Bizə yazın

Baku

-°C

USD

-

"Kök pişiyə oxşayırsan"... -Aptek müdiri işçini niyə döyüb? + TƏFƏRRÜAT

Hadisə 25 Noyabr 2024, 19:10

1163

Bakıda aptekdə baş verən insidentin təfərrüatları məlum olub. 

 

CityPost.az   lent.az-a istinadən xəbər verir ki, məlum hadisə təqribən 3 ay əvvəl paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən apteklərdən birində qeydə alınıb. 

 

Tərəflər arasında mübahisə oranın satıcısı A.K-nın aptekin müdiri Elnur Cabbarovu pişikə oxşatmasından sonra yaranıb. Belə ki, A.K müdirinə “Sən kök pişiyə oxşayırsan” deyib. E.Cabbarov buna çox əsəbiləşib və xanım işçini döyüb. Bütün bunlar aptekin təhlükəsizlik kameralarına düşüb. A.K hadisə ilə bağlı polisə şikayət edib. Polis araşdırmalara başlayarkən A.K şikayətini geri götürüb və tərəflər arasında barışıq elan olunub. 

 

Bundan bir müddət sonra aptek müdiri digər xanım əməkdaşını işdən çıxarıb. 

 

İşdən çıxarılan həmin xanım əməkdaş müdirindən qisas almaq üçün həmin görüntüləri yayıb. 

 

Elnur Cabbarov görüntüləri yaydığına görə işdən çıxardığı xanıma zəng edərək onu təhqir edib. Onların arasında mübahisə böyüyüb və həmin xanımın əri Zamin Quliyev Elnur Cabbarovu görüşə çağırıb. 

 

Onlar görüşüblər və aralarında mübahisə düşüb. Hər iki şəxs dalaşıblar və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

 

Elnur Cabbarov və Zamin Quliyev ayrı-ayrılıqda polisə bir-birindən şikayət ediblər. 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Elnur Cabbarov və Zamin Quliyevin şikayətləri əsasında Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır. 

 

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

 

 

 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Taylandın Phuket adasında buddist rahib həmkarını güllələyib

Tailandın Phuket adasındakı Wat Khao Rung məbədində buddist rahib həmkarını güllələyib. CityPost.az  xəbər  verir   ki, bu barədə “Bangkok Post” məlumat yayıb.Nəşrin məlumatına görə, faciə bazar günü, iyunun 29-da səhər tezdən baş verib.47 yaşlı rahib Phra Çaryak monastırın yaşayış binasının tualetində 36 yaşlı Phra Naritanı öldürüb. Qurbanın bədənində 4 güllə yarası aşkar edilib. Hadisə yerində polis 38 kalibrli revolverdən və sürətli yükləyicidən dörd patron tapıb.Şübhəli şəxs kamerasında gizlənməyə çalışsa da, polis binanı mühasirəyə aldıqdan sonra təslim olub. Baxış zamanı ondan bir ədəd dolu revolver və 14 ədəd patron götürülüb. Dindirmə zamanı rahib qətli etiraf edərək, mərhumun daim onu ​​izlədiyini və onu...

30 İyun 2025, 18:14

Rusiyanın təyyarəsi leyləklə toqquşdu 

Rusiyada  Yak-40 sərnişin təyyarəsi Voloqda hava limanından qalxarkən leylək üzündən az qala qəzaya uğrayacaqdı.CityPost.az   xəbər  verir    ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.Telekanalın məlumatına görə, leylək Moskvaya uçmalı olan təyyarənin turbininə dəyib.Hadisə şahidinin sözlərinə görə, quş Yak-40-ın sağ mühərrikinə çırpılıb. Təyyarənin pilotları qalan mühərrikin təkan gücündən istifadə edərək təyyarəni döndərə və uçuş hava limanına endirə bildilər.Yanğın və ciddi fəsadların qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.Nigar...

30 İyun 2025, 17:43

DİN “Sputnik-Azərbaycan”da əməliyyat keçirir

Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.CityPost.az-a daxil olan məlumata görə, polis ofisi nəzarətə götürüb.Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı.Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.***Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər. Bildirilib ki, əməliyyatla bağlı əlavə məlumat veriləcək.

30 İyun 2025, 13:14

Rusiyada öldürülən azərbaycanlıların QARDAŞI AZTV-YƏ DANIŞDI – ŞOK DETALLAR 

30 İyun 2025, 12:16

Şamaxıda qayınatasını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub, cinayət işi açılıb

Ötən gün Şamaxı şəhəri ərazisində Elşən Quliyevin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Baş Prokurorluqdan  verilən məlumata görə, ilkin araşdırmalarla Teymur Əliyevin iyunun 29-da saat 23 radələrində şəhərin Xətai və Füzuli küçələrinin kəsişməsində aralarında yaranmış mübahisə zamanı qayınatası Elşən Quliyevə bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, T.Əliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.Hazırda istintaq davam edir....

30 İyun 2025, 11:25

Rusiyadakı soydaşlarımıza qarşı növbəti təxribat - Rəsmi 

Rusiyanın “Azərbaycan diasporu” adlı saxta teleqram kanalında “Azərbaycan icması Bakını Moskva ilə münasibətləri pozmaqda ittiham edib” başlıqlı yazı dərc olunub.Diasporla İş üzrə Dövlət Komitəsindən  bildirilib ki, yazı Rusiyada Azərbaycan diaspor üzvləri ilə bağlı son hadisələrlə əlaqədar təxribat xarakterli bəyanatdır və bu bəyanatın Rusiyadakı Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur.Saxta teleqram kanalının belə bir məlumat yayması ölkəmizə və Rusiyada yaşayan soydaşlarımıza qarşı yönələn təxribatdır:“Heç bir həqiqəti əks etdirməyən, təxribat xarakterli  həmin yazıya istinad olunması, diasporun mövqeyi kimi ictimaiyyətə təqdim olunması yolverilməzdir. Media nümayəndələrindən belə bir həssas məqamda diqqətli olmağı xahiş edirik”....

30 İyun 2025, 10:28