Vəkillər Kollegiyasının rəhbərliyi işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşüb

Hüquq

01 Noyabr 2024, 15:22
Vəkillər Kollegiyasının rəhbərliyi işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşüb
27

Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib.

Bu barədə  CityPost.az-a  qurumdan məlumat verilib.

Bildirilib ki, görüşdə ARVK sədri Anar Bağırov çıxış edərək vəkil köməkçilərini salamlayıb, onların gələcək fəaliyyətində uğurlar arzulayıb.

Vəkil köməkçilərinin vəkillik fəaliyyətində rolu və əhəmiyyətindən danışan sədr ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə vurğulayıb.

Anar Bağırov hazırda ARVK-da 400-dən çox vəkil köməkçilərinin fəaliyyət göstərdiyini, Kollegiya hər zaman onların fəaliyyətinə, peşə hazırlığının artırılmasına xüsusi diqqət yetirdiyini bildirərək xatırladıb ki, Rəyasət Heyətinin 14.10.2024-cü il tarixli qərarı ilə vəkil köməkçilərinin vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçün nəzərdə tutulan ödənişdə güzəşt olunub.

Həmçinin tövsiyələrini çatdıran sədr onların vəkil köməkçisi kimi fəaliyyətlərinin təcrübi biliyə yiyələnməsində faydalı olacağını qeyd edib.

Sonda vəkil köməkçilərinə vəsiqələr təqdim edilib.

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Problemlərinizi bizə bildirin
077 323 55 66

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%