Yelkən üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
İdman 14 Sentyabr 2026, 22:00
3984
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yelkən üzrə açıq Azərbaycan çempionatına yekun vurulub.
Citypost.az xəbər verir ki, Federasiyanın yelkən mərkəzində, Şıxov çimərliyi ərazisində təşkil olunan çempionatda Azərbaycan və Türkiyədən olan idmançılar Optimist və ILCA4 siniflərində mübarizə aparıblar.
Üç gün davam edən yarış ərzində idmançılar küləyin istiqaməti və sürətinə uyğun müəyyənləşdirilən marşrut üzrə müxtəlif yürüşlərdə (reyslərdə) bacarıqlarını nümayiş etdiriblər.
Yekun sıralama bütün yürüşlərin nəticələri əsasında hesablanan xallar nəzərə alınmaqla müəyyənləşdirilib.
Bağlanış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda idmana göstərilən dövlət dəstəyindən danışıb. Nazir Azərbaycan yelkənçiləri ilə yanaşı, yarışda iştirak edən Türkiyə təmsilçilərini də salamlayıb, çempionatın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Fərid Qayıbov idmançıları təbrik edərək onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Çempionatın qalibləri diplom, medal və federasiya tərəfindən hədiyyələrlə mükafatlandırılıb. Yarışda iştirak edən bütün idmançılar sertifikatla təltif olunublar.
Həmçinin 2025-ci ilin Azərbaycan çempionları Kamal Bəşirli (Optimist) və Davud Babazadənin (ILCA4) adları yelkən idmanının ənənəvi şərəf lövhəsinə həkk olunub.
Mərasimin sonunda Azərbaycan Su İdman Növləri Federasiyasının təşkil etdiyi yelkən idmanı, avarçəkmə və kanoe üzrə Yay məktəbinin iştirakçılarına da sertifikatlar verilib.
Yarışın texniki nəticələri aşağıdakı kimidir:
OPTİMİST / U-12
1. Tunahan Piker – Türkiyə
2. Alya Bayraktar – Türkiyə
3. Kamilla Həsənova – Azərbaycan
OPTİMİST / Qızlar
1. Janset Tuğan – Türkiyə
2. Səma Mansurzadə – Azərbaycan
3. Alya Bayraktar – Türkiyə
OPTİMİST / Ümumi Kateqoriya
1. Mert Durkal – Türkiyə
2. Rüzgar Uzel – Türkiyə
Həmçinin oxuyun
3. Kamal Bəşirli – Azərbaycan
Azərbaycan çempionatı
OPTİMİST / U-12
1. Kamilla Həsənova – Azərbaycan
2. Leyli Məmmədli – Azərbaycan
3. Gülnisə İsmayılova – Azərbaycan
OPTİMİST / Qızlar
1. Səma Mansurzadə – Azərbaycan
2. Yağmur Həsənli – Azərbaycan
3. Kamilla Həsənova – Azərbaycan
OPTİMİST / Ümumi Kateqoriya
1. Kamal Bəşirli – Azərbaycan
2. Nurlan Ağazadə – Azərbaycan
3. Amin Cəlilzadə – Azərbaycan
ILCA4
1. Nərgiz Məmmədova – Azərbaycan
2. Amira Bayramova – Azərbaycan
3. Davud Babazadə – Azərbaycan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
200-dən çox qadın və uşaq karateçilər bir araya gəldi
Azərbaycan Karate Federasiyasının təşkilatçılığı və Avropa çempionu Mədinə Sadıqovanın iştirakı ilə qadın idmançılar üçün seminar keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının prezidenti, Milli Məclisin deputatı Ülvi Quliyev paylaşım edib.O bildirib ki, tədbirdə müxtəlif yaş qruplarından 200-dən çox qadın karateçi iştirak edib. Seminarın əsas məqsədi qadın karatesinin inkişafına dəstək vermək, idmançılar arasında birlik, həmrəylik və komanda ruhunu gücləndirmək olub.“Gənc nəslin peşəkar idmançılarla ünsiyyətdə olması və təcrübə qazanması onların gələcək nailiyyətləri üçün böyük stimuldur. Federasiya olaraq istedadlı idmançıların üzə çıxarılması və karatenin ölkə üzrə kütləviləşməsi istiqamətində layihələrimizi qətiyyətlə davam etdirəcəyik”, – deyə Ülvi Quliyev qeyd edib.Federasiya prezidenti seminarda fəal...
