Obama faşist idi?
Dünya 16 Mart 2025, 18:53

1935
Keçmişdən üzə çıxan bir video görüntüsü ABŞ-ın sabiq prezidenti Barak Obama-nın 2011-ci ildə başladığı "İsrafın Qarşısını Alma Kampaniyası"nı yenidən gündəmə gətirib. Həmin vaxt Obama və vitse-prezident Co Baydenin rəhbərliyi ilə aparılan bu təşəbbüs hökumət xərclərini azaltmağı və lazımsız büdcə itkilərinin qarşısını almağı hədəfləyirdi.
Citypost.az xəbər verir ki, videoda Obama hökumətin meşə mühafizəçiləri üçün yaratdığı bir vebsaytı tənqid edərək, "Musiqilərini iPod-uma yükləyərəm, amma onların internet trafikinə pul ödəmərəm" ifadəsini işlədir.
Obama və DOGE Mübahisəsi
Məşhur iş adamı İlon Mask Obama-nın çıxışını paylaşaraq, onun hökumət israfçılığına qarşı gördüyü tədbirləri bu gün tətbiq olunan DOGE (Defund Overgrown Government Entities) təşəbbüsü ilə müqayisə edib. Qeyd edək ki, 2011-ci ildə Obama federal hökumətə məxsus artıq əmlakların satılması və büdcə israfının qarşısını almaq məqsədilə 13576 nömrəli Prezident Fərmanını imzalamışdı.
Obama həmin vaxt bildirmişdi: "Vəzifəyə gəldiyim gündən bəri büdcəni sətir-sətir yoxlayacağımızı, lazımsız xərcləri azaldacağımızı və hökuməti daha səmərəli edəcəyimizi demişdim. Bu fərman məhz bunun üçündür."
Lakin bəzi siyasi ekspertlər və sosial media istifadəçiləri Obama-nın islahatlarının daha sistemli və mərhələli şəkildə həyata keçirildiyini vurğulayaraq, DOGE təşəbbüsünün isə xaotik və ani addımlarla icra edildiyini bildirirlər.
Həmçinin oxuyun
"Obama faşist idi? Niyə onu Hitler adlandırmadılar?"
Sosial mediada müzakirələr qızışıb. Bəzi istifadəçilər "Obama da eyni tədbirləri görmüşdü, amma o vaxt heç kim onu diktatorluqda və ya faşistlikdə ittiham etmirdi" fikrini irəli sürərək, hazırda DOGE əleyhinə çıxanların riyakar davrandığını bildiriblər. Digərləri isə DOGE təşəbbüsünün icrasında metodoloji səhvlərə yol verildiyini və bunun cəmiyyətdə xaos yaratdığını vurğulayıblar.
Obamanın 2011-ci ildə "Amerikanı böyük saxlamaq üçün" ifadəsini işlətməsi də diqqət çəkib və o dövrün siyasi ritorikası ilə müasir siyasət arasındakı fərqlər barədə yeni bir müzakirə açıb. /Modern.az
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

NATO Baş katibi Türkiyəyə səfər edəcək
NATO-nun Baş katibi Mark Rutte Türkiyəyə səfər edəcək.
12 May 2025, 13:30

PKK özünü ləğv edib
PKK ləğvetmə qərarını açıqlayıb.
12 May 2025, 12:39

Zelenski İstanbulda Putinlə şəxsən görüşməyə hazırdır
Ukrayna prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazır olduğunu bildirib.Bu barədə o, sosial şəbəkədə məlumat yayıb.“Diplomatiya üçün lazımi zəmin yaratmaq üçün sabahdan tam və uzunmüddətli atəşkəs gözləyirik. Qətlləri uzatmağın mənası yoxdur. Mən Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm. Ümid edirəm ki, ruslar bu dəfə edə bilməyəcəkləri səbəblər axtarmayacaqlar”, - deyə o bildirib.Qeyd edək ki, bu açıqlamadan bir saat keçməmiş ABŞ prezidenti Donald Tramp Ukraynanın İstanbulda Rusiya ilə danışıqlara razılıq verməli olduğunu yazmışdı.Tramp hesab edir ki, görüş sayəsində Kiyev Moskva ilə razılaşmanın mümkün olub-olmadığını ən azı başa düşə biləcək və Qərb buna uyğun hərəkət edə...
11 May 2025, 21:47

Ərdoğan və Putin arasında telefon danışığı olub
"Türkiyə Ukrayna münaqişəsinin nizamlanması üzrə birbaşa danışıqları qəbul etməyə hazırdır".Citypost.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında deyib."Sülhün əldə edilməsi üçün fürsət pəncərəsi açılıb və hərtərəfli atəşkəs sülh danışıqlarından ötrü lazımi şərait yaradacaq", - deyə R.T.Ərdoğan vurğulayıb.İki lider arasında baş tutmuş telefon danışığı barədə açıqlama verən Kreml bəyan edib ki, Ərdoğan Putinin Ukraynaya birbaşa danışıqları mayın 15-də İstanbulda bərpa etmək təklifini alqışlayıb və rəsmi Ankaranın danışıqların təşkili və keçirilməsində bütün mümkün köməyi göstərəcəyini bildirib....
11 May 2025, 17:05

Zukerberqin 20 il əvvəlki sözləri başına bəla oldu
Mark Zukerberqin 20 il əvvəlki "Facebook" - bu, real dostlarla real əlaqələrdir" ifadəsi onun "Meta" şirkəti üçün problem yaradıb.
11 May 2025, 16:31

Danışıqların 4-cü raundu başladı
Omanda Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ətrafındakı böhranın nizamlanması üzrə danışıqların dördüncü raundu başlayıb.Citypost.az xəbər verir ki, bu haqda ISNA məlumat yayıb.Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçı, ABŞ nümayəndə heyətinə isə Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edirlər.Qeyd edək ki, nümayəndələr arasında danışıqların birinci raundu aprelin 12-də Maskatda, ikinci raund aprelin 19-da Romada, üçüncü raund isə yenidən aprelin 26-da Maskatda keçirilib....
11 May 2025, 16:05