Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
İdman 29 Noyabr 2024, 17:51
7215
Gənclər və İdman Nazirliyinin (GİN) və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə həm qadın, həm də kişilər arasında ölkə çempionatının açılış mərasimi keçirilib.
Citypost.az xəbər verir ki, mərasimdə ACF və GİN rəsmiləri iştirak ediblər.
Nazir müavini Mariana Vasileva çıxış edərək iştirakçılara uğurlar arzulayıb.
Həmçinin oxuyun
Builki Azərbaycan çempionatı nüfuzlu beynəlxalq “Grand Slam” turnirləri səviyyəsində təşkil olunub. Təşkilatçılıqdan yarış standartlarına qədər hər bir detal ən yüksək keyfiyyəti əks etdirir və həm idmançılar, həm də tamaşaçılar üçün unudulmaz bir təcrübə təmin edir.
Qeyd edək ki, Azərbaycan çempionatı Bakı İdman Sarayında təşkil olunub. Yarışa dekabrın 1-də yekun vurulacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Formula 2”nin qalibləri mükafatlandırılıb
"Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarış başa çatıb.Citypost.az xəbər verir ki, yürüşə saat 11:00-da start verilib."İnvicta Racing"dən Rafael Kamara birinci yeri tutub. "Campos Racing"dən Nikola Tsolov ikinci, "Rodin Motorsport"dan Aleks Dann üçüncü olub.İlk üç pillənin sahibinə mükafatlar təqdim edilib.Qeyd edək ki, "Formula 1"də əsas yarış bu gün saat 15:00-da start götürəcək.
26 Sentyabr 2026, 12:58
Formula 1 Azərbaycan Qran-Prisi bu gün başa çatacaq
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinə bu gün yekun vurulacaq.Citypost.az xəbər verir ki, saat 11:00-da Formula 2 pilotları ikinci əsas yarışda qüvvələrini sınayacaqlar. Günün əsas yarışı isə Formula 1 Azərbaycan Qran-Prisinin əsas yürüşü olacaq. Yarış saat 15:00-da sbaşlayacaq və 17:00-dək davam edəcək.
26 Sentyabr 2026, 08:55
"Xankəndi" baş məşqçisi Zaur Hacıyevlə yolları ayırıb
"Xankəndi" komandası baş məşqçisi Zaur Hacıyevlə yollarını ayırıb.Bu barədə Citypost.az-a klubun mətbuat xidmətindən bildirilib.Tərəflər arasında əməkdaşlığa qarşılıqlı razılaşma əsasında xitam verilib.
25 Sentyabr 2026, 17:20
"LANDAU Lions" məşqçilər korpusuna Səbuhi Hacıyevi cəlb edib
"LANDAU Lions" komandası məşqçilər korpusunu idman həkimi Səbuhi Hacıyevlə gücləndirib.Citypost.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Uzun illərdir müxtəlif federasiya, klublar və idmançılarla çalışan mütəxəssis eyni zamanda Azərbaycan millisinin də həkimidir.
25 Sentyabr 2026, 17:00
Formula 2 üzrə Azərbaycan Qran-prisində sprint yarışı keçirilib
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı keçirilib.Citypost.az xəbər verir ki, yarışı "Dams Lukas Oil" komandası qazanıb.Dino Beqanoviç bütün rəqiblərini geridə qoyub.Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
25 Sentyabr 2026, 10:22
Millimiz Avropa çempionatında rekorda imza atdı
Kişi boksçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında medal sayında yeni rekord vurub.Azərbaycan Boks Federasiyasından Citypost.az-a verilən məlumata görə, yığma bu nailiyyətə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yarışda imza atıb.Boksçumuz Səidcəmşid Cəfərov (75 kq) Avropa çempionatında yarımfinala vəsiqə qazanmaqla 5-ci medalı təmin edib və millimiz tarixi ilki reallaşdırıb. İndiyədək idmançılarımız analoji yarışlarda 1 dəfəyə ən çox 4 mükafata sahib olmuşdular. 2006-ci ildə Plovdivdə, 7 il sonra Minskdə təmsilçilərimiz 4 dəfə fəxri kürsüyə yüksəlmişdilər. Bu dəfə 5 medalın təmin edilməsi isə Avropa çempionatlarında yeni rekorddur.Millinin heyətində Cəfərovdan öncə Sübhan Mamedovla (50 kq) Nəbi İsgəndərov (70 kq) finala, Amin Məmmədzadə (55 kq) yarımfinala vəsiqə...
24 Sentyabr 2026, 18:45