Yasamalda 45 yaşlı qadın qətlə yetirilib
Hadisə 23 Avqust 2025, 12:12

321
Bu gün səhər saat 9 radələrində Bakının Yasamal rayonu ərazisində 1980-ci il təvəllüdlü İradə Muradova münaqişə zəminində qətlə yetirilib.
CityPost.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Emil Ağacanov müəyyən olunaraq saxlanılıb.
Həmçinin oxuyun
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Qubada dağlıq ərazidə yanğın başlayıb
Quba rayonu, Gədikqışlaq kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
23 Avqust 2025, 16:12

Rəqsanə İsmayılovanın əri Fazil Əmiraslanov istintaqa cəlb olunub
Dələduzluqda ittiham olunaraq həbs edilən müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov istintaqa cəlb olunub.APA-nın əldə etdiyi məlumata görə, Fazil Əmiraslanov Bakıya gəlib və artıq istintaqda ifadə verib.Qeyd edək ki, avqustun 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi...
21 Avqust 2025, 11:50

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb.Bu barədə DSX-dən məlumat verilib.Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 13 kiloqram 100 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
21 Avqust 2025, 10:33

Qobustanda balıq tutan şəxslərin üzərinə torpaq qatı uçub, bir nəfər ölüb
Qobustanda 38 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.CityPost.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Rəşad Cəsarət oğlu Əhmədov Qobustan kəndi ərazisində çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidən torpaq qatın qoparaq üzərinə düşməsi nəticəsində hadisə yerində ölüb.Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Şayəddin oğlu Osmanov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
20 Avqust 2025, 10:14

Yaponlar türk pilotsuz təyyarələrini istəyir
Yaponiyanın müdafiə naziri Gen Nakatani bazar ertəsi Türkiyəyə səfəri zamanı hərbi əməkdaşlığı, o cümlədən pilotsuz təyyarələrin istehsalı ilə bağlı məsələləri müzakirə etmək niyyətindədir.CityPost.az bu barədə Kyodo agentliyinə istinadən xəbər verir.Agentliyin məlumatına görə, Yaponiya tərəfi quru qoşunları, donanma və hərbi hava qüvvələrinin geniş miqyasda PUA-larla təchiz edilməsində maraqlıdır.Nakatani Türkiyəyə səfər edən ilk müdafiə naziri olacaq. Tərəflər geniş spektrli məsələləri, o cümlədən satınalma, birgə istehsal və texnologiya transferini müzakirə edəcəklər. Bundan əlavə, nazir Türkiyə hərbi müəssisələrini, o cümlədən dəniz gəmiqayırma zavodlarını yoxlamağı planlaşdırır. Yaponiya və Türkiyə də iki ölkənin silahlı qüvvələri arasında təmasların intensivləşdirilməsinə razılıq vermək niyyətindədir.Bundan əlavə, Nakatani Yaponiya hərbi gəmiləri...
19 Avqust 2025, 17:40

“Ada Fabrik”barədə polis araşdırmaya başladı
Bakı şəhərində “Ada Fabrik” adı altında guya hər növ mebellərin sifarişi və satışı ilə məşğul olan dələduz dəstənin peyda olmasına dair məlumat vermişdik.CityPost.az xəbər verir ki, mebel fırıldaqçılarının toruna düşən Bakı şəhəri,Binəqədi rayonu,Xocasən qəsəbə sakini Azər Orucovun şikayəti əsasında polis araşdırmaya başlayıb.İşin araşdırılması ilə Bakı Şəhəri Binəqədi Rayonu Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları məşğuldur.Bir daha xatırladaq ki,xüsusi ilə "tiktok" platformasında bu hallara geniş rast gəlinir. Belə ki, "Ada Fabrik - mebeldunyasıyedek" profilində mebellə bağlı müxtəlif cür elanlar paylaşılır."Tiktok" (Bu linkdə) və "İnstagram" (Bu linkədə)platformalarında paylaşılan elanlarda vətəndaşlara müxtəlif cür mebellər təklif olunur. Bu üsulla vətəndaşları cəlb edən elan sahibləri...
19 Avqust 2025, 13:54