paylaşımında hicabın avtomatik olaraq əxlaq göstəricisi kimi təqdim edilməsinə də etiraz edib. O, insanın mənəvi keyfiyyətlərinin yalnız geyimi ilə müəyyənləşdirilməsinin yanlış olduğunu qeyd edib.
Zülfiyyə Quliyeva fikrini əsaslandırmaq üçün şəxsi tanışlığı ilə bağlı bir nümunə çəkərək, baş örtüyünün insanın davranışına və əxlaqına zəmanət vermədiyini iddia edib. Onun fikrincə, hicablı qadınların davranışlarına münasibətdə də stereotiplərdən uzaq durmaq lazımdır.
“Amma hicabı sırf əxlaq rəmzi kimi təqdim etməyin qəti tərəfdarı deyiləm. Sözüm ondadır ki, əxlaq insanın mənəviyyatındadır. Başın bağlı olması insanı əxlaqlı etmir!” – deyə jurnalist fikrini yekunlaşdırıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55