Britaniya Ukraynaya yeni hərbi dəstək elan etdi
Dünya 28 İyul 2026, 08:47
2819
Portsmutdakı Kral Hərbi Dəniz Qüvvələrinin bazasında Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhem arasında ilk görüş keçirilib.
AZƏRTAC Ukrayna Prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, bu, Endi Börnhemin iyulun 20-də Baş nazir vəzifəsinin icrasına başlamasından sonra xarici ölkə liderinin Böyük Britaniyaya ilk səfəridir. Prezident və Baş nazir əvvəlcə təkbətək, daha sonra isə Kral Hərbi Dəniz Qüvvələrinə məxsus "HMS Queen Elizabeth" təyyarədaşıyan gəmisində nümayəndə heyətlərinin iştirakı ilə görüş keçiriblər.
“Mən sizi və bütün ukraynalıları əmin etmək istəyirəm ki, Ukraynaya dəstəyimiz dəyişməz olaraq qalır. Düşünürəm ki, Britaniya cəmiyyətinin böyük əksəriyyəti də bu mövqeyi bölüşür. Yaşadıqlarınızın nə qədər ədalətsiz olduğunu hiss edir və anlayırıq ki, sizin yanınızda olmaq, sizə dəstək vermək bizim borcumuzdur”, – deyə Endi Börnhem bildirib.
Baş nazir əlavə edib ki, Böyük Mançesterin meri olduğu dövrdə ukraynalı həmkarları ilə sıx əməkdaşlıq edib və Ukraynaya dəstək göstərilməsi istiqamətində müxtəlif təşəbbüslərdə iştirak edib.
“Məhz Britaniya cəmiyyətinin Ukraynaya dəstək məsələsində nümayiş etdirdiyi birlik son dərəcə vacibdir. Ukrayna şəhər rəhbərləri ilə geniş iş təcrübəniz, şübhəsiz ki, baş verənləri, bu müharibənin mahiyyətini və onun yaratdığı çətinliklərin miqyasını daha dərindən anlamağınıza imkan verir”, – deyə Zelenski vurğulayıb.
Liderlər gələcək tərəfdaşlıq perspektivlərini və Ukraynaya dəstəyin əsas prioritetlərini müzakirə ediblər. Xüsusilə, birgə müdafiə sənayesinin inkişafı, həm Ukraynada, həm də Böyük Britaniyada müvafiq istehsal müəssisələrinin yaradılması məsələləri diqqət mərkəzində olub. Tərəflər əməkdaşlığın tempinin daha da artırılması istiqamətində birgə fəaliyyət göstərmək barədə razılığa gəliblər.
“Niyyətlərimizin təsdiqi olaraq bu gün elan edə bilərəm ki, daha bir addım irəli atırıq. Ukrayna pilotsuz uçuş aparatlarının müdafiəsini gücləndirmək məqsədilə Ukraynaya yerli elektron mühafizə texnologiyaları təqdim edirik. Bu, hədəflərin daha dəqiq vurulmasına və ukraynalıların həyatının xilas edilməsinə kömək edəcək. Eyni zamanda, bu addım sənayelərimizin birgə əməkdaşlıq nəticəsində hansı innovativ həllər yarada bildiyini nümayiş etdirir”, – deyə Baş nazir qeyd edib.
Həmçinin oxuyun
Böyük Britaniyanın təhlükəsizliyin təmin olunması istiqamətində göstərdiyi səylərin mövcud qlobal çağırışlar fonunda xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
“Hörmüz boğazında vəziyyət sabit deyil. Rusiya Qara dəniz vasitəsilə Odessadakı limanlarımıza gedən dəniz yollarını bağlamağa çalışır. Biz bunun qarşısını almaq üçün əlimizdən gələni edirik. Hər hansı dəniz yolunun bağlanması təkcə bir ölkənin problemi deyil. Bu, qlobal təhlükəsizliyə və dünya ticarətinə zərbə vurur, dünyanın bir çox ölkəsində insanların həyatını daha bahalı edir”, – deyə Zelenski bildirib.
Görüşdə, həmçinin Ballistik Raket Əleyhinə Koalisiyanın fəaliyyəti, bu istiqamətdə tərəfdaşlarla atılacaq növbəti addımlar, eləcə də “Könüllülər koalisiyası” çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Endi Börnhem bildirib ki, Böyük Britaniya “Könüllülər koalisiyası”na həmsədrlik etməyə davam edəcək və avqust ayında keçiriləcək növbəti tərəfdaşlar görüşünün hazırlığında fəal iştirak edəcək.
Baş nazir əlavə edib ki, Ukrayna müharibənin gedişatına təsir göstərərək təşəbbüsü öz əlində saxlamağı davam etdirir. Onun sözlərinə görə, Böyük Britaniya Rusiyaya təzyiqi artırmaq istiqamətində fəaliyyətini davam etdirəcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ukraynada hərbi vəziyyət daha 90 gün uzadılıb
Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin müddətinin daha 90 gün uzadılmasına dair qanun layihəsini qəbul edib.Bu barədə "Ukrinform" məlumat yayıb.Məlumata görə, lehinə 293 deputatın səs verdiyi qərara əsasən, Ukraynada hərbi vəziyyətin müddəti 31 oktyabr 2026-cı ildən 29 yanvar 2027-ci ilədək uzadılıb.Bu, Ukraynada tammiqyaslı müharibənin başlanmasından sonra hərbi vəziyyətin müddətinin 21-ci dəfə uzadılmasıdır.Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 24 fevral 2022-ci ildən qüvvədədir.Bundan əvvəl hərbi vəziyyətin müddəti 2 avqust–31 oktyabr 2026-cı il tarixləri üçün 90 gün uzadılmışdı. ...