26 Oktyabr 2026, 15:18
Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi 250-ci oyuna çıxıb
Misli Premyer Liqasının IX turu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.Citypost.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qəsəbə klubu onun rəhbərliyi dövründə 250-ci oyuna çıxıb."Qartallar" "Sumqayıt"la ev matçında 3:2 hesabı ilə qalib gəlib.2020-ci ilin iyulundan "Zirə"də işləyən R.Sadıqovun rəhbərliyi dövründə 112 qələbə qazanan komanda 76 heç-heçə edib və 62 məğlubiyyət alıb. Top fərqi 316-237-dir. 250 oyundan 206-sı Premyer Liqa, 28-i Azərbaycan Kuboku, 16-sı avrokubok matçı olub.Qeyd edək ki, Rəşad Sadıqovun "Zirə"də debütü 2020-ci il avqustun 23-də Premyer Liqanın "Qəbələ" ilə səfər matçında (1:1) gerçəkləşib....
26 Oktyabr 2026, 12:01
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar
Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan təmsilçiləri daha 2 medal qazanıblar.Citypost.az xəbər verir ki, M4 yaş kateqoriyasında Elşən Kərimov (60 kq), M5 yaş kateqoriyasında isə Babək Hacıyev (60 kq) gümüş mükafata sahib olublar.Xatırladaq ki, yarışın ilk günündə Fərhad Rəcəbli (90 kq) M8 yaş kateqoriyasında qızıl medal qazanaraq 12-ci dəfə Avropa çempionu olub.
24 Oktyabr 2026, 09:51
Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib
Qaradağ rayonunun Lökbatan qəsəbəsində Azərbaycan Peşəkar Döyüş Klubunun yeni idman zalının açılışı olub.Citypost.az xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.Mərasimdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra nazir Fərid Qayıbov gənc idmançıların məşqini izləyib, onlarla söhbət edib. Tədbirin bədii hissəsində gənc idmançıların nümunəvi çıxışları təqdim olunub.
22 Oktyabr 2026, 21:22
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu
Portuqaliyanın Portiman şəhərində veteranlar arasında cüdo üzrə Avropa çempionatına start verilib.Citypost.az xəbər verir ki, Azərbaycan idmançısı Fərhad Rəcəbli (90 kq) M8 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək qitə birinciliyinin qızıl medalını qazanıb.Bununla da 12 qat dünya çempionu olan Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu tituluna da yiyələnib.Qeyd edək ki, veteranlar arasında cüdo üzrə Avropa çempionatı oktyabrın 25-dək davam edəcək. Azərbaycanı qitə birinciliyində 15 idmançı təmsil edir....
22 Oktyabr 2026, 20:20
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
Azərbaycanın "Judo Club 2012" klubu oktyabrın 24-də Fransanın paytaxtı Parisdə keçiriləcək cüdo üzrə Çempionlar Liqasında iştirak edəcək.Citypost.az xəbər verir ki, baş məşqçisi İmran İmanovun rəhbərliyi altında Parisə Ülviyyə Babayeva (57 kq), Aytac Qardaşxanlı (70 kq), Diana Semçenko (+70 kq), İbrahim Əliyev (73 kq), Elcan Hacıyev (90 kq), Sübhan Axundov və Əsəd Əsgərov (hər ikisi +90 kq) yollanacaq.Nümayəndə heyətinin tərkibində Azərbaycan Cüdo Federasiyasının üzvü, Cüdo Veteranları Assosiasiyasının prezidenti, "Judo Club 2012" İctimai Birliyinin sədri və klubun təsisçisi, veteran cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərov, həmçinin klubun məşqçiləri Zaur Bağırov və Eldar Kasumov da yer alacaq.Qeyd...
21 Oktyabr 2026, 18:27