Bizə yazın

Baku

-°C

USD

-

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub 

Siyasət 18 İyul 2025, 14:24

2216

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Xocalının Təzəbinə kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub.

CityPost.az  xəbər verir ki, dövlət başçısı əvvəlcə kəndə köçən Məhəmməd Fərəcovun evinə baş çəkib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına görülən və həyata keçiriləcək işlər barədə məlumat verib.

Bildirilib ki, kənddə 2025-ci ilin sonunadək ümumilikdə 197 fərdi ev hazır olacaq. Gələn il isə daha 159 fərdi evin təmir-tikintisi yekunlaşacaq. 2025-ci il iyulun 14-də 28 ailə - 125 nəfər yaşamaq üçün kəndə qayıdıb.

Hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir. Belə ki, 15,5 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 11,4 kilometr uzunluğunda təbii qaz xətti çəkilib, 1,2 kilometr uzunluğunda mövcud xətt isə bərpa olunub. Həcmi 300 kubmetr olan su anbarı və içməli su şəbəkəsi təmir edilib, 16 kilometr uzunluğunda rabitə xətti çəkilib və abonentlərin stasionar telefon, internet və İPTV xidmətləri ilə əhatə edilməsi üçün şərait yaradılıb. 3100 metr uzunluğunda kənddaxili yollara asfalt örtüyü salınıb, məktəbəqədər və ümumtəhsil müəssisələrinin binalarının təmir-bərpası istiqamətində hazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçün nəzərdə tutulmuş bina əsaslı təmir edilir. Kənddə sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün bir hektar ərazisi olan müasir istirahət parkı yaradılıb.

Qeyd edək ki, Təzəbinə kəndi Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində kənd işğaldan azad olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Putin: Rusiya AZAL təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasına hər cür kömək göstərir 

"Rusiya AZAL təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasına hər cür kömək göstərir".CityPost.az  xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.“Biz, əlbəttə ki, razılaşdırıldığı kimi, istintaqla tam əməkdaşlığı təmin edirik. İstintaq yekunlaşmaq üzrədir”, -deyə o bildirib.

09 Oktyabr 2025, 16:22

Prezidentin Qəbələ Zirvəsində çıxışı və çağırışlar - ŞƏRH 

Azərbaycanın qədim şəhəri, Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələdə oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib.Prezident İlham Əliyev sammitdəki çıxışında Təşkilatın güclənməsi, işlək quruma çevrilməsi, Türk dövlətləri arasında əlaqələrin genişlənməsi, güclənməsi, hərbi və müdafiə sahəsində əməkdaşlığın artması, təlimlərin keçirilməsi kimi məsələləri vurğulayıb, bu istiqamətlərdə TDT üzvlərinə çağırış edib çağırış edib.Dövlət başçısının çıxışında Qəbələnin və Qafqaz Albaniyasının tarixi ilə bağlı verdiyi kiçik arayış Azərbaycanın dövlətçilik tarixinə bir işarədir. Bu, həm də albanlara aid mədəniyyətə iddia edənlərə zirvə toplantısından cavab idi.Prezident İlham Əliyev TDT-nin əməkdaşlıq təşkilatı deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşdığını deməklə onun nüfuzunun artmasından...

08 Oktyabr 2025, 15:43

İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədrini qəbul edib 

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib.CityPost.az  xəbər verir ki, söhbət zamanı dövlət başçısının Binəli Yıldırımla görüşləri, həmçinin onun ölkəyə səfərləri məmnunluqla xatırlanıb.Qonaq Türk Dövlətləri Təşkilatının fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək vurğulayıb ki, Təşkilatın Ağsaqqallar Şurası bundan sonra da türk dövlətləri arasında əməkdaşlığın inkişafı prosesinə öz töhfəsini verməyə davam edəcək.Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunulub, ölkədə təşkil edilmiş digər beynəlxalq tədbirlər kimi bu sammitin də yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunub.Söhbət zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq və...

06 Oktyabr 2025, 11:54

İlham İsmayıl saxlanıldı 

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl saxlanılıb.Citypost.az "Unikal"a istinadla xəbər verir ki, ekspert dələduzluqda ittiham edilir. Belə ki, o, oğlu Cavidan İsmayılzadə vasitəsilə zərərçəkmiş Emin Məmmədzadəyə Almaniyadan avtomobil gətirəcəyinə dair vəd verib. Vəd edilən avtomobil 2018-ci il istehsalı və dəyəri 54 min ABŞ dolları olan "Range Rover" imiş.İ.İsmayıl E.Məmmədzadədən ilkin olaraq 20 min ABŞ dolları (34 min manat) alıb. Bir müddət sonra maşının ölkəyə gətirilmədiyini görən E.Məmmədzadə məsələ ilə bağlı polisə şikayət edib.Dələduzluq faktı ilə əlaqədar İlham İsmayıl barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. O, ötən gün Nəsimi Rayon Polis...

25 Sentyabr 2025, 22:35

İlham Əliyev ABŞ-dədir

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə gəlib.CityPost.az   xəbər  verir   ki, bu barədə APA məlumat yayıb.Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Nyu-York şəhərinin “John F.Kennedy” Beynəlxalq Hava Limanında rəsmi şəxslər qarşılayıblar.

22 Sentyabr 2025, 22:39

Əli Əsədov Qırğızıstana gedib 

Azərbaycanın Baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak etmək üçün Qırğızıstana gedib.CityPost.az   xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabineti məlumat yayıb.Qeyd edək ki, bu gün Bişkek şəhərində TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşü keçiriləcək.

18 Sentyabr 2025, 12:12