26 Oktyabr 2026, 16:45
Əlcəzair 53 ildən sonra ilk dəfə xaricə hərbi qüvvə göndərir
Əlcəzair parlamenti Nigerə hərbi qüvvələrin göndərilməsini təsdiqləyib. Bu, ölkənin 1973-cü ildən bəri xaricdə ilk hərbi yerləşdirməsi olacaq.Qaynarinfo xəbər verir ki, bu barədə “Reuters” və “Associated Press” məlumat yayıb.Əlcəzair hərbçilərinin Nigerin şimal-şərqində, Liviya ilə sərhəddə yerləşən Madama yaşayış məntəqəsinə göndərilməsi nəzərdə tutulur. Ərazidə əvvəllər Fransanın hərbi bazası fəaliyyət göstərib. Hələlik bölgəyə neçə hərbçinin göndəriləcəyi və əməliyyatın nə vaxt başlayacağı açıqlanmayıb.Nigerin şimalında və qonşu ölkələrin sərhədyanı ərazilərində hökumət qüvvələri ilə silahlı qruplaşmalar, o cümlədən islamçı silahlılar arasında uzun illərdir toqquşmalar davam edir. Əlcəzair senatoru Belkasem Bulqiti bildirib ki, hərbi qüvvələrin göndərilməsində məqsəd ölkənin iqtisadi və strateji maraqlarını, xüsusilə Nigerdəki neft obyektlərini qorumaqdır.“Reuters”in...
26 Oktyabr 2026, 15:40
Oktay Saraldan postunu tərk etməsi barədə - Açıqlama
Oktay Saral Türkiyə Prezidentinin baş müşaviri vəzifəsindən ayrılması barədə açıqlama verib.Citypost.az xəbər verir ki, o bu barədə “X” hesabında paylaşım edib. Onun sözlərinə görə, bu gün 2016-cı ildən bəri icra etdiyi postu tərk etməsi ilə bağlı istefa ərizəsini təqdim edib. Xatırladaq ki, dünən Türkiyə mediasında Oktay Saralın vəzifəsindən uzaqlaşdırılması barədə xəbərlər yayılıb. Daha sonradan türkiyəli jurnalist Talat Atilla O.Saralın vəzifədən ayrıldığını təsdiqlədiyini bildirib....
26 Oktyabr 2026, 14:18
Nigeriyada Ebola ilə bağlı nəzarət tədbirləri gücləndirilir
Afrikada Ebola virusunun yayılması ilə bağlı narahatlıqlar artır. Bir sıra ölkələrdə yoluxma hallarının qeydə alınması səhiyyə qurumlarını qabaqlayıcı tədbirləri gücləndirməyə vadar edir.Citypost.az saytı AFP-yə istinadən xəbər verir ki, Nigeriyada Ebola virusuna yoluxmuş şəxslə təmasda olan daha 9 nəfər müəyyən edilib. Bununla da nəzarətdə saxlanılan əlaqəli şəxslərin sayı 53-ə çatıb. Ölkədə hələlik yalnız bir təsdiqlənmiş yoluxma halı var.Səhiyyə orqanları beynəlxalq hava limanlarında yoxlamaları gücləndirib. Yoluxmuş qadının Uqandaya səfər etdiyi, hazırda isə müalicə aldığı bildirilir.Əli ...
26 Oktyabr 2026, 09:41
ABŞ-da məlumat mərkəzi sakinlərlə şirkət arasında narazılığa səbəb olub
Süni intellekt texnologiyalarının sürətli inkişafı məlumat mərkəzlərinin sayını artırsa da, bu obyektlərin ətraf mühitə və insanların gündəlik həyatına təsiri müzakirələrə yol açır.Citypost.az saytı AFP-yə istinadən xəbər verir ki, ABŞ-ın Massaçusets ştatının Louell şəhərində yerləşən məlumat mərkəzi səs-küy, toz, tüstü və su buxarı səbəbindən sakinlərin narazılığına səbəb olub.Bəzi sakinlər sağlamlıqlarından və əmlaklarının dəyərinin azalmasından narahatdırlar. Şirkət isə mərkəzin yüzlərlə iş yerini dəstəklədiyini və ətraf mühitə təsiri azaltmaq üçün tədbirlər gördüyünü bildirir. Şəhər şurası məlumat mərkəzlərinin tikintisi və genişləndirilməsinə 360 günlük moratorium tətbiq edib....
26 Oktyabr 2026, 09:37
Marin Le Penin tərəfdarları Fransanın gələcəyindən narahatdırlar
Fransada qarşıdan gələn prezident seçkiləri ərəfəsində siyasi gərginlik və təhlükəsizliklə bağlı narahatlıqlar artır. İfrat sağçı qüvvələrin yüksəlişi və immiqrasiya ətrafında müzakirələr ölkənin siyasi gündəminin əsas mövzularındandır.Citypost.az saytı AFP-yə istinadən xəbər verir ki, Marin Le Penin minlərlə tərəfdarı Orlean şəhərində keçirilən mitinqdə iştirak edərək ona dəstək ifadə edib. Təxminən 8500 nəfərin qatıldığı tədbirdə tərəfdarlar artan cinayət və zorakılıqdan narahatlıqlarını bildiriblər.Le Pen çıxışında qanunun aliliyini bərpa edəcəyinə və immiqrasiya siyasətini sərtləşdirəcəyinə söz verib. Sorğular onun gələn il keçiriləcək prezident seçkilərində əsas namizədlərdən biri olduğunu göstərir.Turan ...
26 Oktyabr 2026, 09:25