Bizə yazın

Baku

-°C

USD

-

Cümhuriyyətin ilk xarici işlər naziri - Onu kimlər intihara məcbur etmişdi?   

Cəmiyyət 20 Oktyabr 2026, 14:24

2833

Qərənfil Dünyaminqızının "Cümhuriyyətin ilk xarici işlər naziri" yazısını təqdim edirik.

Bakının tanınmış, adlı-sanlı nəsillərdən biri də Hacınskilər olub. Tanınmış tacir Cəfərqulu kişi də bu nəsildən idi. O, ticarət işləri ilə bağlı tez-tez səfərlərə çıxardı. Belə səfərlərdən biri də Misirin Qahirə şəhərinə olur. Cəfərqulu burada Fatimə adlı bir gözələ vurulur. "Öldü var, döndü yox” deyən tacir, Vətənə könül həmdəmi ilə birlikdə qayıdır və ailə qurur. Deyilənlərə görə, Fatimə çox gözəl, ağıllı və mehriban bir xanım imiş. Bir il sonra, 1876-cı ilin mart ayında ailənin ilk övladı Məmməd Həsən anadan olur. Atası Məmməd Həsəni tacir görmək istəyində olduğu üçün onu kiçik yaşlarından tez-tez dükana aparar, alqı-satqı işlərini öyrədərdi. Ona görə də oğlunun mədrəsə təhsili ilə kifayətlənir. Amma anası Fatma xanım bu təhsillə qane olmur. Oğlunun təhsilini Bakı Realnı Məktəbin də davam etdirməsinə nail olur. Məmməd Həsən isə daha mükəmməl təhsil almaq, bir necə əcnəbi dil öyrənmək arzusunda idi və xoşbəxtlikdən bu arzusunu reallaşdıra bilir. O, Peterburq Texnologiya İnstitutuna daxil olur.

Oxumaq, öyrənmək, əcnəbi dilləri bilmək arzusunda olan Məmməd Həsən tətil günlərini də həsrətlə gözləyirdi. Çünki ürəyi qonşu qızı Səadətin yanında qalmışdır. Səadət ata-anasını tez itirdiyi üçün babası Talıb kişinin himayəsində böyümüşdü. Evdə xüsusi təhsil alan və gözəl piano çalmağı öyrənən Səadət xanım da bu sevgiyə biganə deyildi. Onlar Məmməd Həsən institutu qurtaran ili, 1902-ci ildə ailə qururlar. Məmməd Həsən istəməsə də, bir necə il ailəsindən, sevimli ömür yoldaşından ayrı qalmağa məcbur olur. O, ilk olaraq Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda mühəndis kimi işə başlayır. Burada yaxşı təcrübə toplayan gənc 1908-ci ildə Bakıya qayıdır. Peterburqda, Moskvada gördüyü səliqə-sahmanı Bakıda da yaratmaq, şəhəri abadlaşdırmaq, daha da gözəlləşdirmək arzusunda olan gənc mütəxəssis, elə həmin ildən Bakı şəhər idarəsində tikini şöbəsinə başçılıq edir, şəhərin baş planının layihəsini təkmilləşdirir. O, 1909-1910-cu ilərdə vaxtının çoxunu Bakı dənizkənarı parkın salınmasına sərf edir. Bütün bunlar onu şəhərsalma və tikinti-inşaat sahəsində görkəmli təşkilatçı kimi tanıdır. 1913-cü ildə Məmməd Həsən Hacınski Bakı şəhər idarəsinin rəisi təyin edilir və Bakı şəhər Dumasının üzvü kimi əksər iclaslarda bu məsələlər haqqında geniş məlumat verir. Əslində M.H.Hacınski hələ 1902-ci ildən - Moskvada işləyərkən Bakı şəhər dumasına üzv olub, hətta bir çox iclaslara sədrlik də edib.

M.H.Hacınski siyasi aləmə 1904-cü ildə "Hümmət”lə gəlib. "Hümmət” sosial-demokrat təşkilatını yaradanlardan biri olan Hacınski, 1906-cı ildə "Nəşri-maarif”in yaradılmasının təşəbbüskarlarından biri olub. 1906-cı ilin iyulunda M.H.Hacınski ilə birlikdə bir necə ziyalı Bakı qubernatoruna ərizə ilə müraciət edərək müsəlman əhalisi arasında maarifi yayan cəmiyyət yaratmağa icazə verməyi və onun nizamnaməsini təsdiq etməyi xahiş edir. Quberniya rəhbərliyindən müsbət cavab alan cəmiyyət üzvüləri 1906-cı il noyabrın 24-də "Nəşri-maarif” cəmiyyətinin ilk ümumi yığıncağını keçirirlər. Yığıncaq da H.Z.Tağıyevi cəmiyyətin idarə heyətinin sədri M.H. Hacınskini də onun mavini seçir. Maariflə bağlı bütün işlərdə yaxından köməklik edən Hacınski həm də xeyriyyə cəmiyyətləri olan "Nicat” və "Müsəlman xeyriyyə cəmiyyət”lərinin üzvü idi.

