Bizə yazın

Baku

-°C

USD

-

Hərbçilər buna görə cərimə olunmayacaq

Hərbi 14 Fevral 2025, 12:53

590

Milli Məclis ehtiyatda olan hərbçilərin yaşayış yerini dəyişərkən aidiyyəti üzrə məlumat vermədikdə cərimə olunmamaqlarını təsdiqləyib.

Citypost.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə müəyyən edilən 30 manat məbləğində cərimədən azad ediləcək.

Layihə müzakirədən sonra qəbul edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video  

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.Citypost.az nazirliyə istinadən icmalı təqdim edir.

09 Mart 2025, 13:48

Azərbaycan Ordusunun dəniz piyada bölmələrinin təlimi keçirilib -VİDEO

Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz piyada bölmələri ilə təlim keçirilib. Citypost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Plana əsasən icra olunacaq fəaliyyətlər dəqiqləşdirildikdən sonra bölmələr şərti düşmən pusqusuna qarşı fəaliyyəti yerinə yetiriblər. Mobil qruplar əlverişsiz hava şəraitində, meşəlik və dağlıq ərazilərdə vaxt normativinə uyğun təyin olunan istiqamətdə irəliləyib və pusqunu dəf edib. Həmçinin yaralılara ilkin tibbi yardım və təxliyə tapşırıqları uğurla icra edilib. Ordumuzun apardığı uğurlu döyüş əməliyyatlarında qazanılmış təcrübənin tətbiq edildiyi, eləcə də şəxsi heyətin dözümlülük və praktiki vərdişlərinin artırılması məqsədilə yerinə yetirilən təlimdə verilən tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib, qarşıya qoyulmuş məqsədlərə tam nail olunub. ...

20 Fevral 2025, 14:00

SHXÇDX-nın yaradılmasından 13 il ötür

Bu gün ölkəmizin hərb quruculuğuna öz töhfəsini verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanı ilə yaradılan Dövlət Xidməti yaradıldığı gündən fəaliyyət istiqamətinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, xidmətin daha bacarıqlı və savadlı kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və digər sahələrdə müvəffəqiyyətlər...

13 Fevral 2025, 11:00

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş hərbi təlimlər keçiriləcək

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş hərbi təlimlər keçiriləcək. Citypost.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb. Sərəncama əsasən, Müdafiə Nazirliyi il ərzində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş hərbi təlimlərin keçirilməsini təmin etməlidir.

11 Fevral 2025, 16:44

Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir -VİDEO

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusunun iştirak etdiyi Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən "AMAN-25" çoxmillətli dəniz təlimi davam edir. Ölkəmizi təmsil edən sualtı hücum və sualtı müdafiə qrupları təlimin planına uyğun olaraq, yaşayış məntəqələrində antiterror əməliyyatları, açıq dənizdə gəmilərin zəbt olunması və müxtəlif ərazilərdə partlamamış mərmilərin və əldə düzəlmə partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə fəaliyyətlərin icrası zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər. "Sülh naminə birlikdə" şüarı ilə keçirilən "AMAN-25" çoxmillətli təlimində dəniz xüsusi təyinatlılarımız qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər. ...

11 Fevral 2025, 15:29

Azərbaycan hərbçiləri Qarsda keçirilmiş "Qış təlimi-2025"də uğurla iştirak edib -VİDEO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçuları Türkiyənin Qars şəhərində keçirilmiş "Qış təlimi-2025"də ölkəmizi layiqincə təmsil edərək Vətənə qayıdıblar. Citypost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir. Bu münasibətlə ƏÜO-da təntənəli mərasim keçirilib. Mərasimdə ƏÜO komandanı general-mayor Kənan Seyidov çıxış edərək birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb, təlim zamanı qazanılan təcrübənin ordunun döyüş qabiliyyətinə müsbət təsir edəcəyini vurğulayıb və hərbi qulluqçuların nümayiş etdirdikləri bacarıq və peşəkarlığa görə onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkür edib. Sonda təlim zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular mükafatlandırılıb. ...

11 Fevral 2025, 12:17