Bizə yazın

Baku

-°C

USD

-

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib

İdman 18 Sentyabr 2026, 18:35

3789

Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib.

Bu barədə Citypost.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Görüşdən öncə nazir Azərbaycan İdman Akademiyasında fəaliyyətə başlamış "AzerFit" layihəsinin icrası ilə maraqlanıb.

Bildirilib ki, layihə çərçivəsində son 6 ay ərzində akademiyada işçi və səyyar qruplar yaradılıb, müvafiq təlimlər keçirilib, xüsusi ayrılmış otaq zəruri avadanlıqlarla təchiz edilib. Layihənin pilot mərhələsində Uşaq-Gənclər İdman Məktəblərindən 9-15 yaşlı 488 şagird seçilib.

İştirakçılar "AzerFit" çərçivəsində hesablanan göstərici və 10 fiziki test üzrə qiymətləndirilib. Testlər uşaqların əsas fiziki qabiliyyətlərinin, o cümlədən güc, dözümlülük, elastiklik, çeviklik və koordinasiya göstəricilərinin müəyyənləşdirilməsinə imkan verir. Nazir layihənin daha da genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Azərbaycan İdman Akademiyasında təşkil olunan görüşdə nazir iştirakçıları salamlayaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

Sonra gündəliyə əsasən, legionerlərlə bağlı məsələlər, "AzerFit" layihəsinin icrası, "Safeguarding", UGİM-lərin yeni fəaliyyət modeli və "İdman veteranları" ictimai birliyinin fəaliyyəti müzakirə olunub. Həmçinin Mərkəzləşdirilmiş Reyestr Sistemi, federasiyaların beynəlxalq qurumlarla əlaqələri, idman yarışlarının canlı yayımı, "Yarışların keçirilmə qaydaları"nın hazırlanması və təsdiqi prosesinin rəqəmsallaşdırılması, "İdman səfirləri" və "SportExpo" barədə təqdimatlar edilib.

Tədbirdə həmçinin federasiyaların sosial media hesabatları dinlənilib, gündəlikdə yer alan digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

200-dən çox qadın və uşaq karateçilər bir araya gəldi

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı və Avropa çempionu Mədinə Sadıqovanın iştirakı ilə qadın idmançılar üçün seminar keçirilib.Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının prezidenti, Milli Məclisin deputatı Ülvi Quliyev paylaşım edib.O bildirib ki, tədbirdə müxtəlif yaş qruplarından 200-dən çox qadın karateçi iştirak edib. Seminarın əsas məqsədi qadın karatesinin inkişafına dəstək vermək, idmançılar arasında birlik, həmrəylik və komanda ruhunu gücləndirmək olub.“Gənc nəslin peşəkar idmançılarla ünsiyyətdə olması və təcrübə qazanması onların gələcək nailiyyətləri üçün böyük stimuldur. Federasiya olaraq istedadlı idmançıların üzə çıxarılması və karatenin ölkə üzrə kütləviləşməsi istiqamətində layihələrimizi qətiyyətlə davam etdirəcəyik”, – deyə Ülvi Quliyev qeyd edib.Federasiya prezidenti seminarda fəal...

26 Oktyabr 2026, 15:18

Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi 250-ci oyuna çıxıb 

Misli Premyer Liqasının IX turu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.Citypost.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qəsəbə klubu onun rəhbərliyi dövründə 250-ci oyuna çıxıb."Qartallar" "Sumqayıt"la ev matçında 3:2 hesabı ilə qalib gəlib.2020-ci ilin iyulundan "Zirə"də işləyən R.Sadıqovun rəhbərliyi dövründə 112 qələbə qazanan komanda 76 heç-heçə edib və 62 məğlubiyyət alıb. Top fərqi 316-237-dir. 250 oyundan 206-sı Premyer Liqa, 28-i Azərbaycan Kuboku, 16-sı avrokubok matçı olub.Qeyd edək ki, Rəşad Sadıqovun "Zirə"də debütü 2020-ci il avqustun 23-də Premyer Liqanın "Qəbələ" ilə səfər matçında (1:1) gerçəkləşib....

26 Oktyabr 2026, 12:01

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar

Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan təmsilçiləri daha 2 medal qazanıblar.Citypost.az xəbər verir ki, M4 yaş kateqoriyasında Elşən Kərimov (60 kq), M5 yaş kateqoriyasında isə Babək Hacıyev (60 kq) gümüş mükafata sahib olublar.Xatırladaq ki, yarışın ilk günündə Fərhad Rəcəbli (90 kq) M8 yaş kateqoriyasında qızıl medal qazanaraq 12-ci dəfə Avropa çempionu olub.

24 Oktyabr 2026, 09:51

Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

Qaradağ rayonunun Lökbatan qəsəbəsində Azərbaycan Peşəkar Döyüş Klubunun yeni idman zalının açılışı olub.Citypost.az  xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.Mərasimdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra nazir Fərid Qayıbov gənc idmançıların məşqini izləyib, onlarla söhbət edib. Tədbirin bədii hissəsində gənc idmançıların nümunəvi çıxışları təqdim olunub.

22 Oktyabr 2026, 21:22

Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

Portuqaliyanın Portiman şəhərində veteranlar arasında cüdo üzrə Avropa çempionatına start verilib.Citypost.az  xəbər verir ki, Azərbaycan idmançısı Fərhad Rəcəbli (90 kq) M8 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək qitə birinciliyinin qızıl medalını qazanıb.Bununla da 12 qat dünya çempionu olan Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu tituluna da yiyələnib.Qeyd edək ki, veteranlar arasında cüdo üzrə Avropa çempionatı oktyabrın 25-dək davam edəcək. Azərbaycanı qitə birinciliyində 15 idmançı təmsil edir....

22 Oktyabr 2026, 20:20

Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək

Azərbaycanın "Judo Club 2012" klubu oktyabrın 24-də Fransanın paytaxtı Parisdə keçiriləcək cüdo üzrə Çempionlar Liqasında iştirak edəcək.Citypost.az  xəbər verir ki, baş məşqçisi İmran İmanovun rəhbərliyi altında Parisə Ülviyyə Babayeva (57 kq), Aytac Qardaşxanlı (70 kq), Diana Semçenko (+70 kq), İbrahim Əliyev (73 kq), Elcan Hacıyev (90 kq), Sübhan Axundov və Əsəd Əsgərov (hər ikisi +90 kq) yollanacaq.Nümayəndə heyətinin tərkibində Azərbaycan Cüdo Federasiyasının üzvü, Cüdo Veteranları Assosiasiyasının prezidenti, "Judo Club 2012" İctimai Birliyinin sədri və klubun təsisçisi, veteran cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərov, həmçinin klubun məşqçiləri Zaur Bağırov və Eldar Kasumov da yer alacaq.Qeyd...

21 Oktyabr 2026, 18:27