İki bərbərin meyiti tapıldı
Hadisə 18 İyul 2025, 16:24

315
Türkiyənin Karaman şəhərində bərbər işləyən Ümit Atalay və Rıfat Kalaycı başından tüfənglə açılan atəşlə ölü tapılıb.
CityPost.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə dünən saat 23:50 radələrində Elmaşehir məhəlləsindəki boş ərazidə baş verib.
Sakinlər park edilmiş avtomobilin yanında silah səslərini eşidəndən sonra polisə müraciət ediblər.
Hadisə yerinə gələn polis bərbərlər Ümit Atalay və Rıfat Kalaycını maşının yanında qan içində və başından tüfənglə vurulmuş vəziyyətdə tapıb.
Həmçinin oxuyun
Avtomobilin Atalaya məxsus olduğu müəyyən edilib, cəsədlərin yanından tüfəng aşkar edilib. Fərqli bərbərxanalarda işləyən iki dostun cəsədləri yarılma üçün Karaman Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Atalay və Kalaycının intihar etdiyi, birinin digərini tüfənglə öldürdüyü, daha sonra isə eyni silahla özünü vurduğu güman edilir.
Miri
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Moskvaya ildırım düşdü - VİDEO
Moskva vilayətində yaşayış binalarının yaxınlığında güclü ildırım vurub.CityPost.az xəbər verir ki, görüntüləri “Nə var, Moskva?” Telegram kanalı yayıb. Hadisənin hansı qəsəbədə baş verdiyi qeyd olunmayıb.Bundan əvvəl Moskva vilayətinin Domodedovo şəhərində ildırım yaşayış binasını vurub və binada yanğın baş verib. Yanğın zamanı yaşlı qadın binanın içərisində olub, qonşusu ona vaxtında kömək edib.Nigar
18 İyul 2025, 16:09

“Evli kişilərə tamah salan Xəyalə” – Sumqayıtda QALMAQAL
“TikTok”da tanışına böhtan atan qadın cəzalandırılıb.CityPost.az xəbər verir ki, Sumqayit24.az-ın məlumatına görə, hadisə Sumqayıtda, 16-cı mikrorayonda baş verib. Gədəbəy rayonunda qeydiyyatda olan və Sumqayıtda yaşayan Xəyalə Qəmbərovanın telefonu sındığı üçün özünə yeni telefon alıb. O, telefondakı nömrələr silindiyinə görə “WhatsApp”da olan adsız nömrələrə işarə göndərərək, kontaktında olan nömrələri tapmaq istəyib.Bu zaman ona tanımadığı bir nömrədən mesaj gəlib və həmin şəxs nəyə görə ona işarə göndərdiyini soruşub. Xəyalə vəziyyəti ona başa salıb və telefonunun nömrələrin hamısının silindiyini bildirib. Amma həmin şəxs Xəyaləyə inanmayıb və onu təhqir edib. Xəyalə araşdırmalarla müəyyən edir ki, həmin şəxs onun sinif yoldaşından boşanan həyat yoldaşı Rəmziyyə...
18 İyul 2025, 15:05

DİN: Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb
İyulun 17-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.BU barədə CityPost.az- a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb....
18 İyul 2025, 10:10

Rasim Həmidov saxlanıldı
Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün Rasim Həmidovun şikayəti əsasında keçmiş həyat yoldaşı Sevinc Həmidova barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması və 253300021 nömrəli cinayət işinin istintaqının yekunlaşması ilə bağlı məlumat vermişdik.Dünən Rasim Həmidov Ağcabədi Rayon Məhkəməsində hakim Etibar Quliyevin sədrliyi ilə saat 11:30-da Ağcabədi Rayon Məhkəməsində zal №1-də təqsirləndirilən şəxs Həmidova Sevinc Baxşeyş qızı ilə bağlı 1(017)-78/2025 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində məhkəmə iclasında iştirak etməli idi.Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment...
17 İyul 2025, 16:58

Nəvələrini göl kənarında gəzdirən baba suda boğuldu
Qazax rayonunda 68 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.CityPost.az xəbər verir ki, Əli Rəhimov nəvələri ilə gəzərkən ayağı anidən İncəçaydan gələn su dəryaçasına düşüb və o, müvazinətini itirərək suya düşüb boğulub.Onun nəşi sudan çıxarılıb və Kəmərli kəndində dəfn edilib.Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma başlanılıb.
17 İyul 2025, 15:18

Laçındakı yanğınla bağlı tutulanlar var
Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın hadisəsinin ehtiyatsız davranış nəticəsində törədildiyi müəyyən olunub.CityPost.az xəbər verir ki, bu barədə Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri birgə məlumat yayıb.Qeyd edilib ki, Laçın rayon Sus kənd sakini olan 3 nəfərin dağlıq ərazinin meşə massivində yandırdıqları ocaq çətin relyefli 14 hektar sahəyə yayılıb.Faktla bağlı başlanmış cinayət işi üzrə yanğın hadisəsini törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən ərazidə yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlərin icrası...
17 İyul 2025, 11:50