Bizə yazın

Baku

-°C

USD

-

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

Cəmiyyət 03 Dekabr 2024, 14:46

3835

Ölkənin pərakəndə sektorunda geniş şəkildə təmsil olunan Veysəloğlu Şirkətlər Qrupu Naxçıvan Muxtar Respublikasında da silsilə market açılışlarını davam etdirir. Yaradılmasının 30 illiyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) artıq Naxçıvan ərazisində “Araz” supermarketlər şəbəkəsinin 3, “OBA” marketlər şəbəkəsinin 8 filialını açıb.

VŞQ mağaza açılışları ilə artıq Muxtar Respublikada 150 nəfərin işlə təmin olunmasına öz töhfəsini verib. Şirkətlər Qrupu Naxçıvandakı fəaliyyəti ilə yerli istehsalı stimullaşdırmağı, yeni iş yerləri açmağı və yerli fermerlərin istehsal etdikləri məhsulların geniş satışını təşkil etməyi hədəfləyir.

Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin Naxçıvan şəhərində yeni mağazası Nəsrəddin Tusi küçəsi 11 ünvanında yerləşir. Beləliklə də “Siz harada, Araz orada” şüarı ilə fəaliyyət göstərən “Araz”ın Muxtar Respublika ərazisindəki mağazalarının sayı 3-ə çatdı.

“Araz” supermarketlər şəbəkəsinin Naxçıvandakı yeni filialının açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov, eləcə də bir sıra dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Fuad Nəcəfli Naxçıvanda fəaliyyətə başlayan “Araz” mağazası ilə tanış olub və açılış mərasimində çıxış edərək təbriklərini çatdırıb.

Tədbirdə çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov bildirib ki, Şirkətlər Qrupu Naxçıvanda “Araz” və “OBA”nın ümumilikdə 13 mağazasını istifadəyə verib və bununla da Naxçıvanda 150 yeni iş yeri yaradılıb. Aydın Talıbov qeyd edib ki, yeni istifadəyə verilən marketlərin hər birində müasir alış-veriş standartları və yüksək keyfiyyətli xidmət şəraiti yaradılıb: “Veysəloğlu Şirkətlər Qrupu Naxçıvandakı fəaliyyəti ilə yerli istehsalı stimullaşdırmağı, yeni iş yerləri açmağı və yerli fermerlərin istehsal etdikləri məhsulların geniş satışını təşkil etməyi planlaşdırır. Mağazalarımızın sayını artırmaqla biz Muxtar Respublikada yeni iş yerlərinin açılmasına, burada iqtisadiyyatın digər sahələrinin inkişafına töhfələrimizi davam etdirəcəyik”. Yeni “Araz” supertorun açılış lentini Aydın Talıbov və atası Veysəl Talıbov kəsib.

Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi isə Naxçıvanın Kəngərli rayonunda fəaliyyətə başlayan yeni mağazasının açılışında şirkətin təsisçisi və baş icraçı direktoru Aydın Talıbovla yanaşı, Kəngərli Rayon İcra Hakimiyyətinin rəhbər heyəti və kənd nümayəndələri iştirak edib. Bununla da “OBA”nın 1500-cü mağazası Naxçıvanda fəaliyyətə başladı. Artıq Naxçıvanın Kəngərli, Babək, Ordubad, Sədərək və Şərur regionlarında “Yaxın və qənaətli qonşunuz” şüarı ilə fəaliyyətə başlayan “OBA” keyfiyyətli məhsulları və sərfəli qiymətlərlə müştərilərinin xidmətindədir.

