Bizə yazın

Baku

-°C

USD

-

Bakının DYP İdarəsi yağışın törətdiyi fəsadlarla bağlı müraciət yayıb

Cəmiyyət 22 Oktyabr 2024, 10:31

943

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) yağışın törətdiyi fəsadlarla əlaqədar sürücülərə müraciət edib.

CityPost.az  xəbər verir ki, idarə paytaxtın bir neçə istiqamətində nəqliyyatın hərəkətində çətinliyin yarandığını bildirib.

“Yağışın davamlı olaraq yağması nəticəsində hazırda paytaxtın Nərimanov rayonu Bağırov körpüsünün altında, Sabunçu rayonu "Komsomol dairəsi" və Xətai rayonu “Nargilə dairəsi” adlanan ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb”, – müraciətdə diqqətə çatdırılıb.

Qeyd olunub ki, polis, o cümlədən dövlət yol polisinin əməkdaşları və aidiyyəti qurumların nümayəndələri tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

“Sürücülərdən xahiş edirik ki, qeyd edilən istiqamətlər üzrə zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər”, – müraciətdə vurğulanıb.

Xatırladaq ki, daha əvvəl paytaxtın İcra Hakimiyyəti Heydər Əliyev prospektindəki Bağırov körpüsünün su basdığını bildirmişdi.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qətərdən Qəzza açıqlaması 

Qəzza zolağında hərbi əməliyyatların dayandırılması üzrə danışıqlar hazırda davam etmir, lakin vasitəçilərin iştirakı ilə təmaslar var. CityPost.az  xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari mətbuat konfransında bildirib.“Hazırda Qəzza zolağındakı vəziyyətlə bağlı danışıqlar aparılmır, lakin onlara qayıtmaq üçün təmaslar var”, - diplomat bildirib.Onun sözlərinə görə, son vaxtlar beynəlxalq ictimaiyyətin Qəzzada axan qanlara məhəl qoymaması çox çətinləşib.O, əlavə edib ki, ABŞ ciddi şəkildə danışıqlara qayıtmağa cəhd etmək niyyətindədir, lakin burada çətinliklər var.May ayında RİA Novosti baş nazirin dəftərxanasının müşaviri Dmitri Gendelmana istinadən xəbər vermişdi ki, İsrail 2025-ci ilin aprelində növbəti çıxılmaz vəziyyətə düşmüş Qəzzada vəziyyətlə bağlı...

30 İyun 2025, 17:31

Bəylər Eyyubovun yerinə o təyin edildi 

Prezidentin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.CityPost.az  Unikal-a istinadən xəbər verir ki, bu vəzifəyə polkovnik Fərid Əsgərov təyin edilib.Qeyd edək ki, F.Əsgərov bu təyinatadək PTX rəisi Bəylər Eyyubovun müavini idi. B.Eyyubov digər təyinatla Prezidentin Katibliyinin rəisi təyin edilib.

30 İyun 2025, 17:21

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi 

Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilib.CityPost.az  Gununsesi.info-ya istinadən xəbər verir ki, Bəylər Eyyubov Prezidentin Katibliyinin rəisi təyin olunub.Qeyd edək ki, 74 yaşlı B.Eyyubov 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini vəzifəsini tutub. 16 mart 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.O, göstərdiyi xidmətlərinə görə “Şərəf”, “Azərbaycan bayrağı”, “Vətənə xidmətə görə” (3 dəfə) və digər orden və medallarla təltif edilib....

30 İyun 2025, 17:20

Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb 

Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılanlar var.APA-nın əldə etdiyi məlumata görə, DİN-in əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb.Qeyd edək ki, bu gün səhər saatlarından etibarən DİN "Sputnik Azərbaycan"ın Bakıdakı ofisində əməliyyat keçirir.Xatırladaq ki, Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan" agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunub.Məlumatda bildirilib ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədilə qəbul edilib.Başqa sözlə, "Sputnik-Azərbaycan"ın Bakıda çalışan jurnalistlərinin sayı AZƏRTAC-ın...

30 İyun 2025, 15:53

Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam 

Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib.CityPost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, Fikrət Fərrux oğlu Məmmədov Azərbaycan Respublikasının ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.Qeyd edək ki, sabah F. Məmmədovun 70 yaşı tamam olur.O, 2000-2024-cü illərdə ədliyyə naziri vəzifəsini icra edib. Bu ilin fevralında Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi təyin olunub....

30 İyun 2025, 14:27

Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək 

Azərbaycan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 30-da Astara Rayon Polis Şöbəsinin inzibati binasında Yardımlı, Astara, Lerik, Masallı və Lənkəran şəhər və rayonlarının sakinlərini qəbul edəcək.CityPost.az   xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı 29.07.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur....

30 İyun 2025, 13:45