Rusiya raket sınaqlarının keçirilməsi ilə bağlı ABŞ ilə razılaşmalara sadiqdir.
Citypost.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Sergey Ryabkov deyib.
“Bu, bizim məsuliyyətli yanaşmamızın çox gözəl nümunəsidir. Biz əvvəllər elan edilmiş öhdəliklərimizdən əl çəkmirik və bunların arasında Rusiyanın hələ 1989-cu ildə ballistik raketlərin sınaq buraxılışı barədə bildirişlə bağlı bağlanmış müqavilələrə sadiqliyi də var.
Buna görə də, ən yeni orta mənzilli “Oreşnik” raketinin faktiki sınaq-döyüş buraxılışından bir müddət əvvəl Moskva bu barədə Vaşinqtonu xəbərdar edib”, – diplomat qeyd edib.
Ryabkov ABŞ-ın da bu təcrübəyə sadiq qalacağına ümid etdiyini bildirib, çünki bu, “yanlış hesablama və ya təhlükəli səhvlər riskini azaltmağa kömək edəcək”. O, Moskva və Vaşinqtonun “son həftələrdə zərurət olan” açıq ünsiyyət kanallarına malik olduğunu vurğulayıb.
Yeganə