Tramp ABŞ-nin 47-ci prezidenti kimi and içib

Dünya

20 Yanvar 2025, 22:01
Tramp ABŞ-nin 47-ci prezidenti kimi and içib
23

ABŞ-nin 47-ci prezidenti Donald Tarmp and içərək vəzifəsinin icrasına başlayıb.

Mərasim təxminən min nəfərin yerləşə biləcəyi Konqresin mərkəzi salonu olan Rotondada 40 ildən sonra ilk dəfə baş tutub.

Respublikaçı Konstitusiyaya və İncil kitabına əlini qoyaraq ölkəsinə sədaqət andı içib.

Bununla da Tramp ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident olub. Əvvəllər buna yalnız Qrover Klivlend (1885-1889-cu illərdə və 1893-1897-ci illərdə) nail olmuşdu. Tramp hazırda ABŞ-nin 45-ci və 47-ci prezidentidir.

Trampla yanaşı, 40 yaşlı Ceyms Devid Vens də vitse-prezident kimi and içib.

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Problemlərinizi bizə bildirin
077 323 55 66

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%