Bizə yazın

Baku

-°C

USD

-

Ordumuz “düşmən”in döyüş mövqelərini məhv etdi - Video

Hərbi 29 Noyabr 2024, 12:21

1212

Cari ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində müxtəlif bölmələrin cəlb olunması ilə taktiki-xüsusi təlimlər keçirilib.

Citypost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Həyəcan" siqnalı ilə qaldırılan bölmələr təlim rayonlarına çıxarılaraq qarşıya qoyulan tapşırıqları dəqiqləşdirib, döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətləri icra ediblər.

Şərti düşmənin döyüş mövqeləri və strateji obyektləri müxtəlif çaplı artilleriya qurğularından sərrast atəşlə məhv edilib. Həmçinin düşmənin təxribat-diversiya fəaliyyətinin qarşısının alınması məqsədilə çətin relyefli, dağlıq və meşəlik ərazilərdə döyüş tapşırıqları icra olunub.

Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki-xüsusi təlimlərdə bölmələr yüksək peşəkarlıq nümayiş etdirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib 

Azərbaycan Ordusu bölgənin ən güclü ordusu olmaqla yanaşı, regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib.Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin buraxılış mərasimində çıxışı zamanı deyib.Onun sözlərinə görə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Hərbi İnstitutun məzunu olmaq qürurverici və məsuliyyətlidir:“Sevindirici haldır ki, iştirak etdiyimiz təntənəli buraxılış mərasimi əlamətdar bir ilə təsadüf edir. Bu il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" kimi böyük təntənə ilə qeyd edilir. Həmçinin xalqımız Vətən müharibəsinin beşinci ildönümünü qeyd etməyə hazırlaşır. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasəti...

28 İyun 2025, 14:48

Hindistan Rusiyadan silah alır

Hindistan və Rusiya qısa müddət ərzində Rusiyanın S-400 hava hücumundan müdafiə raket sistemlərinin tədarükü, Su-30 MKI-nin modernləşdirilməsi və mühüm hərbi texnikanın alınmasını müzakirə ediblər. CityPost.az  xəbər   verir   ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi iki ölkənin müdafiə nazirliklərinin rəhbərləri Racnath Singh və Andrey Belousov arasında Çinin Qinqdao şəhərində keçirilən görüşün yekunlarına dair məlumat yayıb.“Bu, iki ölkənin müdafiə nazirləri arasında son vaxtlar ən mühüm görüşlərdən biri idi...” nazirliyin bəyanatında deyilir."S-400 sistemlərinin tədarükü, Su-30 MKI-nin modernləşdirilməsi və qısa müddət ərzində mühüm hərbi texnikanın alınması görüşün əsas mövzularından olub", - nazirlik vurğulayıb.Miri...

27 İyun 2025, 14:09

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu təltif edilib - SİYAHI  

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi barədə Sərəncam imzalayıb.

25 İyun 2025, 13:10

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub - VİDEO

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunda 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.Bu barədə CityPost.az-a DİN-dən bildirilib.Məlumata görə, tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.Nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib.Nazir Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin əsas struktur qurumlarından olan Daxili Qoşunların yarandığı gündən şərəfli xidmət yolu keçdiyini vurğulayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən...

20 İyun 2025, 10:53

"Müdafiə haqqında” qanuna dəyişiklik təklif edilir  

Ərazi müdafiəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilməsi, ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydalarının Azərbaycan ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən ediləcək.

18 İyun 2025, 20:11

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri təlimə başladı  

Qazaxıstanın Aktau şəhərində Qazaxıstan və Azərbaycanın "Xəzər küləyi - 2025" birgə hərbi təlimləri başlayıb.

17 İyun 2025, 13:50