Tədqiqat əsərlərindən belə aydın olur ki 1917-20-ci illər M.H.Hacınskinin ictimai-siyasi fəaliyyətinin qızğın dövrü olub. "Hümmət” partiyası kimi "Müsavat”ın da ilk üzvlərindən olan Hacınski 1917-ci ilin mart ayında Bakı İctimai Təşkilatları Şurasının İcraiyyə Komitəsinə daxil olur və elə həmin ayda həm də Bakıda yeni yaradılmış Müsəlman İctimai Təşkilatları Müvəqqəti Komitəsinə sədr seçilir. Hacınski 1917-ci ilin aprelində Qafqaz Müsəlmanlarının Bakı Qurultayını açır və onun rəyasət heyətinə seçilir. Bir ay sonra Rusiya müsəlmanlarının Moskvada keçirilən qurultayında Hacınski çox fəal iştirak edir. 1917-ci ilin oktyabrında (26-31) Bakıda "Müsavat” partiyasının birinci qurultayı öz işinə başlayır, Hacınski partiyanın Mərkəzi Komitəsinə üzv seçilir və onu Zaqafqaziya komissarlığında ticarət və sənaye komissarının müavini vəzifəsinə təyin edirlər.

1918-ci ilin ilk aylarından M.H.Hacınskinin fəaliyyəti əsasən siyasi işlərlə bağlı olur. 1918-ci il fevralın son günləri yaradılan Zaqafqaziya seymində Hacınski "Müsavat” partiyasını təmsil edir, seymdə Osmanlı dövləti ilə danışıqlar aparmaq üçün seçilən nümayəndə heyətinə daxil edilir. O, Trabzon konfransından sonra Ənvər paşa ilə görüşmüş və Osmanlı dövlətinin Cənubi Qafqazla bağlı mövqeyi ətrafında fikirlərini Paşaya bildirmişdir.

M.H.Hacınski Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətində də məsul vəzifələri icra etmişdir. O, Seymin Batum konfransında iştirak edən 6 əsas nümayəndədən bir olmuş və M.Ə.Rəsulzadə ilə birlikdə Azərbaycan tərəfini təmsil etmişdir. 1918-ci ilin 27 mayında yaradılan Azərbaycan Milli Şurasının üzvü M.H.Hacınski Azərbaycanın İstiqlal bəyannaməsinə imza atanlardan biri idi. Azərbaycan Xalq Cümhuriyyəti təşkil edilərkən Hacınski Batumda olub. Lakin buna baxmayaraq o, 1-ci Hökumətin tərkibində Azərbaycanın ilk xarici işlər naziri təyin edilib. Hacınski bu məsul vəzifədə də M.Ə.Rəsulzadənin yanında olub, daima onunla məsləhətləşib. Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq müqaviləsinə (Batum müqavilələri 1918) Azərbaycan tərəfindən M.Ə.Rəsulzadə ilə yanaşı M.H.Hacınski də imza atıb.

M.H.Hacınski Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci Hökumət kabinəsində də xarici işlər naziri olmuşdur. Bu məsul vəzifə ilə yanaşı 1918-ci ilin 6 oktyabrına kimi həm də, müvəqqəti olaraq, nəzarət nazirliyinə rəhbərlik etmiş, 6 oktyabrdan isə maliyyə naziri təyin edilmişdir. Bütün bunlarla yanaşı M.H.Hacınski Azərbaycanın müstəqilliyinin beynəlxalq aləmdə tanınması prosesində də çox yaxından iştirak edib. Azərbaycan Parlamentinin üzvü olan və üç nəfərdən ibarət katibliyin baş katibi seçilən Hacınski, Ə.Topçubaşovun başçılığı ilə Paris sülh konfransında iştirak edən nümayəndə heyətinin tərkibinə daxil edilmişdir. O, Parisdə olarkən Əlimərdan bəylə birlikdə ABŞ, Almaniya, İtaliya, Türkiyə, İran və b. ölkələrin başçıları, nümayəndə heyətləri ilə görüşmüş, bir necə sazişin imzalanmasında iştirak etmişdir.

Hacınski 1919-cu ilin noyabrında baş nazir Nəsib bəy Yusifbəyli ilə birlikdə Ermənistan hökuməti ilə danışıqlar aparmaq üçün Tiflisə gedir və burada onlar noyabrın 23-də Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Respublikası arasında sülh sazişinin imzalanması prosesində iştirak edirlər. O, Dövlət Müdafiə Komitəsinin 1919-cu il 9 dekabr tarixli qərarı ilə Fətəli xan Xoyski və Məmmədrza bəy Vəkilovla birlikdə Azərbaycan-Ermənistan konfransında iştirak edəcək hökumət nümayəndə heyətinə daxil edilərək, konfransa yola düşür. Burada çox kəskin çıxış edən Hacniski Ermənistan hökumətinin qərəzli münasibətini ifşa edir.

