Başımız niyə ağrıyır? — Həkim səbəblərini və çarəsini açıqladı
Tibb 11 Aprel 2025, 14:59
29220
Düzgün diaqnoz, müalicənin yarısıdır.
Bir çox insanlar baş ağrısından şikayətlənirlər, bu da müxtəlif səbəblərdən ola bilər. Həm fiziki, həm də emosional faktorlar baş ağrısına səbəb ola bilər. Stress, yuxusuzluq, qidalanmamaq və ya uzun müddət komputer ekranına baxmaq kimi bəzi hallar baş ağrılarına səbəb ola bilər. Əgər başımız ağrıyırsa,nə edə bilərik?
Bu dəfə təqdim etdiyimiz mövzu baş ağrıları barəsindədir.
Citypost.az bu suala aydınlıq gətirib.
Mövzu ilə bağlı saytımıza açıqlama verən Avropa Nevrologiya Akademiyasının üzvü Nevroloq Qalib Əsədov bildirib ki, əsəbi gərginlik zamanı baş ağrıları gicgahlardan başın sıxılması, baş dərisinin ağrıması, gicgahlarda sıxıntı şəklində ağrıların olması və s. kimi hallarda ağrıkəsici dərman sizə təsir etməyəcək.
Bunlar gərginlikdir, bu halda əsəb sakitləşdirici dərmanlar baş ağrısını daha yaxşi götürür, nəinki ağrıkəsici dərmanlar. 40-a yaxın xəstəlik var ki, bunların da yeganə səbəbi baş ağrısıdır. Ən çox yayılan, xüsusi ilə də qadınlarda olan miqren tipli baş ağrıları. Bu halda başın bir tərəfi ağrayır. Yeri gəlmişkən miqrenin müalicəsi yoxdur, sadəcə dərmanlarla xəstənin əziyyətini yüngülləşdirmək mümkündür.
Həmçinin oxuyun
Boyunda və onurğada ağrılar olarsa bu baş ağrıları verə bilər. Kişilərdə gözün altını tutma şəklində klaster tipli baş ağrıları olur. Bəzən baş ağrıları dişə vura bilər. Buna 3-lü sinir deyirlər.
Bu zaman qətiyyən gedib dişinizi çıxarmayın. Əsas məsələ odur ki, düzgün diaqnoz qoyulsun. Düzgün diaqnoz, müalicənin yarısıdır. Bəzən başımız ağrayanda hər hansı bir nəfər deyir ki, filan dərmanı iç, o dərman yaxşıdır və ya özümüz hər hansı ağrıkəsici dərmanı içirik. Bu düzgün deyil, bunun üçün gərək professional həkimə müraciət etmək lazımdır.
Hazırladı: Toğrul Əhmədzadə
Xoruldama hansı hallarda təhlükəli xəstəliyin əlamətidir? – Həkimdən xəbərdarlıq
Xoruldama bir çox insan tərəfindən adi hal kimi qəbul edilsə də, bəzi hallarda ciddi sağlamlıq problemlərinin, xüsusilə də yuxu apnesinin əlaməti ola bilər. Burun çəpərinin əyriliyi, yumşaq damağın boşalması, dilin ölçüsü və artıq çəki xoruldamanın yaranmasına səbəb olan amillər sırasındadır. Əsas təhlükə isə yuxu zamanı tənəffüsün müvəqqəti dayanması və orqanizmin oksigenlə təminatının pozulmasıdır. Bəs xoruldamanın hansı hallarda xəstəlik hesab edilməsi mümkündür və problemin müalicəsi necə aparılır?Mütəxəssis həkim Nuru Əliyev Citypost.az-a açıqlamasında bildirib ki, xoruldama müxtəlif səbəblərdən yarana bilər və hər zaman ayrıca bir xəstəlik kimi qiymətləndirilməməlidir. Bununla belə, xoruldamanın müntəzəm xarakter alması, gecə ərzində nəfəsin dayanması və insanın səhərlər yorğun...
30 Oktyabr 2026, 11:40
Eynəkdən birdəfəlik xilas olmaq istəyənlərə xəbərdarlıq: Hər kəs göz əməliyyatı etdirə bilməz
Eynəkdən və kontakt linzalardan imtina etmək istəyən bir çox insan görmə problemlərini aradan qaldırmaq üçün lazer əməliyyatına üz tutur. Lakin görmə qüsurunun olması və eynəkdən istifadə edilməsi əməliyyat üçün hər zaman kifayət etmir. Bu zaman gözün anatomik quruluşu, buynuz qişanın vəziyyəti, göz nömrələrinin sabitliyi və göz dibinin sağlamlığı əsas rol oynayır. Bəs kimlər göz əməliyyatı etdirə bilər, prosedur üçün ən uyğun yaş hansıdır və əməliyyatdan əvvəl hansı müayinələr aparılmalıdır?Oftalmoloq Sevinc Camıyeva Citypost.az-a açıqlamasında bildirib ki, eynək istifadə edən hər bir şəxs görmə qüsurunu aradan qaldırmaq məqsədilə əməliyyat oluna bilməz. Onun sözlərinə görə, lazer əməliyyatına qərar verilməzdən əvvəl xəstənin gözləri ətraflı...
