Bizə yazın

Baku

-°C

USD

-

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib 

Dünya 23 Avqust 2025, 12:16

342

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

CityPost.az  xəbər xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Rusiya Federasiyasında Sizi Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda böyük nüfuza malik təcrübəli və müdrik rəhbər, istedadlı təşkilatçı kimi tanıyırlar.

Səmimiyyət və mehribanlıq şəraitində keçən görüşlərimizi məmnuniyyətlə və dərin minnətdarlıq hissi ilə xatırlayıram. Ümidvaram ki, biz gələcəkdə də qarşılıqlı faydalı Rusiya-Azərbaycan əlaqələrinin, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişaf yollarını açıq şəkildə müzakirə etmək, ölkələrimizin maraqlarına cavab verən layihələrin reallaşdırılmasına kömək göstərmək imkanına malik olacağıq.

Bu əlamətdar gündə Sizin tükənməz həyat enerjinizə və həqiqətən də müstəsna cazibənizə, həmçinin məsul dövləti vəzifənizdə uğurlu fəaliyyətinizə və qayğıkeş, mehriban həyat yoldaşı və ana rolunu vəhdətdə yaşatmaq bacarığınıza ehtiramımı bildirmək istərdim.

Əziz Mehriban xanım! İcazə verin, Sizə dünyanın bütün nemətlərini, möhkəm cansağlığı, uğurlar və yaxınlarınızın dəstəyini arzulayım. Qoy, doğmalarınız Sizi ruhlandıraraq və qoruyaraq həmişə yanınızda olsunlar, evinizdə harmoniya, sevgi və xoşbəxtlik hökm sürsün. Hər yeni gün sizə sevinc, nur, insanlar və ölkəniz naminə gördüyünüz bütün işlərdə dərin məmnunluq hissi gətirsin.

Sizə olan ən yüksək ehtiramımı qəbul edin".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

ABŞ nüvə münaqişəsinə hazırlaşırmı?

Newsweek xəbər verir ki, ABŞ nüvə sualtı qayıqları ilə əlaqə qura bilən E-6B komanda-qərargah təyyarəsini Qrenlandiyada yerləşən Pituffik aviabazasına yerləşdirib.ABŞ Hərbi Dəniz Qüvvələri cümə axşamı təsdiqləyib ki, Merkuri kimi də tanınan E-6B ABŞ Kosmik Qüvvələrinin Qrenlandiyada yerləşən Pituffik bazasında Sakit okean və Atlantik okeanlarında nüvə sualtı qayıqları ilə "adi əməliyyatlar" və təlim keçmək üçün yerləşdirilib.ABŞ Hərbi Dəniz Strateji Qüvvələrinin sözçüsü, komandir Ceyson Fişer Newsweek-ə deyib ki, “Strateji Qüvvələr donanması döyüş komandanlığı, xidmətlər, hətta Yüksək Şimalda da müttəfiqlər və tərəfdaşlarla koordinasiyada qlobal əməliyyatlar həyata keçirir”.Bir ay əvvəl Şimali Atlantik okeanında E-6B və nüvə enerjisi ilə işləyən ballistik sualtı USS Maryland sualtı...

23 Avqust 2025, 23:57

"Baqaj"da tutuldu  - ŞOK 

Rusiyada saxlanılan bloger Arsen Markaryan yol polisi əməkdaşları şübhəli şəxslə avtomobili saxlayanda avtomobilin yük yerində gizlənməyə çalışıb. CityPost.az   xəbər  verir   ki, bu barədə Lenta.ru-ya hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.Mənbələr Markaryanın yaxın dostu tərəfindən sürdüyü Belarusa gedərkən saxlanıldığını bildirib.  Markaryan baqajda gizlənməyə çalışıb, havası söndürülmüş şişmə qayığın arxasında gizlənib.  Kubinka şəhəri yaxınlığındakı Mojaysk şossesində o, yol polisi əməkdaşları tərəfindən saxlanılıb.İndi Markaryan İstintaq Komitəsinin Moskvadakı şöbəsinə aparılıb. Markaryan Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi ilə vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə şübhəli bilinir. Faktla bağlı cinayət işi açılıb. Onun “ictimai təhlükəsizliyə və dövlət hakimiyyətinə qarşı digər cinayətlərdə” iştirakı da yoxlanılacaq. İş onun...