Parlamentin bütün iclaslarında, tədbirlərində yaxından iştirak edən Hacınski Azərbaycan hökuməti tərəfindən 100 nəfər azərbaycanlı gəncin ali məktəblərdə təhsil almaq üçün dövlət hesabına xarici ölkələrə göndərilməsi haqqında hazırlanan layihənin həyata keçirilməsi üçün fəallıq göstərir. Parlamentdə bu məsələ ilə bağlı xüsusi komissiya yaradılır və Hacınski də komissiyanın tərkibinə daxil edilir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə mühüm vəzifələri icra edən M.H.Hacınski N.Yusifbəylinin yeni Hökumət kabinəsində daxili işlər naziri, 1920-ci ilin fevralın 18-dən isə ticarət, sənaye və ərzaq naziri vəzifələrini tutmuşdur.

1920-ci ilin martın 30-da Hökumət istefa verdikdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti yeni Hökumətin təşkili məsələsini M.H.Hacınskiyə tapşırır. Bundan sonra Hacınski Parlamentdə fəaliyyət göstərən partiyaların, fraksiyaların nümayəndələri ilə danışıqlar aparır. Amma bu danışıqların bir faydası olmur. Aprelin 22-də M.H.Hacınski "Müsavat” partiyasından çıxdığını və bolşevik partiyasına daxil olduğunu bildirir. Beləliklə, bir gecənin içində M.H.Hacınski olur bolşevik. Hacınskinin bu addımı bolşeviklər tərəfindən əvvəlcə yüksək vəzifələrlə qiymətləndirir. O, ilk olaraq Azərbaycan Sovet Sosialist Respublikası Xalq Təsərrüfatı Şurasında, sonra Zaqafqaziya Dövlət Plan Komitəsində müxtəlif rəhbər vəzifələrdə çalışmış, Bakı şəhərinin və rayonlarının abadlaşmasında yaxından iştirak etmişdir.

İlk gündən bolşevikləri dəstəkləsə də, onlar Hacınskiyə "bel bağlamır”. 1930-ci ilin 3 dekabrında M.H.Hacınski Tiflisdə yaşadığı mənzildə Zaqafqaziya Dövlət Siyasi İdarəsi tərəfindən həbs edilir. Siyasi İdarədə bildirilir ki, onu "Azərbaycan Milli Mərkəzi”nin işi üzrə ittiham edirlər. Hacınski Tiflis həbsxanasından S.Orconikidzeyə və Dövlət Siyasi idarəsinin müstəntiqi İ.Y.Purnisə məktub yazır. Hər iki məktubda heç bir hərəkəti ilə sovet hakimiyyətinə ziyan vurmadığını iddia edən Hacınski, dönə-dönə "hərəkətlərim və işimlə proletariata xəyanət etməmişəm” yazır. Hacınskinin məktublarından o da bəlli olur ki, həbsxanada ona verilən ağır işgəncələrə dözə bilmir: "Mən özümün mənəvi və fiziki rüsvayçılığıma dözə bilmirəm”.

1931-ci ilin 8 fevralı. Səadət xanım yerindən çox erkən qalxır. Bütün gecəni ömür yoldaşını yuxuda görmüşdü. Həbsxanada ağır işgəncələrə dözməyən və vərəm xəstəliyinə tutulan Məmməd Həsən həbs edilən gündən Səadət xanımı tərk etməyən narahatlıq hissi, bu gün onu lap hövsələdən çıxarır. Evdə yemək üçün bir şey tapmasa da, balaca bir bağlama düzəldib oğlu Şamilə həbsxanaya yollanır. Həbsxana rəisinin çox sakit və soyuqqanlılıqla verdiyi xəbər Səadət xanımı varından yox edir. "Əriniz Məmməd Həsən Hacniski özünü asaraq intihar edib”.

Ailənin ən dəhşətli günləri bundan sonra başlayır. "Xalq düşməni”nin övladları olduğu üçün M.H.Hacınskinin üç övladını məktəbdən qovurlar. Üç övladla tək-tənha qalan Səadət xanıma övladlarını saxlamaq üçün bir parça çörək pulu qazanmaq müşkülə çevrilir. Təqiblərə, təhqirlərə dözməyən oğlanları Şamil və Nuşirəvan Almaniyaya mühacirət edirlər. Bir necə ildən sonra Səadət xanım məktub yazaraq yalvar-yaxar etsə də, vətənə yalnız Şamil dönür. Vətəndə İblis xislətli "insanlar”dan gördüyü haqsızlıqlarla barışa bilməyən Nuşirəvan ömrünün sonunadək mühacirətdə yaşayır.

Bu da ilk gündən bolşeviklərin gəlişini dəstəkləyən bir Cümhuriyyət qurucusunun taleyi. Belə açı və amansız bir sonluqla başa vurulan bu taleyi Tanrı yox, İblis xislətli "insan”lar yazdı.

(Kulis)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...

26 Oktyabr 2026, 17:55