Bizə yazın

Baku

-°C

USD

-

Şaxtalı havada evsizlər hara müraciət edə bilər? - Rəsmi  

Cəmiyyət 27 Fevral 2025, 13:14

2456

Qarlı və şaxtalı hava şəraitində evsiz insanlar üçün vəziyyət daha da çətinləşir. Küçədə yaşayan şəxslərin soyuqdan qorunması üçün hansı imkanlar var?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov bildirib ki, hazırda sığınacaqda 46 kişi və 32 qadın olmaqla, ümumilikdə 78 nəfər yaşayır.

“Müəssisəyə qəbul olunan şəxslər 6 ay müddətində yemək, yaşayış yeri və geyimlə təmin edilir. Həmçinin sosial reabilitasiya xidmətləri də göstərilir. Çətin vəziyyətə düşən hər kəs qanunvericiliyə uyğun şəkildə müəssisənin xidmətlərindən yararlana bilər”, - o qeyd edib.

Evsiz insanlar necə müraciət edə bilər?

Evsiz insanlar və ya onların yaxınları aşağıdakı yollarla sığınacağa qəbul üçün müraciət edə bilərlər:

- Şəxsin özü və ya qanuni nümayəndəsi tərəfindən;

- Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyələrin göndərişi ilə;

- DOST mərkəzləri və Sosial Xidmətlər Agentliyinin yerli qurumları vasitəsilə;

- Qaynar xətt və Vatsap nömrələri ilə:

- (012) 525 41 30 (qaynar xətt)

- (050) 525 41 30 (Vatsap).

Əgər küçədə yaşayan və yardıma ehtiyacı olan birini görsəniz, yuxarıda göstərilən əlaqə vasitələri ilə məlumat verə bilərsiniz.(axar.az)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Baş prokuror Yardımlıda vətəndaşları qəbul edəcək 

Baş prokuror Kamran Əliyev iyulun 4-də Yardımlıda vətəndaşları qəbul edəcək.Bu barədə CityPost.az-a  Baş Prokurorluğun Mətbuat xidməti məlumat verib.Məlumata əsasən, Baş prokuror cari il iyulun 4-də, saat 10:00-da Yardımlı rayon prokurorluğunun inzibati binasında Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərinin qəbulunu keçirəcək.Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Yardımlı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər....

30 İyun 2025, 10:18

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.06.2025) 

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.CityPost.az  xəbər verir ki, avronun məzənnəsi 1,03 % artaraq 1,9944 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,57 % azalaraq 2,1616 manat təşkil edib.

30 İyun 2025, 10:03

Keçmiş deputat Hüseyn Abdullayevin şikayəti təmin olunmayıb 

Keçmiş deputat Hüseyn Abdullayevin barəsində olan hökmdən verilən şikayətə baxılıb.CityPost.az   xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.Qərara əsasən, Hüseyn Abdullayevin şikayəti təmin olmayıb, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və başqa cinayətlərdə təqsirli bilinərək 6 il müddətinə müddətinə azadlıqdan məhrum edilmişdi. O, ötən il cəza müddətinin başa çatmasına az qalmış yeni müəyyən edilmiş faktlara əsasən təkrar cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2025-ci il rarixli hökmü ilə “Quska” cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda təqsirli bilinərək yenidən 9 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək...

30 İyun 2025, 10:01

Nazirlik: Rusiya ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilir 

Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilir.Bu barədər  Mədəniyyət Nazirliyindən bildirilib."Rusiya Federasiyasının Yekaterinburq şəhərində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilir", – məlumatda qeyd olunub.Bildirilib ki, bilet almış vətəndaşlar biletləri qaytarmaq üçün müvafiq satış məntəqələrinə və...

29 İyun 2025, 13:21

Azərbaycana leysan yağacaq, dolu düşəcək 

Azərbaycanın rayonlarında iyunun 29-u günün ikinci yarısından iyulun 1-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən bildirilib.Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

29 İyun 2025, 13:18

Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib 

Rusiyanın səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.XİN-dən  verilən məlumata görə, Rusiya tərəfinə iyunun 27-də həmvətənlərin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib.Məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb....

28 İyun 2025, 14:41