Bizə yazın

Baku

-°C

USD

-

Arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu

Hadisə 12 Sentyabr 2026, 15:35

3276

Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub.

Citypost.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.

Araşdırmalar zamanı məlum olub ki, hadisədən bir neçə gün əvvəl Pərvizin həyat yoldaşı dalaşaraq atası evinə gedib. Bundan sonra Pərviz həmin evə gedib qohumlarının gözü qarşısında xanımına hücum edərək onu yerə yıxıb və boğmağa başlayıb. Arvadının huşsuz vəziyyətdə hərəkətsiz qaldığını görən Pərviz onun öldüyünü düşünüb.

Hadisə vaxtı qadın hər iki gözün konyuktival qişasına qansızma, boynun ön hissəsinin qançırı və sağ saidin sıyrığı ilə müşayiət olunan xəsarətlər alıb.

Həyat yoldaşının nəfəs almadığını görən P.İbrahimov evi tərk edərək polis şöbəsinə gedib və təslim olub. O, arvadını öldürdüyünü və məsuliyyəti üzərinə götürdüyünü deyib.

Bu müddətdə onun qayınanası təcili tibbi yardıma müraciət edib və tibbi müdaxilə ilə qadının həyatını xilas etmək mümkün olub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edilib

Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C. Mirağayevin bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı saxlanılan daha iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib.Citypost.az  xəbər verir ki, Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.Belə ki, Azərbaycan Respublikası CM-in 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cəfərov Elmar Şücaət oğlu və Rəhimov Emin Qoşqar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət təmin edilmiş və barələlərində həbsdə olma müddətinin əvvəli 24 oktyabr 2026-cı il tarixdən...

26 Oktyabr 2026, 18:27

Xətai rayonunda kafedə qətllə bağlı 11 nəfər həbs edilib

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Bakının Xətai rayonunda kafedə baş verən insidentlə bağlı birgə məlumat yayıb.Citypost.az  xəbər verir ki, DİN və Baş Prokurorluğun Mətbuat xidmətlətinin birgə məlumatında deyilir ki, Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib.Qeyd olunub ki, oktyabrın 23-də saat 00:10 radələrində paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C.Mirağayevin bıçaq xəsarətlərindən qətlə yetirilməsi ilə nəticələnən hadisə baş verib.Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan, əvvəllər məhkum olunmuş Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl...

26 Oktyabr 2026, 10:22

Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb

Sumqayıt şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.Belə ki, idarəetmədən çıxan "Chevrolet" markalı minik avtomobili yoldan keçən piyadaları vurub, daha sonra səkiyə çırpılıb.Qəza nəticəsində üç nəfər xəsarət alıb. Onlar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.Toqquşmadan sonra avtomobildə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.Yanğın söndürülüb, alovun ətrafdakı digər avtomobillərə keçməsinin qarşısı alınıb.Hadisənin başvermə səbəbləri araşdırılır....

24 Oktyabr 2026, 16:10

Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə belə xilas edildi 

Tovuz şəhəri, Xəqani Şirvani küçəsində yerləşən yaşayış binasında körpə mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.Citypost.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə məlumat daxil olub.Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını açaraq 7 aylıq körpəni valideynlərinə təhvil veriblər....

24 Oktyabr 2026, 15:37

Gəncədə qadın əri tərəfindən bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 1966-cı il təvəllüdlü X.Məmmədli bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.Məlumata görə, X.Məmmədlini həyat yoldaşı 1965-ci il təvəllüdlü A.Məmmədov aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.Hazırda hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədovun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.Faktla bağlı araşdırma aparılır....

24 Oktyabr 2026, 13:10

Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb

Bakıda kütləvi dava olub.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb.Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.Qeyd edək ki, mediada yayılan məlumata görə, hadisə Xətai rayonu ərazisində baş verib. Bir nəfərin öldüyü bildirilir.

24 Oktyabr 2026, 11:38