Ukrayna Prezidenti Volodimir Zelenski Dünya İqtisadi Forumunda (WEF) iştirak etmək üçün İsveçrənin Davosa səfər edib.
Citypost.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Sergey Nikiforov məlumat verib.
“Ukrayna prezidenti Vladimir Zelenski Dünya İqtisadi Forumunda iştirak edəcəyi Davosa (İsveçrə) gəlib”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, ukraynalı EEF-də çıxış etməklə yanaşı, müxtəlif ölkələrin liderləri ilə ikitərəfli danışıqlar, eləcə də iri biznes nümayəndələri ilə görüşlər planlaşdırıb.
Bundan əvvəl ABŞ-ın yeni prezidenti Donald Tramp tərəfdarları ilə görüşü zamanı Vladimir Zelenskinin Moskva ilə razılaşmaya hazır olduğunu bildirib. O vurğulayıb ki, Ukraynadakı münaqişəyə son qoymağın mümkün vaxtını Vladimir Putinlə söhbətdən sonra anlayacaq və bu, çox yaxında baş tuta bilər.
Yeganə