Nəzrinin ölümünə səbəb olan həkim saxlanıldı
Cəmiyyət 21 Yanvar 2025, 19:00

2717
Bakıda burun əməliyyatı zamanı vəfat edən Nəzrin Mansurlunun ölüm faktı ilə bağlı əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev saxlanılıb.
Citypost.az Report-a istinadla xəbər verir ki, Sənan Mehdiyev Nəsimi Prokurorluğunda davam edən cinayət işi çərçivəsində şübhəli şəxs qismində saxlanılıb.
Onun 48 saat ərzində məhkəmə qarşısına çıxarılması gözlənir.
Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Həmçinin oxuyun
Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.
İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Kofeinsiz qəhvənin ciddi təhlükələri açıqlandı
Kofeinsiz qəhvə hazırlayarkən sağlamlığa təhlükə yaradan maddələrdən istifadə edilir. CityPost.az xəbər verir ki, bu barədə endokrinoloq Alessia Roenelt aif.ru saytına müsahibəsində deyib.Həkim, ən ciddi narahatlıqların paxladan kofeini çıxarmaq üçün istifadə olunan metilen xlorid və etil asetat kimyəvi həlledicilərinin səbəb olduğunu qeyd edib.Birincisi, onun fikrincə, qaraciyər, ağciyər, döş, beyin xərçəngi və leykemiya inkişaf riskini artırır.O, kofeinsiz qəhvənin tərkibindəki etil asetatı insanlar üçün təhlükəsiz adlandırdı, ancaq dozaya riayət olunarsa. "O, orqanizmə çoxlu miqdarda daxil olarsa, həzm sistemini qıcıqlandıra, həmçinin sinir sistemini depressiyaya sala bilər", - endokrinoloq bildirib.Daha əvvəl diyetoloq Qabriel Moltern qəhvəyə zerdeçal əlavə etməyi məsləhət görüb. Onun sözlərinə görə, ədviyyat orqanizmin...
18 İyul 2025, 19:32

Nazir Baş katibin yerinə onu təyin etdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq əlaqələr idarəsinə yeni rəis təyin edilib. CityPost.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə daxili xidmət polkovniki Vüqar Qurbanov təyin olunub. Qeyd edək ki, bir neçə gün əvvəl FHN-nin Beynəlxalq əlaqələr idarəsinin rəisi Ərgüc Kələntərli Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi seçildiyi üçün vəzifəsindən azad edilib. ...
18 İyul 2025, 13:02

Prokurorluqda təyinatlar olub
Baş Prokuror əmrlər imzalayıb.Baş Prokurorluqdan CityPost.az-ın sorğusuna cavab olaraq bildirilir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi Leyla Kərimovaya Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru (Sabunçu rayon məhkəməsi üzrə) vəzifəsinin icrası həvalə edilib.2014-cü ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Leyla Kərimova əvvəllər Xocalı və Qubadlı rayon prokurorunun köməkçisi, Xocavənd rayon prokurorluğunun müstəntiqi vəzifələrində işləyib.Baş Prokurorun digər əmrilə Bakı şəhər prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin prokuroru Ləman Səmədzadə Eldarlıya Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin...
17 İyul 2025, 14:28

Sabahın havası açıqlandı
Bakıda və Abşeron yarımadasında iyulun 18-də hava şəraiti yağmursuz olacaq.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37° isti olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Arabir duman. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 22-26° isti, gündüz 36-41° isti, dağlarda gecə 11-16° isti, gündüz 27-32° isti olacaq....
17 İyul 2025, 12:31

Güzəştli şərtlərlə Qarabağda da ev almaq mümkün olacaq
“Azərbaycan Prezidentinin imzaladığı Fərmanla “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilib. Sənədlə ipoteka kreditinin verilməsinə dair yeni tələblər müəyyənləşib. Bununla da Qarabağ və Şərqi Zəngəzurda güzəştli şərtlərlə mənzilə sahib olmaq mümkün olacaq”.CityPost.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.Millət vəkilinin sözlərinə görə, yeni dəyişikliklərə əsasən, güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə işğaldan azad edilmiş ərazilərdə yaşayış sahəsinin qiymətinin 90 faizindən çox ola bilməz: “Digər dəyişiklik işğaldan azad olunan ərazilərdə ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın məcmu gəliri ilə bağlıdır. Belə ki, işğaldan azad...
17 İyul 2025, 11:45

Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
Azərbaycan və Qazaxıstan müdafiə nazirliklərinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndə heyəti arasında döyüş təcrübəsi mübadiləsi məqsədilə görüş keçirilib.CityPost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Görüşdə şərti düşmənlə əməliyyatlara cəlb olunmuş bölmələrin silah-sursatı, təchizatı, təşkilatlanması, bölmələrin tətbiq qaydaları və onların təkmilləşdirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.Görüş çərçivəsində qonaqlar Azərbaycan istehsalı olan zərbə dronları barədə məlumatlandırılıb.Sonra Ümumqoşun Təlim Meydanında qeyd olunmuş mövzu üzrə nümayiş məşqində silah və təchizatın döyüş tətbiqi, bölmələrin taktiki fəaliyyətləri izlənilib.Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub....
17 İyul 2025, 10:54