 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kofeinsiz qəhvənin ciddi təhlükələri açıqlandı

Kofeinsiz qəhvə hazırlayarkən sağlamlığa təhlükə yaradan maddələrdən istifadə edilir. CityPost.az  xəbər verir   ki, bu barədə endokrinoloq Alessia Roenelt aif.ru saytına müsahibəsində deyib.Həkim, ən ciddi narahatlıqların paxladan kofeini çıxarmaq üçün istifadə olunan metilen xlorid və etil asetat kimyəvi həlledicilərinin səbəb olduğunu qeyd edib.Birincisi, onun fikrincə, qaraciyər, ağciyər, döş, beyin xərçəngi və leykemiya inkişaf riskini artırır.O, kofeinsiz qəhvənin tərkibindəki etil asetatı insanlar üçün təhlükəsiz adlandırdı, ancaq dozaya riayət olunarsa. "O, orqanizmə çoxlu miqdarda daxil olarsa, həzm sistemini qıcıqlandıra, həmçinin sinir sistemini depressiyaya sala bilər", - endokrinoloq bildirib.Daha əvvəl diyetoloq Qabriel Moltern qəhvəyə zerdeçal əlavə etməyi məsləhət görüb. Onun sözlərinə görə, ədviyyat orqanizmin...

18 İyul 2025, 19:32

Nazir Baş katibin yerinə onu təyin etdi 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq əlaqələr idarəsinə yeni rəis təyin edilib. CityPost.az   xəbər  verir    ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə daxili xidmət polkovniki Vüqar Qurbanov təyin olunub. Qeyd edək ki, bir neçə gün əvvəl FHN-nin Beynəlxalq əlaqələr idarəsinin rəisi Ərgüc Kələntərli Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi seçildiyi üçün vəzifəsindən azad edilib. ...

18 İyul 2025, 13:02

Prokurorluqda təyinatlar olub 

Baş Prokuror əmrlər imzalayıb.Baş Prokurorluqdan CityPost.az-ın sorğusuna cavab olaraq bildirilir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi Leyla Kərimovaya Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru (Sabunçu rayon məhkəməsi üzrə) vəzifəsinin icrası həvalə edilib.2014-cü ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Leyla Kərimova əvvəllər Xocalı və Qubadlı rayon prokurorunun köməkçisi, Xocavənd rayon prokurorluğunun müstəntiqi vəzifələrində işləyib.Baş Prokurorun digər əmrilə Bakı şəhər prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin prokuroru Ləman Səmədzadə Eldarlıya Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin...

17 İyul 2025, 14:28

Sabahın havası açıqlandı 

Bakıda və Abşeron yarımadasında iyulun 18-də hava şəraiti yağmursuz olacaq.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37° isti olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Arabir duman. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 22-26° isti, gündüz 36-41° isti, dağlarda gecə 11-16° isti, gündüz 27-32° isti olacaq....

17 İyul 2025, 12:31

Güzəştli şərtlərlə Qarabağda da ev almaq mümkün olacaq 

“Azərbaycan Prezidentinin imzaladığı Fərmanla “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilib. Sənədlə ipoteka kreditinin verilməsinə dair yeni tələblər müəyyənləşib. Bununla da Qarabağ və Şərqi Zəngəzurda güzəştli şərtlərlə mənzilə sahib olmaq mümkün olacaq”.CityPost.az   xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.Millət vəkilinin sözlərinə görə, yeni dəyişikliklərə əsasən, güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə işğaldan azad edilmiş ərazilərdə yaşayış sahəsinin qiymətinin 90 faizindən çox ola bilməz: “Digər dəyişiklik işğaldan azad olunan ərazilərdə ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın məcmu gəliri ilə bağlıdır. Belə ki, işğaldan azad...

17 İyul 2025, 11:45

Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb 

Azərbaycan və Qazaxıstan müdafiə nazirliklərinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndə heyəti arasında döyüş təcrübəsi mübadiləsi məqsədilə görüş keçirilib.CityPost.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Görüşdə şərti düşmənlə əməliyyatlara cəlb olunmuş bölmələrin silah-sursatı, təchizatı, təşkilatlanması, bölmələrin tətbiq qaydaları və onların təkmilləşdirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.Görüş çərçivəsində qonaqlar Azərbaycan istehsalı olan zərbə dronları barədə məlumatlandırılıb.Sonra Ümumqoşun Təlim Meydanında qeyd olunmuş mövzu üzrə nümayiş məşqində silah və təchizatın döyüş tətbiqi, bölmələrin taktiki fəaliyyətləri izlənilib.Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub....

17 İyul 2025, 10:54