Bizə yazın

Baku

-°C

USD

-

İDRAKİ GÜNƏŞSİZLİYİN PATOLOJİ AKSİOMASI...  

Cəmiyyət 13 Oktyabr 2026, 19:39

4838

Bir müddətdir ki, ictimai sferada məlum hicab mövzusundan qaynaqlanan uğursuz emosional çəkişmələri eləcə müşahidə edirəm.

Konseptual mahiyyətə söykənən mülahizə metodları, çıxışetmə qabiliyyəti, mütərəqqi addımlar atmaq ideyası... qalıb bir kənarda, əksəriyyət kütlə hirsi, hətta “meşə psixologiyası” ilə bir-birinə barmaq silkələyib, nifrət nümayiş etdirir...

... Əvvəla, dəfələrlə qeyd etmişəm, indi də xüsusi şəkildə deyim ki, əzizlərim, 21-ci əsr inanclar sistemində moizə, xütbə (hətta dini təlqin!) əsiri deyil, idrak, fundamental təfəkkür, yüksək maştablı dünyagörüş, elitar mədəniyyət, analtika, analiz, tərəqqi... əsridir.

Amma və lakin(!) vurğuladığım bu mütləq mahiyyətə bir fərdin çatması xüsusi hal kimi öz üzərində çalışmaqdan keçirsə (heç şübhəsiz ki, keçir!), bütövlükdə bir dövlətin, kütlənin, xalqın... bu ağ mahiyyətə çatması sistemli, konseptual, sağlam, aydın və geniş maarifçilik prinsiplərindən, mərhələsindən keçir.

Axı bu müasir dövrdə, bu illər ərzində bu gözəlim məmləkətdə mövcud olan bu zavallı toplumun üzərində aydın dünyagörüşə, modern düşüncəyə, elmi və mənəvi həqiqətlərə, çağdaş mədəniyyət formalarına söykənən köklü, kalibrli maarifçilik xüsusiyyətləri, prinsipləri, mərhələsi birmənalı şəkildə formalaşmadı... formalaşdırılmadı!

Necə deyərlər, bütün səlahiyyət sahiblərinin hərəsi öz görəvində yalnız öz “maraqlarını” düşündü, mənfəətinin peşində oldu, cəmiyyət də ümumilikdə öz “girdabında” gün keçirtdi, qaranlığında mürgü vurdu!.. 

İstisnalar olmaqla(!), hərə üz tutdu bir “tərəfə”, kor-koranə bir “diqtəyə”, bir “yola”...

Nəticədə isə bir toplum, bir xalq sadaladığım azman maarifçilik meyarları əsasında yetişdirilmədi, eləcə zülmətdə can çəkdi!

Yetişdirilmədi ki, bu cəmiyyət bilsin ki, əxlaq hicabdan, kəlağayıdan və ya hər hansısa baş örtüyündən, hətta səmavi dindən belə başlamır.

Heç əxlaqın ölçüsü də birbaşa bu amillər deyil!..

Yetişdirilmədi ki, bu cəmiyyət bilsin ki, yaşadığın dünyada əxlaq daxili vicdan hissi, idrak, genetika və şəffaf mühit məsələsi, hadisəsidir.

Yetişdirilmədi ki, bu cəmiyyət bilsin ki, bütün dinlərin hər biri (həm də!) öz coğrafiyasında kütlə müstəvisində sadəcə müəyyən mexanizmli bir klassik mədəniyyət formasıdır, amma və lakin(!) yeganə (və vazkeçilməz!) mədəniyyət forması deyil! Hətta heç üst də deyil! (Çünki dar macalda cəhalət ocağına çevrilmə kodu var!)

Yetişdirilmədi, əzizlərim, bu biçarə toplum yetişdirilmədi!... yetişdirmədiniz!.. yetişdirmədilər!..

Əksinə(!), dinə (əslində isə dinin şəxsində mövhumata, xurafata) istisnasız konstitusionlu hüquq, ictimai kor meydan verildi...

Digər tərəfdən, yaxşı bəs nə bilmişdiniz?

Düşüncə tərzi, həyat tərzi inkişaf etdirilməmiş bir kəsim (konstitusionlu əsaslarla) təqdim olunan dindən necə və hansı dərəcədə istifadə etməli idi ki?

Madam sizlər də mi bilmirdiniz ki, hələ tərəqqinin ibtidai dövründən boylanan, hələ tərəqqinin ibtidai dövründə qalan, hələ tərəqqinin ibtidai dövründə saxladığınız (şəffaf mühitdən, doğru-dürüst atmosverdən məhrum olunan!) kütləyə bir dini hətta konstitusionlu şəkildə təqidim etmək uşağın əlinə bıçaq vermək qədər boşçoxluqdur!

Madam sizlər də mi bilmirdiniz?!

Bilirdiniz, hətta çox yaxşı bilirdiniz! Ancaq dediyim kimi, hərə öz görəvində öz “maraqlarını” düşündü, mənfəətinin peşində oldu, cəmiyyət də ümumilikdə öz “girdabında” gün keçirtdi, qaranlığında mürgü vurdu, zülmətdə can çəkdi!..

... Və nəhayət! İlin-günün bu çağında indi buyurun, bu toplumun qarşısında təməl daşı idrakın, fundamental təfəkkürün, yüksək maştablı dünyagörüşün, analtikanın, analizin, tərəqqinin, elitar mədəniyyətin vəhdəti olan gecikmiş maarifçilik ideyalarını metodoloji, konseptual  şəkildə model olaraq yaradıb (hətta konistitusiyaya düzən verib!) tətbiq edin, ağ işığı yandırın! Əgər yandıra bilirsinizsə!.. Əks halda, necə deyərlər, köhnə hamam, köhnə tas — misalı!

Emil Rasimoğlu

şair-publisist,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Allahşükür Paşazadə Vatikanla mühüm sənəd imzalayıb

Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladıb və ölkəmizdə sülhün, harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi vurğulayıb.Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektinə çatdırıb. O, Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq hazırda Bakıda inşa edilən və...

26 Oktyabr 2026, 20:20

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19