Obama faşist idi?
Dünya 16 Mart 2025, 18:53

363
Keçmişdən üzə çıxan bir video görüntüsü ABŞ-ın sabiq prezidenti Barak Obama-nın 2011-ci ildə başladığı "İsrafın Qarşısını Alma Kampaniyası"nı yenidən gündəmə gətirib. Həmin vaxt Obama və vitse-prezident Co Baydenin rəhbərliyi ilə aparılan bu təşəbbüs hökumət xərclərini azaltmağı və lazımsız büdcə itkilərinin qarşısını almağı hədəfləyirdi.
Citypost.az xəbər verir ki, videoda Obama hökumətin meşə mühafizəçiləri üçün yaratdığı bir vebsaytı tənqid edərək, "Musiqilərini iPod-uma yükləyərəm, amma onların internet trafikinə pul ödəmərəm" ifadəsini işlədir.
Obama və DOGE Mübahisəsi
Məşhur iş adamı İlon Mask Obama-nın çıxışını paylaşaraq, onun hökumət israfçılığına qarşı gördüyü tədbirləri bu gün tətbiq olunan DOGE (Defund Overgrown Government Entities) təşəbbüsü ilə müqayisə edib. Qeyd edək ki, 2011-ci ildə Obama federal hökumətə məxsus artıq əmlakların satılması və büdcə israfının qarşısını almaq məqsədilə 13576 nömrəli Prezident Fərmanını imzalamışdı.
Obama həmin vaxt bildirmişdi: "Vəzifəyə gəldiyim gündən bəri büdcəni sətir-sətir yoxlayacağımızı, lazımsız xərcləri azaldacağımızı və hökuməti daha səmərəli edəcəyimizi demişdim. Bu fərman məhz bunun üçündür."
Lakin bəzi siyasi ekspertlər və sosial media istifadəçiləri Obama-nın islahatlarının daha sistemli və mərhələli şəkildə həyata keçirildiyini vurğulayaraq, DOGE təşəbbüsünün isə xaotik və ani addımlarla icra edildiyini bildirirlər.
Həmçinin oxuyun
"Obama faşist idi? Niyə onu Hitler adlandırmadılar?"
Sosial mediada müzakirələr qızışıb. Bəzi istifadəçilər "Obama da eyni tədbirləri görmüşdü, amma o vaxt heç kim onu diktatorluqda və ya faşistlikdə ittiham etmirdi" fikrini irəli sürərək, hazırda DOGE əleyhinə çıxanların riyakar davrandığını bildiriblər. Digərləri isə DOGE təşəbbüsünün icrasında metodoloji səhvlərə yol verildiyini və bunun cəmiyyətdə xaos yaratdığını vurğulayıblar.
Obamanın 2011-ci ildə "Amerikanı böyük saxlamaq üçün" ifadəsini işlətməsi də diqqət çəkib və o dövrün siyasi ritorikası ilə müasir siyasət arasındakı fərqlər barədə yeni bir müzakirə açıb. /Modern.az
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

9 ay kosmosda qalan ABŞ astronavtları yerə qayıdırlar
NASA, Butch Wilmore və Suni Williamsın sabah axşam "SpaceX" vasitəsi ilə Yerə qayıdacaqlarını açıqlayıb.
17 Mart 2025, 17:49

Vatikan Papa Fransiskin xəstəxanada çəkilmiş fotosunu paylaşıb
Vatikan katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin bir aydan artıqdır ki, xəstəxanada tənəffüs yolları xəstəliklərindən müalicə olunan, namaz qılarkən çəkilmiş tək fotosunu paylaşıb.
17 Mart 2025, 17:38

Misirdə 3500 ildən çox yaşı olan kral məzarı tapılıb
Misirin Turizm və Qədim Əsərlər Nazirliyi 3500 ildən çox keçmişə aid kral məzarının aşkar edildiyini açıqlayıb.
17 Mart 2025, 17:27

"Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi yeni təkliflər yerinə həyata keçirilməlidir"-HƏMAS
HƏMAS bəyan edib ki, Qəzzada yeni və ikinci dərəcəli razılaşmalar etmək əvəzinə, yanvarın 19-da əldə olunan atəşkəs razılaşmasının ikinci mərhələsinə start verilməlidir.
17 Mart 2025, 17:00

Peskov: "Putin qərarları özü verir"
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin öz səfərləri ilə bağlı qərarları müstəqil qəbul edir və onlar şübhəsiz həyata keçirilir.
17 Mart 2025, 16:29

Polşada ABŞ-ın Rusiyaya qarşı cəsarətli planı üzə çıxıb
Polşanın "Myśl Polska" (MP) nəşri yazır ki, ABŞ-ın atəşkəs təklifi yalnız Rusiya Federasiyasını tələyə salmaq cəhdi ola bilər.
17 Mart 2025, 16:16