23 Avqust 2025, 23:25

Fransa BMT sülhməramlılarını Ukraynaya göndərməyə çağırıb

Solçu "France Subordinate" partiyasının qurucusu Jan-Lük Melenşon Birləşmiş Millətlər Təşkilatının (BMT) sülhməramlılarının Ukraynaya göndərilməsini dəstəkləyib. CityPost.az   xəbər  verir  ki, bu barədə o, BFMTV telekanalına müsahibəsində danışıb.Siyasətçi təhlükəsizlik zəmanətlərini təmin etmək üçün Ukraynaya BMT sülhməramlılarını göndərməyə çağırıb, lakin NATO qoşunlarını yox."Deməli, BMT-nin fransız üzvləri olmalıdır? Bəli, məsələn, fransızların da daxil olduğu sülhməramlı qüvvələrin olduğu Livandakı kimi", deyə o qeyd  edib.Mélenchonun fikrincə, NATO qoşunlarının Ukrayna ərazisində olması Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə kömək etmir.Avqustun 19-da ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Amerika qoşunlarını Ukraynaya göndərmək fikrində deyil. Bununla belə, o, Fransa və Almaniyanın orada öz hərbi kontingentinin mümkün yerləşdirilməsində...

23 Avqust 2025, 23:23

ABŞ Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi şərtlərini açıqlayıb

Ukrayna neytral mövqe tutmalı və təhlükəsizlik zəmanəti almaq üçün öz ərazisində NATO qoşunlarını yerləşdirməkdən imtina etməlidir. CityPost.az   xəbər  verir   ki, bu fikri amerikalı siyasi şərhçi Robert Barns X sosial şəbəkəsində bildirib.“Zəmanətin verildiyi ölkə razılaşmalıdır: 1) neytrallığa; 2) xarici qoşunların olmamasına; 3) bloklara qoşulmamağa”, - analitik yazır.O, həmçinin tarixdə müxtəlif ölkələrin, məsələn, 1839-cu ildə Belçika, 1955-ci ildə Avstriya və 1962-ci ildə Laosa belə zəmanətlərin verildiyi halları xatırladıb. Bu dövlətlərin hamısı təminat verilməzdən əvvəl sadalanan şərtlərlə razılaşdılar.Daha əvvəl bildirilmişdi ki, Pentaqon Kiyevə təhlükəsizlik zəmanətinin verilməsində böyük rol oynamağı planlaşdırmır.Nigar...

23 Avqust 2025, 23:21

Cənubi Afrika Prezidenti Ukrayna münaqişəsinin tərəflərini "andan istifadə etməyə" çağırıb

Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa Rusiya və Ukrayna arasında münaqişənin həlli ilə bağlı Avropa liderləri ilə bir sıra telefon danışıqları aparıb.CityPost.az   ki, Ramafosa ukraynalı həmkarı Vladimir Zelenskiyə, Fransa və Finlandiya prezidentləri Emmanuel Makron və Alexander Stubba zəng edib. Yaxın günlərdə daha çox təmaslar planlaşdırılır.“Prezident Ramafosa keçən həftə prezident (ABŞ) Donald Trampla görüşündən sonra prezident Vladimir Putindən aldığı brifinqi də yüksək qiymətləndirib”, - bəyanatda deyilir.O, həmçinin qeyd edib ki, Ramafosa hesab edir ki, Rusiya, Ukrayna və ABŞ liderləri arasında ikitərəfli və üçtərəfli görüşlər vacibdir, çünki bu, döyüşlərə son qoymaq öhdəliyini nümayiş etdirmək üçün əsas amildir. Cənubi Afrika lideri həmçinin bütün...

23 Avqust 2025, 23:16

Bloomberg Almaniyanın Məcburi Hərbi Xidməti Geri qaytarmaq planlarını açıqlayıb

Bloomberg xəbər verir ki, Almaniya hökuməti məcburi hərbi xidmət sistemini yenidən tətbiq etməyə yaxınlaşır.Yanvar ayında yeni qanunun qüvvəyə minməsi ehtimal olunur ki, bu qanun könüllülərin işə qəbulu ilə bağlı hədəflərin yerinə yetirilməməsi, eləcə də parlamentin təsdiqi ilə hökumətə hərbi xidmətə çağırış tətbiq etmək hüququ verəcək.Bundan əlavə, yeni qanunvericiliyə əsasən, 18 yaşına çatmış kişilər sağlamlıqları, mövcud bacarıqları və hərbi xidmət keçmək arzusu barədə məlumatları əks etdirən anketləri doldurmalıdırlar. Bu yeniliyin məqsədi gənclərlə Bundesver arasında qarşılıqlı əlaqəni stimullaşdırmaqdır.Qanun layihəsinin çərşənbə günü Nazirlər Kabineti tərəfindən təsdiqlənəcəyi gözlənilir.Agentlik həmçinin qeyd edir ki, Alman silahlı qüvvələri yeni işə qəbul olunanlar üçün “səxavətli şərtlər” təklif edir....

23 Avqust 2025, 23:10