Ceyranbatanda iki gün əvvəl itkin düşən şəxsin meyiti kanalda aşkarlanıb
Hadisə 08 İyun 2025, 17:33

210
Ceyranbatan qəsəbəsində iki gün əvvəl itkin düşən şəxsin meyiti aşkarlanıb.
42 yaşlı Elgiz Axundovun meyiti kanalda aşkar olunub.
İlkin ehtimallara görə, o, kanalda boğularaq həyatını itirib.
Həmçinin oxuyun
Qeyd edək ki, 1983-cü il təvəllüdlü Elgiz Elbrus oğlu Axundov iki gün əvvəl evdən çıxaraq geri dönməyib, ailəsi isə axtarışlara baxmayaraq, bugünədək ondan xəbər almayıb.
Hazırda faktla bağlı müvafiq araşdırmalar aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Bakıda 28 yaşlı qadın qətl törətdi
İyunun 8-də saat 1 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, 28 yaşlı Nigar İbrahimli aralarında yaranmış münaqişə zəminində tanışı 61 yaşlı Hikmət Məmmədova bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən H.Məmmədov orada ölüb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə N.İbrahimli saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.
08 İyun 2025, 09:55

“Oğlum vaxtsız getdi, Sayalım da öldü” - Ər-arvadın ölümünün təfərrüatı
Xəbər verdiyimiz kimi, ötən gün Mingəçevirdə mənzildən ər-arvadın meyiti tapılıb.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, evdə xanımı ilə birgə meyiti aşkarlanan 64 yaşlı kişi Rusiya vətəndaşıdır.Belə ki, hadisə şəhərin 20 Yanvar küçəsi, 6 ünvanında yerləşən həyət evində baş verib.Həmin ünvandakı evdə ölmüş vəziyyətə aşkarlanan 1961-ci il təvəllüdlü Mustafa Babayevin və onun 1962-ci il təvəllüdlü xanımı Sayalı Babayevanın ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.Mərhum Mustafa Babayevin qudası - qızının qayınatası Nuraləm Əsgərovun verdiyi məlumata görə, bir oğul və bir qız övladı olan mərhum cütlük mehriban və xoşbəxt yaşayıb. Rusiya vətəndaşı olan Mustafa Babayev 30 il orada fasiləsiz yaşayıb.Ailənin xoşbəxtliyi iki...
07 İyun 2025, 21:24

Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb, 900-ə yaxın çətənə kolu aşkarlanaraq götürülüb.Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.Bildirilib ki, keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan Mətləb Məmmədov saxlanılıb. Onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 621 ədəd çətənə kolu və 500 qram marixuana aşkarlanıb.Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər tədbirlər zamanı Elcan Nəzərov, Fazil Ələkbərov və Vüsal Təhməzov da saxlanılıblar. Həmin şəxslərə məxsus həyətyanı sahələrdən isə ümumilikdə 250 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib....
07 İyun 2025, 12:27

Ağdamda müəllim bıçaqlanıb
Ağdamda bıçaqlanma hadisəsi baş verib.CityPost.az-ın xəbərinə görə, hadisə ötən gün rayonun Zəngişalı kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəlüdlü Əsəd Nərimanov həmyerlisi ilə aralarında yaranmış mübahisə zəminində bıçaq xəsarətləri alıb.Xəsarət alan şəxs Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib.Xəsarət aln Əsəd Nərimanov Rahib Məmmədov adına Mahrızli kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir.Hadisəni törətməkdə şübhəli bilinən Vasif Səfərov polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.Faktla bağlı araşdırma gedir....
05 İyun 2025, 19:18

Azərbaycanda zəlzələ oldu
Lerikdə 3,5 maqnitudalı zəlzələ baş verib.Bu barədə CityPost.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
05 İyun 2025, 16:19

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb
Azərbaycan-İran dövlət sərhədinin pozulması halının qarşısı alınıb.Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.Bildirilib ki, DSX Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin keçirdiyi axtarış və əməliyyat tədbirləri nəticəsində ərazidən ümumi çəkisi 9 kiloqram 376 qram marixuana və 560 ədəd narkotik tərkibli metadon M- 40 həbi aşkar olunaraq götürülüb.
05 İyun 2025, 11:37