30 Oktyabr 2026, 00:38
Müayinə yaşı hamı üçün eyni deyil: Radioloq fərdi risklərdən danışdı
Oktyabr ayı dünyada Süd vəzi xərçəngi ilə mübarizə və bu xəstəlik barədə maarifləndirmənin gücləndirilməsi ayı kimi qeyd olunur. Bu dövrdə əsas məqsəd qadınların xəstəlik haqqında məlumatlılığını artırmaq, risk faktorlarına diqqət çəkmək və erkən diaqnostikanın əhəmiyyətini ön plana çıxarmaqdır. Süd vəzi xərçəngi dünyada qadınlar arasında ən çox rast gəlinən onkoloji xəstəliklərdən biridir. Lakin mütəxəssislər bildirirlər ki, xəstəliyin vaxtında aşkarlanması, düzgün müayinə və müalicə taktikasının seçilməsi müsbət nəticələrin əldə olunması baxımından mühüm əhəmiyyət daşıyır. Əsas məsələ isə qadınların sağlamlıqlarına laqeyd yanaşmaması, hər hansı şikayət yaranmasını gözləmədən yaşlarına və fərdi risklərinə uyğun müayinələrdən keçməsidir.Radioloq, sonoloq Xəyalə Şərifova Citypost.az-a açıqlamasında bildirib ki, süd vəzi...
29 Oktyabr 2026, 10:30
Diş implantı xərçəng yarada bilərmi? Stomatoloq-cərrahdan açıqlama
Diş itkisi yaşayan insanların bir çoxu həm estetik görünüşü bərpa etmək, həm də rahat çeynəmə funksiyasını təmin etmək üçün implant müalicəsinə üstünlük verir. Müasir stomatologiyada geniş tətbiq olunan bu üsul itirilmiş dişin yerini süni diş kökü və onun üzərinə yerləşdirilən protezlə əvəz etməyə imkan verir. Bununla belə, implant qoydurmaq istəyən pasiyentləri düşündürən əsas məsələlərdən biri prosedurun uzunmüddətli təhlükəsizliyi ilə bağlıdır. Xüsusilə, implantın çənə sümüyündə qalmasının gələcəkdə ciddi xəstəliklərə, o cümlədən onkoloji problemlərə səbəb olub-olmayacağı barədə suallar yaranır.Bəzi insanlar implantın sümük daxilində yerləşdirilməsini riskli hesab edir, bəziləri isə illərlə orqanizmdə qalan süni materialın sağlamlığa təsirindən narahat olur. Digər tərəfdən, implant müalicəsindən...
29 Oktyabr 2026, 09:30
Cərrah rinoplastikada fərdi yanaşmanın vacibliyini açıqladı
Estetik əməliyyatlara müraciət edən insanların bir qismi arzuladıqları görünüşü məşhurların və ya sosial şəbəkələrdə gördükləri şəxslərin fotoları əsasında müəyyənləşdirirlər. Xüsusilə, rinoplastika zamanı pasiyentlər bəzən konkret bir burun formasını bəyənir və eyni nəticənin öz üzlərində də əldə olunmasını istəyirlər. Lakin bir insanda estetik görünən burun forması digərinin üz quruluşuna uyğun gəlməyə bilər. Üzün ölçüləri, burunla alın arasındakı nisbət, burun ucunun forması və digər anatomik xüsusiyyətlər əməliyyatın nəticəsinə təsir göstərən mühüm amillərdəndir. Bu səbəbdən rinoplastikada yalnız pasiyentin istəyi deyil, həmin istəyin üzün ümumi quruluşuna nə dərəcədə uyğun olması da nəzərə alınmalıdır.Müasir estetik cərrahiyyədə əməliyyatdan əvvəl pasiyentin gözləntilərinin dəqiqləşdirilməsi və mümkün nəticənin vizual...
29 Oktyabr 2026, 08:30
Qastroskopiya və kolonoskopiyadan qorxmaq lazımdırmı? – Həkimdən AÇIQLAMA
Mədə-bağırsaq xəstəliklərinin diaqnostikasında mühüm rol oynayan qastroskopiya və kolonoskopiya müayinələri bir çox insan üçün narahatlıq mənbəyidir. Pasiyentlərin bir qismi prosedur zamanı ağrı hiss edəcəyindən, digərləri isə narkozun və ya yuxugətirici preparatların təsirindən ehtiyat etdikləri üçün müayinədən yayınırlar. Nəticədə bəzi hallarda xəstəliklərin vaxtında aşkarlanması və müalicəyə başlanması gecikir. Halbuki müasir tibbdə bu müayinələr geniş tətbiq olunur və düzgün hazırlıq, uyğun tibbi nəzarət şəraitində həyata keçirildikdə, əksər pasiyentlər üçün təhlükəsiz hesab edilir.Qastroenteroloq-hepatoloq Ülvi İbrahimov bu barədə Citypost.az saytına açıqlamasında bildirib ki, qastroskopiya və kolonoskopiya insanların düşündüyü qədər qorxulu prosedurlar deyil. Onun sözlərinə görə, müasir tibbi imkanlar sayəsində müayinələr pasiyent üçün daha rahat...
28 Oktyabr 2026, 11:00