"Müdafiə haqqında” qanuna dəyişiklik təklif edilir
Hərbi 18 İyun 2025, 20:11

357
Ərazi müdafiəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilməsi, ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydalarının Azərbaycan ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən ediləcək.
CityPost.az xəbər verir ki, bu, Milli Məclisin 21 iyunda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Müdafiə haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarının nəticələrinin təhlili ölkəmizdə ərazi müdafiəsi məsələlərinə yenidən baxılmasına zərurət yaradıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub - VİDEO
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunda 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.Bu barədə CityPost.az-a DİN-dən bildirilib.Məlumata görə, tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.Nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib.Nazir Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin əsas struktur qurumlarından olan Daxili Qoşunların yarandığı gündən şərəfli xidmət yolu keçdiyini vurğulayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən...
20 İyun 2025, 10:53

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri təlimə başladı
Qazaxıstanın Aktau şəhərində Qazaxıstan və Azərbaycanın "Xəzər küləyi - 2025" birgə hərbi təlimləri başlayıb.
17 İyun 2025, 13:50

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO
Cari ilin hazırlıq planına uyğun olaraq, hərbi pilotlar aviasiya vasitələri ilə təlim-məşq uçuşlarını icra ediblər.Müdafiə Nazirliyindən CityPost.az-a verilən məlumata görə, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə praktiki uçuşlar yerinə yetirilib.Hərbi pilotlar təyyarələrdə qalxma və enmə, eləcə də aşağı və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən uçuşlar zamanı yüksək peşəkarlıq nümayiş etdirilib....
11 İyun 2025, 15:00

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Pakistan xüsusi təyinatlılarının təlimi keçiriləcək
Cari ilin sentyabr ayında Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) iştirakı ilə ölkəmizdə keçiriləcək “Sonsuz-Qardaşlıq-IV” çoxmillətli təliminin iyunun 10-da yekun planlaşdırma konfransı təşkil edilib.Bu barədə CityPost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Bakıda keçirilən konfransda iştirakçı ölkələrin XTQ mənsubları təlimin gedişatını və təşkilati məsələləri müzakirə edərək müxtəlif aspektlərə dair maraq doğuran sualları cavablandırıblar. Görüş zamanı xüsusi təyinatlıların birgə əməliyyat hazırlığı və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili diqqət mərkəzində olub. Təlimin praktiki mərhələsi üçün ətraflı planlaşdırma aparılıb və müxtəlif ssenarilər üzrə icra olunacaq tapşırıqlar müzakirə edilib. Konfransda, həmçinin hərbi əməkdaşlıq və təcrübə mübadiləsi kimi vacib məsələlərə də toxunulub.“Sonsuz-Qardaşlıq-IV” çoxmillətli təlimi...
11 İyun 2025, 10:00

Kursant hərbi rütbəsi əsgərə bərabər tutulacaq
Müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normalar kursantlara münasibətdə də tətbiq ediləcək.CityPost.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunda əksini tapıb.Beləliklə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavə ediləcək yeni - 30.4-1-ci maddəyə əsasən, kursant hərbi rütbəsi əsgər (matros)...
10 İyun 2025, 16:00

MN: Pirəkəşküldə yararsız döyüș sursatları məhv ediləcək
10-13 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüș sursatlarının təhlükəsizlik qaydalarıa riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxılğındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.CityPost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb."Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsası olmadığını diqqətə çatdırırıq", məlumatda deyilir.
10 İyun 2025, 12:50